Koronavirusun müalicəsində istifadə olunan bu dərman özünü doğrultmadı və qadağan edildi

Koronavirusun müalicəsində istifadə olunan bu dərman özünü doğrultmadı və qadağan edildiÜmumdünya Səhiyyə Təşkilatı (ÜST) malyariyaya qarşı tətbiq olunan hidroksixloroxin dərmanı ilə COVID-19-a qarşı aparılan kliniki testləri dayandırıb.

Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, beynəlxalq təşkilatın rəhbəri Tedros Qebreyesus təhlükəsizlik səbəbindən bu addımın atıldığını bildirib. Onun sözlərinə görə, bu dərmanın COVID-19 ilə əlaqədar təhlükəsizliyi yoxlamaq məqsədilə bir sıra ölkələrdə aparılan testləri müvəqqəti olaraq dayandırılıb. Bu barədə qərar hidroksixloroxinlə müalicədən sonra ölüm hallarının artmasına dair elmi araşdırma dərc edildikdən sonra verilib.

ABŞ-ın Harvard Universitetinin tibb fakültəsinin (Harvard Medical School) və Sürix Universitet Xəstəxanasının tədqiqat qrupu dünyanın müxtəlif ölkələrində 96 mindən artıq pasiyentin məlumatlarını araşdırıb və bu araşdırma "The Lancet" ixtisas jurnalında dərc olunub. Tədqiqatçılar araşdırma zamanı hidroksixloroxin və xloroxinin COVID-19 pasiyentlərində heç bir müsbət nəticə vermədiyi barədə nəticə əldə ediblər, əksinə, bu dərmanların bir çox xəstələrdə ölüm riskini artırması müəyyən edilib. Həmçinin bu dərmanların ürək ritminin pozulması riskini artırdığı da bildirilir.

ÜST tərəfindən rəhbərlik edilən beynəlxalq tədqiqatlar çərçivəsində hidroksixloroxin testləri də həyata keçirilir. Bu testlərdə HİV, malyariya, Ebola və dağınıq skleroz kimi xəstəliklərə qarşı tətbiq olunan müxtəlif dərmanların COVID-19-a qarşı effekti də sınaqdan keçirilir. İki həftədən sonra hidroksixloroxinlə aparılan testlər barəsində yenidən məsləhətləşmələr keçirilməlidir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4834   Tarix: 26 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021