Ekspert: "Artıq Azərbaycan nefti əvvəlki dəyərinə qayıdır"

Ekspert: "Artıq Azərbaycan nefti əvvəlki dəyərinə qayıdır"Azərbaycanın dünya bazarına çıxardığı "AzeriLight" nefti "Brent" markalı Şimal dəniz neft qatışığından adətən 1-3 dollar baha satılıb. Lakin koronavirus pandemiyası səbəbindən bir çox ölkələrdə tətbiq olunan sərt karantin müddətində Azərbaycan nefti "Brent" neftindən ucuz satılmağa başlandı. Məsələn, aprel ayının 21-də Azərbaycanın "AzeriLight" markalı neftinin CIF qiymətləri 15,81 dollar, "Brent" neftinin qiyməti isə 21,66 dollar, aprelin 22-də Azərbaycan neftinin qiyməti 16,61 dollar, "Brent" neftinin qiyməti 20,44 dollar təşkil edib.

Son vaxtlara nəzər yetirsək artıq Azərbaycan neftinin "Brent" neftindən baha satıldığını görərik. Məsələn, may ayının 19-da "AzeriLight CIF" qiymətləri 34,97 dollar, "Brent" neftinin qiyməti 34,96 dollar, mayın 18-də Azərbaycan neftinin qiyməti 36,62 dollar, "Brent" neftinin qiyməti 34,91 dollar təşkil edib.

Bəs Azərbayca neftinin "Brent" neftindən ucuz satılmasının səbəbi nə idi və yenidən qiymətin bərpa olunması nə ilə bağlıdır?

Enerji məsələləri üzrə ekspert, fəlsəfə doktoru Emin Axundzadə "Report"a sərt karantin rejiminin tətbiq olunduğu müddətdə "AzeriLight" markalı neftin "Brent" markalı neftdən ucuz olmasının bir neçə səbəbi olduğunu qeyd edib:
Ekspert: "Artıq Azərbaycan nefti əvvəlki dəyərinə qayıdır""AzeriLight" markalı neft əsasən Aralıq dənizi hövzəsi ölkələrinə ixrac olunur və bu ölkələr də pandemiyadan ən çox təsirlənən ölkələrdən olub. Fevral ayında Avropada ilk dəfə olaraq Azərbaycan neftinin əsas alıcısı olan İtaliyada sərt karantin rejimi tətbiq olunmağa başlandı. Pandemiyanın pik dönəmində İtaliyada neftə olan tələbat 85% aşağı düşdü. Həmin vaxt Azərbaycan neftinin "Brent" neftindən ucuz olmasının birinci səbəbi budur".

Ekspert digər səbəb olaraq isə hava nəqliyyatı sektorunda yaşanan böhranı qeyd edib.

"AzeriLight" markalı neft əsasən təyyarə yanacağı istehsalında istifadə olunur və pandemiya dönəmində ən ciddi mənfi təsir görən sektorlardan biri də hava nəqliyyatı olub. Pandemiyanın pik dövründə sərnişindaşımalar 96% aşağı düşmüşdü. Bu sektor tarixinin ən güclü böhranını yaşayır", -deyə o əlavə edib.

E. Axundzadə Azərbaycan neftinin qiymət savaşlarından da təsirləndiyini bildirib: "Qiymət savaşlarının başlanması fonunda aprel ayında Səudiyyə Ərəbistanı öz bazar payını artırmaq üçün "Arablight" markalı neftə Avropa bazarında 10,25 dollar endirim etdi. Bu da bizim neftin qiymətinə mənfi təsir göstərdi"
Ekspert: "Artıq Azərbaycan nefti əvvəlki dəyərinə qayıdır"Azərbaycan neftinin əvvəlki dəyərinə qayıtmasının səbəblərinə gəlincə isə ekspert qeyd edib ki, karantin rejiminin bir çox ölkələrdə yumşaldılması, emal müəssisələrinin təyyarə yanacağı istehsalına başlaması Azərbaycan neftinin qiymətinə müsbət təsir göstərir.

"Aprelin 27-dən etibarən Aralıq dənizi hövzəsində yerləşən ölkələr başda olmaqla Avropanın müxtəlif ölkələrində artıq karantin rejiminin yumşaldılması istiqamətində tədricən addımlar atılmağa başlanılıb. İtaliyada bir neçə mərhələdə iyunun 15-dək karantin rejimin azaldılması strategiyası tətbiq edilir. İyunun 3-dən ölkə havayolu ilə sərnişindaşımanı bərpa edəcək. Bütün bunlar tələbata müsbət təsirini göstərir. Artıq emal müsəssisələri istehsalı gücləndirməyə başlayıb. Təyyarə yanacağına tələbat azaldığı zaman emal müəssisələri bu yanacaq istehsalını dizel yanacağı isə əvəz etmişdi. Artıq yenidən təyyarə yanacağına dönüş olacaq. Türkiyə də iyundan uçuşlara başlayacaq. Bütün bunlar "AzeriLight" neftinin öz dəyərinə qayıtmasına təkan verdi. Artıq əvvəl olduğu kimi "Brent" markalı neftlə "AzeriLight" markalı neft arasında 2-3 dollarlıq fərq diapazonu var. Bu da onu göstərir ki, artıq bizim neft öz əvvəlki dəyərinə qayıdır",- deyə ekspert əlavə edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1899   Tarix: 21 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021