"Azərbaycansız Rusiyanın Avrasiya məkanında bütün layihələri səmərsizdir və işlək deyil"- RƏY
Bu günlərdə keçirilmiş MDB ölkələrinin hökumət başçılarının videoiclası nəticəsində postsovet məkanında bütün ticarət maneələrinin aradan qaldırılmasının, azad ticarət zonasının səmərəli tətbiq edilməsinin müzakirəsi aktuallaşdı. Müzakirənin əsas hərəkətverici qüvvəsi olan Rusiya sözügedən perspektivi MDB ölkələri qarşısında koronavirus pandemiyasının mənfi nəticələrinin aradan qaldırılması vəzifəsinin ortaya çıxması ilə əsaslandırır. Bu məkanda iqtisadi inteqrasiyanın gücləndirilməsinin əsas istiqamətləri sırasında xüsusi olaraq iqtisadi konyunkturanın dünya enerji bazarlarından asılılığının azaldılması və nəqliyyat sistemlərinin birləşdirilməsi göstərilir. MDB çərçivəsində azad iqtisadi zonanın bəqrərar edilməsi Azərbaycanın maraqlarına nə dərəcədə cavab verir? Postsovet məkanında dövlətlərarası münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin hələ də tənzimlənməməsi şəraitində səmərəli iqtisadi inteqrasiya, maneələrsiz əməkdaşlıqdan söhbət gedə bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə bildirib ki, MDB məkanında azad iqtisadi zonanın yaradılması hazırkı prosesdə çox çətindir: "Dövlətlər arasında sərhədlər bağlı və MDB olan münaqişələr buna mane olur. Rusiya daima çalışır ki, belə bir zona ilə siyasi inteqrasiyanı inkişaf etdirsin. Bunu müxtəlif toplantılarda dilə gətirir. Amma hesab edirəm ki, Moskavın bu siyasəti səmimi deyil. Rusiya bununla üzv dövlətlərə qarşı təsir etmək siyasətini qurmağı planlayır. Ona görədə heç bir üzv dövlət buna səmimi yanaşmır. Məhz hazırkı Ermənistanın Azərbaycana işğalçı siyasəti və Qarabağ münaqişəsinin davam etdiyi bir dönəmdə belə bir iqtisadi inteqrasiyanın qurulması mümkün deyil. Ümumiyyətlə Azərbaycansız Rusiyanın bütün layihələri səmərsizdir və işlək deyil. Məhz Rusiya Qarabağ məsələsində ədalətli mövqe tutmadığı üçün bu onun Avrasiya məkanənda planlarında da mane olur. Baxaq, bu ölkə MDB bir neçə inteqrqsiya üçün təşkilat yaradır, amma, Azərbaycan burada olmadığı üçün səmərəsiz olur. Hesab edirəmki, Rusiyanın özünün geosiyasi yanaşamasında fundamental səhvlər olduğu üçün belə birliklər mümkün olmayacaq. Ümumiyyətlə Ermənistan və Azərbaycanın birlikdə inteqrasiyada olması mümkün deyil".
Aysel Yusifqızı
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş