Bakıda narkoman gecə vaxtı küçədə qadını döydü
Azərbaycanda xuliqanlıq etməkdə və narkotik vasitə daşımaqda təqsirli bilinən 1976-cı il təvəllüdlü Rövşən Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Rövşən Babayev 7 may 2018-ci il tarixdə, gecə saat 1 radələrində Sabunçu rayonu, 2-cu Zabrat qəsəbəsində yerləşən "Lourve Plaza" şadlıq sarayının qarşısında əvvəlcədən tanımadığı Fatma Heydərovaya alışqan istəmək bəhanəsi ilə yaxınlaşıb.
Fatma Heydərova qorxsundan heç nə deməyərək sakitcə dayanıb. Rövşən Babayev ona bəhanə ilə "sən məni güdürsən" deyib, heç bir səbəb olmadan zor tətbiq edib. Qadının bədəninin müxtəlif nahiyələrini şillələyib.
Fatma Heydərova uzaqlaşmaq istəyərkən Rövşən Babayev onu iki əli ilə itələyərək yerə yıxıb, təpiklə vurub. Fatma Heydərovanın döyülməsini görən ətrafdakı şəxslər ona kömək edərək ayağa qaldırıblar.
Hadisə zamanı Rövşən Babayev Fatma Heydərovaya müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Çətənə bitkisinin preparatlarından sui-istifadə edilməsi nəticəsində narkomaniya xəstəliyi aşkar olunan Babayev Rövşən Zaman oğlu 18 oktyabr 2018-ci il tarixdə, saat 12.00-da satış məqsədi olmadan qanunsuz qalaraq istintaqa məlum olmayan mənbədən 6,92 qram narkotik vasitə olan qurudulmuş marixuananı (kannabis) Hövsan qəsəbəsində "dəmir yolunun" yanında tanımadığı şəxsdən 30 manata alıb.
Rövşən Babayev həmin gün, saat 17.45-də Xızı rayon polis şöbəsinin əməkdaşları tərəfindən Giləzi qəsəbəsi ərazisində Bakı-Quba magistral yolunun 73-cü kilometrliyində saxlanılıb. Onun üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılması zamanı həmin narkotik vasitə aşkar olunub.
İstintaq orqanı tərəfindən Rövşən Babayevin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə ittiham elan edilib.
Xızı rayon Məhkəməsinin hökmü ilə Rövşən Babayev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Rövşən Babayev apelyasiya şikayəti verib. O, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edib.
Rövşən Babayev apelyasiya şikayətində göstərib ki, törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşmançılıq hissi keçirib. Onun sözlərinə görə, qeyd edilən hal birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmayıb və ona sərt cəza təyin edilib.
Rövşən Babayevin şikayəti araşdırılması üçün Sumqayıt Apelasiya Məhkəməsinə göndərilib.
Hakim Fərmayıl Zeynallının sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Rövşən Babayevin cəzası 1 il 8 aya endirilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bayrama görə bütün sosial ödənişlər bu tarixədək VERİLƏCƏK - RƏSMİ
"Kartdan-karta" ödəniş edənlərin NƏZƏRİNƏ
Naxçıvana uçuşlar ləğv olunub - SƏBƏB
Evdəki ən çirkli əşya açıqlandı: unitaz deyil
Əhaliyə maaşlarla bağlı ŞAD XƏBƏR GƏLDİ - RƏSMİ
Ayın 17-də yağış intensivləşəcək, qara keçəcək - PROQNOZ
Valideynlərin nəzərinə: 4 və 6-cı siniflərlə bağlı MƏSƏLƏ DƏYİŞİR
Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
Yağışla bağlı XƏBƏRDARLIQ: Nə zamana kimi davam edəcək?
Bank kartı olanların nəzərinə: YENİ QAYDA TƏTBİQ EDİLİR
Hantavirusu evdə belə yoxlamaq olar
Təmizlik xərclərindən qurtulmaq istəyən unitaza 1 şüşə töksün
Bakıda bu şagirdlər 14 gün MƏKTƏBƏ GETMƏYƏCƏKLƏR
Həmin ŞAD XƏBƏR gəldi: 700 min nəfərin maaşında artım OLACAQ
Qiyməti balıqdan dəfələrlə ucuz, faydası isə eyni