Srağagün 230, dünən 257, bu gün 248... - Qaydalara əməl etməsək hər gün artacaq

Srağagün 230, dünən 257, bu gün 248... - Qaydalara əməl etməsək hər gün artacaqAzərbaycanda son bir həftə ərzində koronavirusa yoluxma statistikasında rekord göstərici qeydə alınır. Srağagün 230, dünən 257, bu gün isə 248 nəfərdə virus aşkarlanıb.

Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, rəsmilərin sözlərinə görə, bu rəqəmlər karantin rejiminin yumşaldılması nəticəsində əhalinin ictimai yerlərdə qaydaları pozması nəticəsində ortaya çıxıb. Ölkə daimi qapalı vəziyyətdə, sərt karantin rejimində yaşaya bilməz. Bu zaman iqtisadiyyat çökər, əhali kütləvi yoxsullaşar və böyük böhran yarana bilər.

Bu gün ölkədə pandemiyanın nəzarətdə saxlanılmasına cavabdeh olan TƏBİB artıq əhaliyə müraciət edərək hər şeyin xalqın əlində olduğunu bildirib.

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı sonuncu brifinqdə qeyd etdi ki, bundan sonrakı yoluxma sürəti vətəndaşların məsuliyyətindən asılıdır:

"Biz yumşalma addımlarını atırıq, amma hər kəs bilməlidir ki, maskadan istifadə və məsafə saxlamaq əsas davranışlarımız olmalıdır. Maskaların taxılmamasına görə ciddi qərarlar qəbul ediləcək. Tələbata uyğun olaraq maska istehsalı da artırılması nəzərdə tutulur. Evdə maska hazırlanması qaydası da əhaliyə təqdim olunub. Bununla bağlı bəhanə gətirilməməlidir".

Lakin bu açıqlamanın səhəri günü əhalinin bir qismi "Tarqovı"da mini şənlik keçirib. Bir neçə nəfərin təşkilatçılığı ilə uşaqlar günü üçün rəqs təşkil olunub. Bunu izləmək, videoya çəkmək və şənliyə qoşulmaq üçün onlarla vətəndaş iştirakçıya çevrilib. Bu da virusun ən çox yayıldığı Bakıda daha sürətli yayılmaya səbəb olur. Buna görə də hüquq-mühafizə orqanları şənlikdə iştirak edən 50 nəfəri saxlayaraq cərimə edib və cinayət işi başlanıb.

Xüsusi karantin rejimi müddətində COVİD-19 virusunun geniş yayılmaması üçün dövlət tərəfindən zəruri tədbirlər görülüb. Hazırda karantin rejiminin yumşaldığı və tədricən normal həyata dönüş olduğu zaman vətəndaşlar sosial məsuliyyət nümayiş etdirməlidir. İndi bütün məsuliyyət hər bir şəxsin öz üzərinə düşüb.

Hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün movcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə dəvət etməlidir.

Hər kəs özünün və yaxınlarının səhhətinin qeydinə qalmalı, virusa yoluxmadan qorumalıdır. Pandemiya vəziyyəti hələ də davam etdiyindən və COVID-19 infeksiyasının müalicəsi üçün zəruri dərman preparatı, eyni zamanda bu xəstəliyə qarşı peyvənd tapılmadığından virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir.

İctimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmaq lazımdır, sosial məsafənin gözlənilməsi mütləqdir. Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq müəyyən edilmiş yerlərdə qoruyucu vasitələrdən (maskalardan, dezinfeksiya edici maddələrdən və s) istifadə mütləqdir.

Hazırda xüsusi karantin rejimi qaydaları yumşaldılsa da xəstəliyin hələ də davam etdiyi və ciddi fəsadlar yaradan xəstəlik olduğu unudulmamalıdır.

Karantin rejiminin yumşalması nəticəsində açılan yerlərə zəruri hallarda getmək lazımdır, ictimai iaşə yerlərində, parklarda və digər yerlərdə virusdan qorunma tədbirlərinə ciddi riayət edilməlidir, əməl etməyənlərə qarşı vətəndaş qınağını ortaya qoymalıdır.

Hazırda ictimai nəzarət və ictimai qınaq vacib şərtdir. Xəstəliklə mübarizə tədbirlərinə, karantin rejimi qaydalarını pozanlara qarşı hamı səfərbər olmalıdır.

İctimai yerlərdə, iaşə obyektlərində xəstəlikdən qorunmaq üçün qaydalar işlənilib hazırlanıb. Həmin obyektlərin sahibləri, vətəndaşlar bu qaydalara mütləq qaydada riayət etməlidir.

Qaydalara əməl olunmasa, sanitar-epidemioloji tələbləri pozan şəxslərə, obyektlərə qarşı tədbirlər görülməlidir, cəza tətbiq olunmalıdır.

Vətəndaşlar bilməlidir ki, virusdan qorunmasalar özlərini və yaxınlarını təhlükəyə atırlar və xəstəliyə yoluxma surəti çoxalarsa, məhdudiyyətlər hər an yenidən sərtləşdirilə bilər.

Azərbaycanda virusun ilk yayıldığı mərhələdə yoluxanlar az və pərakəndə olduğu üçün koronavirusa inanmayanlar "Niyə bizim tanıdığımız kimsə yoluxmayıb?" deyib əsassız əssaslandırma etməyə cəhd edirdilər. Artıq sosial şəbəkələrdə istifadəçilərindən paylaşımlarından da görürük ki, virus hər bizimizin yaxınındadır, ailəsinə yol tapıb. Koronavirus səbəbindən ailə üzvünü itirənlər də olub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 5402   Tarix: 31 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021