"Artilleriya tanrısı" General Əliağa Şıxlinskinin HƏYAT YOLU

"Artilleriya tanrısı" General Əliağa Şıxlinskinin HƏYAT YOLUAprelin 23-də görkəmli sərkərdə, Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun qurucularından biri Əliağa Şıxlinskinin anadan olmasının 155-ci ildönümüdür.

Sonxeber.az hərbi xadimin həyat yoluna nəzər salıb.
Əliağa Şıxlinski 1904-1905-ci illər Rus-Yapon müharibəsi və Birinci Dünya Müharibəsi döyüşlərində qəhrəmanlıq nümayiş etdirərək, Rusiya imperiyası ordusunda general-leytenant rütbəsinə qədər yüksələ bilmişdir. Misilsiz hərbi istedadına görə o, "artilleriya tanrısı" kimi şöhrət qazanmışdır.

Əliağa Şıxlinski 1918-ci ilin mayında yaranan müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin hərbi quruculuq sahəsindəki işlərində yaxından iştirak etmiş, həmin ilin iyunun 26-da təsis edilmiş ilk milli korpusun komandanı olmuşdur. 1918-ci il dekabrın 29-dan 1920-ci il aprelin 28-də baş vermiş Cümhuriyyətin süqutuna qədər tam artilleriya generalı Əliağa Şıxlinski Azərbaycanın hərbi naziri Səməd bəy Mehmandarovun müavini vəzifəsində çalışmışdır.

Azərbaycan ordusunun formalaşmasında böyük əməyi olan generallardan biri, Azərbaycan Demokratik Respublikasının hərbi nazirinin müavini, Çar Rusiyası ordusunda artilleriya generalı Əliağa Şıxlinski 1865-ci il martın 3-də Yelizavetpol quberniyasının Qazax qəzasının Qazaxlı (indiki Aşağı Salahlı) kəndində anadan olub. Anası Şah Yəmən xanım Qayıbova məşhur şair Molla Vəli Vidadinin nəvəsi idi.
1883-cü ildə rus ordusunda hərbi xidmətə başlayan Əliağa Şıxlinski 1886-cı ildə Peterburq artilleriya məktəbini əla qiymətlərlə bitirib. 1904-1905-ci illər rus-yapon müharibəsində batareya komandiri kimi vuruşub. Port-Artur qalasının müdafiəsi zamanı xüsusi şücaət göstərdiyinə görə "Qızıl qılınc"la mükafatlandırılıb.

Müharibədən sonra topçu zabitlər hazırlayan məktəbdə yüksək ixtisaslı hərbçi kimi dərs deməyə başlayan Əliağa Şıxlinski 1908-ci ildə polkovnik rütbəsi alıb. Onun hərb elminin daha da dərindən mənimsətməsi üçün yazdığı "Səhra toplarının cəbhədə işlədilməsi" dərs vəsaiti əsəri 1910-cu ildə çap olunub.

Onun yazdığı digər hərbi əsərlər, "Şıxlinski üçbucağı", "Şıxlinski formulu" topçu zabitlər üçün hazırlanmış dərsliklərə daxil edilib. Bütün bu xidmətlərinə görə gənc hərbçiyə 1912-ci ildə general-mayor rütbəsi verilib. Beləcə o, çar ordusunun aparıcı mütəxəssislərindən birinə çevrilib.

Birinci dünya müharibəsi zamanı Petroqradın artilleriya müdafiəsi general Əliağa Şıxlinskiyə tapşırılıb. Sonralar Qərb cəbhəsi artilleriya qoşunlarının rəisi, 1917-ci ilin sentyabrından isə 10-cu ordunun komandanı təyin olunub.

Ölümündən qabaq, Əliağa Şıxlinski 1942-ci ildə qələmə aldığı "Xatirələrim" hərbi memuar kitabını yazıb. Kitab generalın ölümündən yalnız doqquz ay sonra, 1944-cü ildə nəşr oluna bilib.

1943-cü il avqustun 18-də indiki Musa Nağıyev adına xəstəxanada kardiosklerozdan vəfat edən general Əliağa Şıxlinskinin dəfn mərasimini filosof alim Heydər Hüseynovun təşkil etdiyi deyilir. Bildirilir ki, generalla heç bir qohumuluğu olmayan alimin Şıxlinski şəxsiyyətinə, onun sərkərdəlik fəaliyyətinə, xüsusilə, lüğətçilik sahəsindəki elmi-publisistik yaradıcılığına böyük rəğbəti olub.

Əliağa Şıxlinski görkəmli sərkərdələrə məxsus hərbi qaydada torpağa tapşırılıb.

Şəlalə Babayeva


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1518   Tarix: 22 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021