"Nəinki Qarabağ Ermənistan torpağıdır, əksinə, Ermənistan özü bütövlükdə tarixi Azərbaycan torpağıdır"-RƏY

"Nəinki Qarabağ Ermənistan torpağıdır, əksinə, Ermənistan özü bütövlükdə tarixi Azərbaycan torpağıdır"-RƏYPrezident İlham Əliyevin İrəvanın Azərbaycanın qədim şəhəri olması barədə çoxsaylı bəyanatları daşıdığı tarixi məzmunla yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi perspektivi baxımından da böyük əhəmiyyət kəsb edir.

Nəinki Qarabağın, həmçinin İrəvan, Göyçə, Zəngəzur bölgələrinin – keçmişdə İrəvan xanlığına məxsus ərazilərin – Azərbaycanın tarixi torpaqları olduğuna dair həqiqətlər dünya ictimaiyyəti və maraqlı olan xarici qüvvələrə, ilk növbədə ATƏT-in Minsk qrupunun həmsədrlərinə çatdırılması təcavüzkar Ermənistana güclü təzyiq vasitəsidir. Bu həqiqətlər erməni tərəfinin Qarabağımıza və digər əzəli torpaqlarımıza əsassız iddialarına elmi-tarixi və siyasi-hüquqi dəlillərə söykənən Azərbaycanın prinsipial cavabıdır.
Azərbaycan dövlət başçısı tərəfindən İrəvanın tarixi mənsubiyyətinə dair məsələnin ortaya qoyulması eyni zamanda rəsmi Bakının Dağlıq Qarabağ tənzimlənməsində heç bir ərazi güzəştlərinə getməyəcəyini qəti şəkildə ifadə etdirən işarələrdən biridir.

Bununla bağlı politoloq Nəzakət Məmmədova Sonxeber.az-a danışıb.

Politoloq bildirib ki, müasir beynəlxalq hüquq prinsipləri ilə yanaşı, istənilən münaqişənin tarixi-siyasi arqumentlərə əsaslanan ideoloji bazası da üstünlük qazanmaqda böyük rol oynayır:
"Nəinki Qarabağ Ermənistan torpağıdır, əksinə, Ermənistan özü bütövlükdə tarixi Azərbaycan torpağıdır"-RƏY"Prezident İlham Əliyev daima öz nitqlərində xüsusi vurğulayır ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir, buna bizim tam əsasımız var. Bizim tarixi torpaqlarımız təkcə Dağlıq Qarabağın ərazisi deyil. İrəvan, Göyçə, Zəngəzur bizim tarixi coğrafiyamızdır, tarixi torpaqlarımızdır.

Ermənistan vaxtilə bizim o torpaqlarda qanunsuz olaraq dövlət qurub, indi də bizim torpağımızda ikinci dövlət qurmaq istəyir. Azərbaycan xalqı heç vaxt buna imkan verməyəcək. Bu, o deməkdir ki, Ermənistan nəinki Azərbaycan ərazisinin bir hissəsinə iddia etmək üçün tarixi, hüquqi, siyasi iddialara malikdir, əksinə, o, Azərbaycan torpaqlarını son əsrlərdə mərhələli şəkildə işğal edib, orada heçdən bir dövlət yaradıb. İndi də onun ərazilərini işğal yolu ilə genişləndirmək siyasəti aparır. Müasir beynəlxalq münasibətlər sisteminin formalaşmasına təsir edən beynəlxalq hüquq Azərbaycanın tam haqlı olduğunu sübut edir. Son əsrlərdə bağlanmış bütün beynəlxalq müqavilələr - Kürəkçay, Gülüstan, Türkmənçay, Qars müqaviləsi və s. hamısı Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu təsbit edir. Ermənistanın Qarabağın ermənilərə aid olmasını təsdiq edən, birbaşa istinad edə biləcəkləri heç bir tarixi sənəd, müqavilə yoxdur. Ermənistan Qarabağı özününküləşdirmək üçün yalançı mifoloji tarixə və beynəlxalq hüququn dolayısı yolu ilə təfsirinə çalışır.
Prezident İlham Əliyev dəfələrlə beynəlxalq görüşlərdə bunu Ermənistan rəhbərliyinə sübut edib. Tarixi mənbələrə əsaslanaraq sübut edib ki, nəinki Qarabağ Ermənistan torpağıdır, əksinə, Ermənistan özü bütövlükdə tarixi Azərbaycan torpağıdır.

Müasir dövlətlərin sərhədləri 1945-ci ildən bəri BMT-nin qəbul etdiyi prinsiplər çərçivəsindədir. Lakin bir halda ki, Ermənistan Azərbaycan torpaqlarına yalançı tarix əsasında iddia irəli sürür, o zaman Azərbaycan da həqiqi tarixi faktları ən yüksək səviyyədə - dövlət başçısı səviyyəsində dünya ictimaiyyətinin diqqətinə çatdırır. Ermənistan Dağlıq Qarabağ ermənilərinin müstəqil olmasını tələb edirsə, Azərbaycan da simmetrik şəkildə Ermənistan adlandırılan tarixi Azərbaycan torpaqlarının Azərbaycana məxsus olmasını iddia etmək haqqına sahibdir. Bu, Ermənistanın indiyədək Azərbaycana hücum, onu sıxışdırmaq, dünya ictimaiyyətini öz saxta tarixinə inandırmaq diplomatiyasına adekvat cavabdır və uğurlu əks-hücumdur. Dünya birtərəfli erməni yalanlarına inanmaqdan uzaqlaşaraq, real tarix və gerçək siyasət, diplomatiya dərsi almalıdır ki, kimin haqlı, kimin haqsız olmasını daha yaxşı dərk etsin. Bunu da Azərbaycan ən uğurlu şəkildə diplomat, tarix və siyasi elmlər üzrə alimlik dərəcəsi olan prezident İlham Əliyevin simasında uğurla həyata keçirir".

F.Ağayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2445   Tarix: 04 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Üç Qardaş - 2021" təliminin əhəmiyyəti ilə bağlı türkiyəli generaldan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrini

13 sentyabr 2021
.

Türkiyənin Baş Ombudsmanı "Türk Şəhidliyi" abidəsini ziyarət etdi - FOTO

Bakının işğaldan azad olunmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının ombudsmanı Səbinə Əliyeva və türkiyəli həmkarı Şərəf Malkoç, həmçinin hər iki ölkənin nümayəndələri Şəhidlər Xiyabanı və Türk Şəhidliyi abidəsini ziyarət ediblər. xəbər verir ki, ombudsmanlar Əbədi Məşəl abidəsinin önün

15 sentyabr 2021
.

Ərdoğan: "Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etdik"

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan "2021 UNESCO Ahi Evran Anma ili - Ahi Evranın izi ilə sahibkarlarla görüş" proqramına qatılıb. O çıxışı zamanı bildirib ki, atalarımızın miras qoyduğu köklü qurumla fəxr edirik. "Sənədlərimizi Azərbaycan və İranla birlikdə hazırlayıb UNESCO-ya təqd

16 sentyabr 2021
.

"Onlar sülhməramlı deyil, "erməniməramlı"dır" - Deputatdan SƏRT AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə müsahibəsində bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə tərəflər arasınd

6 sentyabr 2021
.

Ərdoğan Azərbaycanla imzalanan vacib sənədləri təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış bəzi Sazişləri təsdiqləyib. Bunlar- 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış "Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Saziş", 31 oktyab

4 sentyabr 2021
.

Ermənistanla sülh müqaviləsi hansı tarixdə imzalanacaq? - AÇIQLAMA

"Biz sülh müqaviləsinin hansı şərtlərlə imzalanacağına fikir verməliyik. Ermənistan tərəfi indi yalnız mümkün qədər çox güzəşt əldə etməyə çalışır. Bütün bunlara görə də təxribatların baş verir. Bu sözləri -a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlə

18 sentyabr 2021
.

İlham Əliyev Zəfər yolunda işlərlə tanış oldu - FOTO + YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub. Dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Zəfər yolunun tikintis

29 avqust 2021
.

Fəxrəddin Altun: "Dezinformasiyaya qarşı ümumi mübarizədə strateji proses aparılmalıdır"

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun "Həqiqət Sonrası Bir Dövrdə Milli Təhlükəsizlik Təhdidi Olaraq Dezinformasiya və Manipulyasiya Siyasəti" adlı məqaləsində "Dezinformasiyaya qarşı ümumi mübarizədə qısa, orta və uzunmüddətli stratej

11 sentyabr 2021
.

"Üç Qardaş – 2021": Xüsusi təyinatlıların beynəlxalq hərbi təlimi başladı - VİDEO

Sentyabrın 12-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə "Üç qardaş - 2021" beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə Vətən Müharibəs

12 sentyabr 2021