"Prezidentin təklifi ilə keçiriləcək COVİD-19-a qarşı mübarizəyə həsr edilmiş konfrans çox əhəmiyyətlidir"-RƏY

"Prezidentin təklifi ilə keçiriləcək COVİD-19-a qarşı mübarizəyə həsr edilmiş konfrans çox əhəmiyyətlidir"-RƏYAzərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına və Qoşulmama Hərəkatına sədrliyi dünyanı lərzəyə salan COVİD-19 pandemiyası dövrünə təsadüf etdi. Azərbaycan prezidenti İlham Əliyev ötən aylarda hər iki qurumun ayrılıqda onlayn zirvə toplantılarını təşkil edərək pandemiya mövzusunu və yardımlaşmanı müzakirəyə çıxartdı. Buna qədər heç bir beynəlxalq təşkilat və liderlər pandemiyanın onlayn zirvə toplantısının müzakirəsini təşkil etməmişdi. Azərbaycan ilkə imza atdı. Ancaq bununla kifayətlənmək olmazdı.

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Sonxeber.az-a açıqlama verib.

Politoloq bildirib ki, Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvlərinə və Qoşulmama Hərəkatının 120 üzv ölkəsinin dəstəyinə güvənərək yeni təşəbbüslə çıxış edib:

"BMT Baş Məclisin dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası keçirilsin. Artıq təşəbbüsə dünyanın 130-dan çox dövlətindən dəstək gəlib.

Belə bir sessiyanın keçirilməsi realdırdmı və əsas təkliflər nədən ibarət olmalıdır?

Birincisi, tək elə Qoşulmama Hərəkatının, eyni zamanda BMT-nin 120 üzvü bu ideyanı dəstəkləyərək eyni çağırışla çıxış etsələr, BMT Baş Məclisi pandemiya ilə mübarizəyə həsr edilmiş sessiya keçirməlidir. Bu BMT Nizamnaməsinə də uyğundur. İlham Əliyev artıq Qoşulmayanlar Hərəkatı ölkələri adından BMT Baş Məclisinin dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT baş katibi Antonio Quterreşə müraciət ünvanlayıb. BMT-yə üzv ölkələrin çox hissəsi, yəni 97-nin təşəbbüsə dəstək verməsi kifayətdir ki, xüsusi sessiya təşkil olunsun. Azərbaycan prezidentinin təklifini dəstəkləyən ölkələrin sayı isə 97-ni xeyli aşır. Deməli, onlyan sessiyanın baş tutacağını vurğulamaq olar.

İkincisi, bundan sonra reallaşacaq onlayn sessiyanın gündəliyini tərtib etmək lazım gələcək. Aydındır ki, onlayn konfrans dünyanı bürüyən bəlaya çarə tapmayacaq. Ancaq indiki ağır vəziyyətdə pandemiya ilə mübarizə mövzusunun ortaq müzakirə edilməsi, liderlərin yeni ideyalarla çıxış etməsi də vacibdir. Məsələn müxtəlif ölkələrin laboratoriyalarında peyvənd və dərman üzərində çalışmalar sürətlənib. Bu işin koordinasiyasına ehtiyac var. Çünki bəllidir ki, hansı ölkə ilkin olaraq peyvəndi və dərmanı icad etsə və onun effektivliyi sübut olunsa icadı ilə başqa dövlətlərlə paylaşmalı olacaq. Bu halda istər-istəməz koordinasiyaya ehtiyac duyulacaq. Həmin peyvəndin hər yerə çatdırılması və insanların xilası isə zaman alacaq. Bu zamanı qısaltmaq üçün həmin dərmanın istehsalının həcminin böyütmək və milyardlarla dollara ehtiyac olacaq. Bu isə yalnız bir ölkənin görəcəyi iş deyil. Ona görə də BMT-yə üzv dövlətlərin indidin müzakirələrə, koordinasiyaya və ortaq məxrəcə gəlmələrinə ehtiyacı var ki, gələcəkdə zaman itirmədən peyvəndin və dərmanın gərəkli bütün ölkələrə çatdırılması təmin edilsin. Bəşəriyyət vahid düşmənlə mübarizə apardığından birgə fəaliyyətə ehtiyac var. Bu mənada BMT prosesdən kənarda qala bilməz".

F.Ağayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1246   Tarix: 30 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Almaniyada iqlim dialoqunun ikinci günü başlayır: İlham Əliyev iştirak edəcək

XV Petersberq İqlim Dialoqunun ikinci günü başlayır. "Report" xəbər verir ki, Prezident İlham Əliyev Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə bu gün keçiriləcək XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edəcək. Prezident İlham Əliyevin Almaniya kansleri ilə həmi

26 aprel
.

Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır

"Rusiya Qarabağ ərazisində dağıdılmış abidələrlə bağlı məsələlərin həllində Azərbaycan və Ermənistana kömək göstərməyə hazırdır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. "Ermənistan və Azərbaycan arasında mədəni abidələrin, tarixi abidələrin v

25 aprel
.

İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Malayziyanın Parlament Senatının prezidenti Datuk Mutanq Taqalı qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini bildirərək iqtisadi sahədə də əlaqələrimizi

29 aprel
.

Bakıda beynəlxalq forum işə başlayıb: Prezident tədbirdə iştirak edir - YENİLƏNİR + CANLI YAYIM

Mayın 1-də Bakı Konqres Mərkəzində "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilir. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev tədbirdə iştirak edir. Qeyd edək ki, Forum Azərbaycan hökumətinin təşkilatçılığı

1 may
.

Prezident: "Ölkəmizdəki müxtəlif etnik qrup və dinlərin təmsilçiləri dövlətimizin vətənpərvər insanlarıdır"

"Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşları, bizim dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlaya

1 may
.

Qırğızıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar

Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Şəhidlər xiyabanını ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, Prezident Sadır Japarov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsin

24 aprel
.

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB

Ermənistanın Tavuş vilayətinin Kirants kəndində aksiyalara qoşulan hərbi qulluqçular cinayət məsuliyyətinə cəlb olunublar. Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, erməni zabit A.Ç. və gizir F.B. 12 sıravi müqaviləli hərbçiyə etirazların baş verdiyi əraziyə getmələrini tapşırıb

27 aprel
.

Prezident bir qrup rektoru təltif etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə bir qrup rektor "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilib. xəbər verir ki, təltif olunanlar sırasında Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov, UNEC-in rektoru professor Ədalə

1 may
.

"Bizim qarşımızda dövlət maskası geyinən terrorçu-cinayətkar qruplaşma var" - Politoloq

Xəbər verdiyimiz kimi Qazax rayonu ərazisində mina hadisəsi baş verib. Minaya düşən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov Vüsal İntiqam oğlunun müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir. Məsələ ilə bağlı politoloq Tural İsmayılov -a açıqlam

29 aprel