Abortdan sonra sağ qalan uşaq illər sonra anasını tapdı - FOTO
ABŞ-ın Missuri ştatının Kanzas Siti şəhərinin sakini abortdan sonra sağ qalmış uşaq olduğunu öyrənib və 30 ildən sonra anasını axtarıb tapıb.
Bu barədə "The Sun" xəbər yayıb.
Məlumata görə, Rut 19 yaşında olarkən (1970-ci ildə) hamiləliyinin yeddinci ayında anası tərəfindən aborta məcbur edilib. Əməliyyat uğursuz keçib və döl sağ qalıb. Rutun anası həkimlərdən bu barədə qızına bir şey deyilməməsini tələb edib və körpəni tibbi tullantı kimi atmalarını istəyib.
Tibb bacısının isə yeni doğulan körpəyə yazığı gəlib və onu intensiv terapiya şöbəsinə yerləşdirib. Qızcığaz sağ qalıb. İki ay sonra onu Ron və Linda cütlüyü övladlığa götürüb. Bu vaxt ailənin doğma qızı Timminin dörd yaşı var idi.
Övladlığa götürülən körpəni Melissa adlandırırlar.
Melissa xoşbəxt uşaqlıq dövrü keçirib. Ailəsi heç vaxt onun övladlığa götürüldüyünü gizlətməyib, ancaq qız buna görə narahat olmayıb. Düşünüb ki, yəqin, anası çox erkən hamilə qalıb və onu böyütmək üçün gənc olub.
Melissa 14 yaşında ikən bacısı ilə dalaşarkən Temmi qəzəbdən "Ən azı valideynlərim məni istəyiblər" deyib. Burada acı həqiqət ortaya çıxıb. Anası onun uğursuz abortun qurbanı olduğunu anladıb.
Qız öz ağrısını ətrafdakılardan gizlətməyə çalışsa da, emosiyalarına nəzarət edə bilməyib. Nəticədə, içməyə başlayıb. Bir müddət sonra o, şok vəziyyətindən çıxıb və 19 yaşında ikən bioloji valideynlərini tapmaq qərarına gəlib.
Melissa onların adlarını öyrənib və 2007-ci ildə atası ilə əlaqə yaratmaq istəyib. Məlum olub ki, kişi ölüb.
Ümidini itirməyən qız bioloji anasının xətti ilə nənə və babasını tapsa da, onlar uzun müddətdir ki, qızlarından xəbər almadıqlarını deyiblər. Bir neçə ildən sonra Melissanın doğma xalası qızı onunla əlaqə saxlayıb və Rutun yerini deyib. 62 yaşlı qadın vaxtilə abort etdiyi qızın yaşadığını öyrənəndə şoka düşüb. O, qızı ilə görüşmək üçün özündə kifayət qədər güc hiss etməyib. Buna görə, ana-bala uzun müddət sadəcə məktublaşıblar. Nəhayət, bir neçə ildən sonra Rut və qızı şəhər zooparkında görüşüblər.
"Biz bir-birimizi görən kimi sarıldıq. İndi daha tez-tez görüşürük. Hər ikimiz Kanzas Sitidə yaşayırıq və uşaqlarım onu nənə deyə çağırır", - Melissa bildirib.




Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 7818 Tarix: 26 iyun 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Masazırın bəzi ərazilərində işıq olmayacaq
Bu gün Masazır qəsəbəsiniin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq. "Azərişıq"dan -a verilən məlumata görə, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq "Masazır" yarımstansiyasında 10 kV-luq bölmədə təmi
16 dekabr"Wizz Air" Bakı-Bratislava-Bakı aviareyslərini gələn ildən icra edəcək
Macarıstanın "Wizz Air" aviaşirkətinin Bakı-Bratislava-Bakı reyslərini gələn ildən icra etməsi planlaşdırılır. bu barədə "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) istinadən xəbər verir. Məlumata görə, Azərbaycan və Slovakiya arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməs
16 dekabrSumqayıtda tapılan uşaq ailəsinə təhvil verildi - Foto+Yenilənib
Bu gün saat 18:00 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində təxminən 3-4 yaşlarında uşaq tapılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, azyaşlı ərazi üzrə polis orqanına gətirilib. "Azyaşlını və ya onun valideynlərini tanıyanlardan, eləcə d
15 dekabrÖlkəyə gətirilən bu qida əlavəsində nöqsanlar aşkarlandı - Məhv edildi
Aparılan nəzarət tədbirləri zamanı "Nord Star Pharma" MMC-nin Rusiyadan idxal etdiyi 100 ədəd "Qlisin Biokor" B1 və B6 vitaminləri ilə" əmtəə nişanlı bioloji aktiv qida məhsulunun müayinəsi nəticəsində B1 vitaminin miqdarının normadan aşağı olduğu aşkarlanıb. xəbər verir ki
16 dekabrRüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rüşvət alma ittihamı ilə 8 il 6 ay həbsə məhkum edilmiş sabiq müdiri Rüfət Hacıyevin üzərinə həbs qoyulmuş əmlaklarının çoxu özünə qaytarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, onun yalnız Quba şəhərindəki 2 evi və bir neçə ünvanda yerləşən bo
16 dekabrQış Azərbaycana bu tarixdə daxil olacaq
Qış fəsli Azərbaycana dekabrın 21-i saat 19:03:01-də daxil olacaq, bununla da Şimal yarımkürəsində qış, Cənub yarımkürəsində isə yay fəsli başlayacaq. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsi məlumat yayıb. Bildirilib ki, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti il
15 dekabrTovuzda 14 yaşlı qızına toy edən şəxs ögey atası imiş (YENİLƏNİB)
Tovuzda 14 yaşlı qızına toy edən şəxs ögey atası olub. APA-ya istinadən xəbər verir ki, saxlanılan ögey ata ikinci ailəsindən olan qızına toy edən zaman polis əməkdaşları tərəfindən qarşısı alınıb. Hazırda araşdırma aparılır. 09:04. Tovuzda 14 yaşlı qızın toy mərasiminin qarşısı alınıb. Bu barədə Qaynarinfo-y
16 dekabrBəzi yerlərdə yollar buz bağlayacaq - Xəbərdarlıq
Dekabrın 16-dan 17-si gündüzədək Azərbaycanın bəzi rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı ehtimal
15 dekabr