"Azərbaycan hələ SSRİ dövründə çay istehsalı sahəsi üzrə ixtisaslaşmış ölkələrdən biri idi"-RƏY

"Azərbaycan hələ SSRİ dövründə çay istehsalı sahəsi üzrə ixtisaslaşmış ölkələrdən biri idi"-RƏY21 May Beynəlxalq Çay Günüdür. BMT mütəxəssisləri qlobal ərzaq təhlükəsizliyini və yoxsulluqla mübarizəni təmin etmək üçün 2030-cu ilədək olan müddətdə Dayanıqlı İnkişaf Məqsədlərinin (SDG) gündəliyinə çay istehsalının və emalının dəstəklənməsi məsələsini daxil etmişdir.

Ölkədə çay plantasiyaları (ümumi sahəsi 1140,5 hektar) bərpa olunur, "AzersunHolding" və "Astaraçay" fabrikləri Rusiya, Qazaxıstan, Küveyt, Latviya və Polşaya ixraclarını genişləndirirlər.

Azərbaycanda çay istehsalı və əhəmiyyəti barədə iqtisadçı-ekspert Rəşad Həsənov Sonxeber.az-a danışıb.
"Azərbaycan hələ SSRİ dövründə çay istehsalı sahəsi üzrə ixtisaslaşmış ölkələrdən biri idi"-RƏYEkspert bildirib ki, Azərbaycan hələ SSRİ dövründə çay istehsalı sahəsi üzrə ixtisaslaşmış ölkələrdən biri idi. Burada əsas problem ondan ibarətdir ki, Azərbaycanın coğrafi şəraitini nəzərə alsaq, çay istehsalının genişləndirilməsi imkanları məhduddur. Çünki bu, əsasən iqlim şəraitinə uyğun olaraq daha çox cənub zonası üçün əlverişlidir:
"Ümümiyyətlə bizim yanaşmamız ondan ibarətdir ki, ölkənin torpaq, təbii ehtiyatları, iqlim şəraiti kənd təsərrüfatı aspektindən yenidən qiymətləndirilməlidir. Eyni zamanda bütün rayonlar üzrə konkret inkişaf strategiyaları hazırlanmalıdır. Hazırda dünyada əsas problem əhalinin artım sürəti qarşısında ərzaq təhlükəsizliyi və ərzaq təminatının daha da təkmilləşdirilməsi, intensiv inkişaf modelinin hazırlanmasıdır. Bu baxımdan məhdud ərazilərdə çay istehsalının təmin edilməsi istiqamətində daha çevik və dövlət dəstəyi proqramları hazırlanmalıdır.

Çay istehsalı uzun müddət mənfəət verən fəaliyyət sahələrindən hesab olunur. Buna görə də daha aşağı faizli ucuz vəsaitlər ilə bu istiqamətdə fəaliyyət göstərən sahibkarlara dəstək zərurəti vardır. Eyni zamanda müəyyən qədər maarifləndirmə, paralel olaraq da regional səviyyədə akademik araşdırmaların aparılması və bu yol ilə də dayanıqlı inkişafın təmin edilməsi istiqamətində dövlət dəstəyinə ehtiyac vardır. Çünki bir çox hallarda biz müşahidə edirik ki, sahibkarlıqda daha çox ənənəvi üsullardan istifadə olunur. Nəticədə bu da məhsuldarlığı aşağı salır. Xüsusilə də Azərbaycanın çay istehsalı ilə məşğul olan zonalarının daha dəqiq qiymətləndirilməsi, yeni çay növlərinin ölkəyə gətirilməsi həmçinin bu istiqamətdə sortlaşdırmanın və məhsuldarlığın artırılmasının müəyyən bir qisminin kompensasiya olunması növbəti dövrlərdə bu sahənin daha da geniş formada inkişafına gətirib çıxarda bilər. Yəni resurslardan mümkün qədər səmərəli istifadə edilməlidir.

Həmçinin qeyd etdiyimiz kimi ilkin kapital çatışmazlığı ilə bağlı və uzunmüddətli dövrdə investisiya tələb edən sahənin olmasını nəzərə alaraq bu istiqamətdə əlavə maliyə dəstəyi, maliyə imkanları artırılmalıdır. Amma ümumiyyətlə götürəndə son dövrlərdə müəyyən qədər bu sahədə müsbətə doğru dinamika hiss olunmaqdadır. Ümid edirik ki, post neft dövründəkənd təsərrüfatı sahəsi Azərbaycan iqtisadiyyatının əsas inkişaf istiqamətlərinə çevriləcəkdir. Düşünürəm ki, bu xüsusilə də ölkə daxilində tələbin ödənilməsi baxımından da kifayət qədər əhəmiyyətlidir. Çünki Azərbaycan faktiki olaraq bu gün özünü çay məhsulları ilə tam təmin edə bilən ölkələrdən deyil amma bunun üçün müəyyən resurslar, imkanlar vardır. Bu aspektdən daxili istehlakın idxaldan asılılığı prinsipi nəzərə alınmaqla geniş formada dəstək proqramları yolu ilə bu sahəni inkişaf etdirmək imkanları mövcuddur".

F.Ağayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1558   Tarix: 21 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Dünya bazarında neft qiymətləri necə dəyişib?

Dünya bazarında neft qiymətləri yüksəlib. Bu barədə RT məlumat yayıb. Belə ki, WTI markalı neftin avqust fyuçersləri 0,15 faiz bahalaşıb və bir barelinin qiyməti 66,52 ABŞ dolları təşkil edib. "Brent" markalı neftin sentyabr fyuçersləri 0,16 faiz bahalaşıb və dəyəri 68,73 ABŞ dolları olub

20 iyul 2021
.

Muzdla çalışanların SAYI artıb - STATİSTİKA

Mayın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 min nəfər və ya 0,1 faiz artaraq 1 milyon 678,4 min nəfər olub. Dövlət Statistika Komitəsindən -a bildirilib ki, onlardan 913,6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 764,8 min nəfəri isə qeyri-dövlə

13 iyun 2021
.

"Elmlər Akademiyası" stansiyasının pəncərələrinə 5,3 mln manat xərclənəcək

"Bakı Metropoliteni" QSC "Elmlər Akademiyası" stansiyasının inzibati binasının 5-ci mərtəbəsində pəncərələrin hazırlanıb quraşdırılması işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Nimex"

25 avqust 2021
.

Millət vəkilindən qeyri-neft sektorundakı artımla bağlı AÇIQLAMA

Bu ilin ilk 4 ayında Azərbaycan iqtisadiyyatında azalma tempinin səngiməsi müşahidə olunub. xəbər verir ki, millət vəkili Vüqar Bayramov bildirib ki, 2021-ci ilin yanvar-aprel aylarında ölkədə 25 milyard 78 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz az ümumi daxili məhsul istehsa

19 may 2021
.

Toylara icazənin verilməsi qızıl bazarına necə təsir edəcək? - AÇIQLAMA

Xəbər verdiyimiz ki, iyulun 1-dən ölkəmizdə toylara icazə verilib. Bu, təbii ki, qızıl satışının artımı deməkdir. Bəs qızıl satışında uzunmüddətli durğunluqdan sonra bahalaşma ola bilərmi?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı-ekspert Elmir Səfərli bildirib ki, qızıl satışında bahalaşma gözlənilmir:

6 iyul 2021
.

Azərbaycanda avtomobillərin qiyməti niyə bahalaşır? -AÇIQLAMA

Pandemiya dövründə iqtisadi aktivliyin azalması bütün sahələrə öz mənfi təsirini göstərdi. Bu dövrdə ən çox zərər çəkən sahələrdən biri də avtomobil bazarı oldu. Maraqlıdır, hazırda avtomobil bazarında vəziyyət necədir, növbəti mövsümdə qiymətlər hansı istiqamətdə dəyişəcək?. Mövzu ilə bağlı -ın sulların

15 may 2021
.

Laçında ətrafında içki məclisi qurulduğu iddia edilən bulağı salan şəxsin övladı danışdı - VİDEO

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə çəkiliş üçün Laçına gedən bir qrup rəsmi şəxsin və deputatın Laçında Humay Hümbətov adlı şəxsin xatirəsinə salınmış bulaq başında kef məclisi qurması ilə bağlı iddialar yayılıb. Yayılan məlumatda bildirilir ki, qeyd edilən məclisdə Laçın rayonunun deputatı Mahi

19 may 2021
.

Xakerlərin istədiyi pul ödəndi, ABŞ-ın ən böyük yanacaq kəməri fəaliyyətini BƏRPA ETDİ

ABŞ-ın ən iri daxili yanacaq boru kəməri sistemi Colonial Pipeline həftənin çərşənbə günü fəaliyyətini qismən, dünən isə tam bərpa edə bilib. Lakin iddialara görə, bu, heç də operator şirkətə havayı başa gəlməyib. -a istinadən xəbər verir ki, bir sıra amerikan KİV-lərinə istinadla xəbər verir ki, ad

14 may 2021
.

Maliyyə Nazirliyi 60 milyon manat da BORC ALDI

18 may 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105016882 ISIN-li, 40 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərrac zamanı 18 investor tərəfindən qiymət interval

18 may 2021