Vilayət Eyvazov karantin rejimi ilə bağlı müraciət edib

Vilayət Eyvazov karantin rejimi ilə bağlı müraciət edib"Sərt karantin rejimi nə deməkdir? İnsanlar pandemiyaya yoluxmamaq üçün evində qalsın, ətraf mühitdən təcrid olunsun və beləliklə də, sağlamlığını təmin etsin. Əlbəttə ki, karantin ən effektiv mübarizə üsulu deyil, ancaq dünyada bundan daha yaxşı qoruyucu metod da tapılmayıb. Cərimələr də əslində, insanları bu qaydaları pozmaqdan çəkindirən səmərəli vasitədir. Yəni, cəriməyə məruz qalmamaq düşüncəsi tək bir insanı deyil, həm də onun yoluxdura biləcəyi digərlərini xilas edir", bunu Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov rəsmi mətbuata müsahibəsində deyib.

"Bu həqiqəti daxili işlər orqanlarının əməkdaşları aylardır ki, əhaliyə çatdırırlar. Bizim əsas işimiz cərimə yazmaq deyil və xatırladım ki, qaydaları ilk dəfə pozanların əksəriyyətinə heç cərimə də yazılmayıb, onlara xəbərdarlıq edilib.

Müxtəlif istiqamətlər üzrə monitorinqlər də aparırıq. Təsəvvürünüzə gətirin, ictimai nəqliyyatda hərəkət edən sərnişinlərin bəzən yarısı maskadan istifadə etmir. İaşə obyektlərində, açıq və qapalı məkanlarda sosial məsafə çox vaxt qorunmur. Son günlər yoluxmaya məruz qalan insanların sayının artması da məhz belə səhlənkarlıqların nəticəsi kimi meydana çıxır. Yaxud icazəsi olmadığına görə şəhəri tərk etmələrinə imkan verilməyən, ancaq postlardan yayınıb, ara torpaq yollarla avtomobillərdə hərəkət etməyə cəhd edən yüzlərlə şəxsi hamı gördü.

Sosial şəbəkələrdə, mesajlaşma tətbiqlərində əhali arasında xof, vahimə yaradan yalan məlumatlarla da hər gün rastlaşırıq. Daxili işlər orqanları bu kimi halları, - əslində o həm də cinayət faktlarıdır, - müəyyən edən müasir texnikaya malikdir və qeyd etdiyim faktlar dərhal müəyyənləşdirilərək lazımi hüquqi tədbirlər görülür.

Son günlər ölkə ictimaiyyəti, deputatlar, ziyalılar açıqlamalarında karantin rejiminin tələblərinin pozulmasına, maska taxmamağa görə polisin daha sərt tədbirlər görməsini istəyirlər. Bu fikirlər, əlbəttə, təbii qarşılanır və polis bu işin öhdəsindən gəlir. Ancaq daxili işlər orqanlarının əməkdaşları hər bir məkanda, hər bir məhəllədə sutkalıq nəzarət həyata keçirə də bilməz... Bu nəzarət Prezidentimizin dediyi kimi, ümumxalq işinə çevrilməlidir.

Daxili İşlər naziri olaraq ictimaiyyətə müraciət edib bir daha bildirmək istərdim ki, bu cür neqativ hallara qarşı mübarizə yalnız rəsmi çərçivədə və polis müdaxiləsi ilə aparılmamalıdır. Biz bu ürək ağrıdan prosesdə ictimai qınağın, məzəmmətin və nəzarətin artırılmasını çox vacib sayırıq. Əgər vətəndaşlarımız öncə özləri qaydalara əməl edib, sonra da ətrafdakıların bu tələblərə riayət etməsinə çalışsalar, həmçinin tələblərə zidd davranışları müəyyənləşdirib çəkinmədən məlumat versələr bu prosesdə müsbətə doğru dönüş yaranar. Faktlar sübut edir ki, ictimai nəzarət bəzən elə rəsmi nəzarət qədər təsirli olur.
Ümumilikdə sərtləşdirilmiş karantin rejimində vətəndaşlarla polis əməkdaşları arasında əsasən səmimi, qarşılıqlı etimada əsaslanan, təəssübkeşlik ovqatlı münasibətlər mövcuddur və davam edir. Bu həmrəyliyi, işbirliyini yüksək qiymətləndirirəm və əminəm ki, əlaqələrimiz daha da möhkəmlənəcək", - deyə nazir bildirib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 6480   Tarix: 02 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Afaq Bəşirqızı: "Mən parka, gəzintiyə həsrətəm" - VİDEO

"Məşhurluq çox çətin məsələdir. Özü də Bəşir Səfəroğlunun qızı olmaq çox çətindir". xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı deyib. Tədbirlərdən birində sevənləri ilə görüşən Bəşirqızı onların suallarını cavablandırıb. Aktrisa qeyd edib ki, o mütəmadi olaraq teatrda çalışmaqda

7 may
.

Şəhidimizin xanımı: "Xocalıdan gələnləri gördü, dedi, mən döyüşə getməliyəm" - FOTO/VİDEO

32 ildən sonra şəxsiyyəti müəyyənləşən itkin düşmüş şəhidlərimizindən biri də Cəlal Rüstəmovdur. Onun nəşi Tərtər rayonunun Şəhidlər xiyabanında dəfn edilib və bu yaxınlarda şəxsiyyəti müəyyənləşən 73 nəfərdən biridir. Cəlal Əbdülhəkim oğlu Rüstəmov 1965-ci ilin 9 aprel tarixində İsmayıllı rayonunu

7 may
.

Sinan Engin canlı yayımda stuldan yıxıldı - VİDEO

Türkiyənin "Beyaz TV" ekranlarında canlı yayımlanan futbol proqramında yaşananlar sosial şəbəkələrdə viral olub. xəbər verir ki, masada gərgin müzakirə getdiyi an futbol şərhçisi Sinan Engin oturduğu kresloda arxaya söykənmək istəyib. Lakin o qəfildən yıxılıb. Keçmiş hakim Ahmet Çakar tez Sinanı

7 may
.

İşdən çıxarılan məşhur cərrah DANIŞDI

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan Nərimanov Tibb Mərkəzinin ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Anar Mehdiyev işdən çıxarılması ilə bağlı açıqlama verib. Bu barədə -a danışan həkim bildirib ki, artıq apellyasiya instansiyasını da qazanıb. "Hakim Fuad Talışınskini

7 may
.

Hərbçilərin sosial şəbəkələrə girişi QADAĞAN OLUNUR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, İngiltərə Müdafiə Nazirliyinin tabeliyində olan saytlardan birinə haker hücumu olub. Hakerlərin hücumu necəsində bir çox əsgərlərin və keçmiş zabitlərin məlumatları ələ keçirilb. Eyni zamanda silahlı qüvvələrin hazırkı və keçmiş üzvlərinin adlarını, bank məlumatlarını əks etdirə

7 may
.

Elşad Həsənov geyim satan şirkətlə Yasamalın yollarını təmir etmək istəyir – 387 minlik tenderin izi ilə

Yasamal Rayon İcra Hakimiyyəti Başçısının Mənzil-Kommunal Təsərrüfat Birliyi (MKTB) məhəllədaxili yolların təmiri ilə "Koneks Construiction" şirkəti ilə satınalma müqaviləsi imzalayacaq. xəbər verir ki, şirkət qurumu bununla bağlı keçirdiyi tenderin qalibi seçilib. "Koneks Construction"

7 may
.

Şəhid ailəsi üzvlərinə təhsillə bağlı yeni imtiyaz VERİLDİ

Parlament şəhid ailəsinin üzvlərinin özəl universitetlərdə pulsuz təhsil almasına dair layihəni təsdiqləyib. "Report"un xəbərinə görə, bununla bağlı Milli Məclisin bugünkü iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan "Təhsil haqqında" qanuna dəyişiklik layihəsində qeyd edilib. Layih

7 may
.

Bu tələbələrə güzəştlər ediləcək

"Qarabağ Universiteti vacib layihədir. Həm hər bir azərbaycanlı, həm də azərbaycanlı təhsil işçisi üçün qürur mənbəyi olan layihədir. Burada texniki və menecment baxımından təxminən 10 ay ərzində bir ali təhsil müəssisəsini qurmaqdan danışırıq". APA-ya istinadən bildirir ki, bunu REAL TV-y

7 may
.

"Nigar Arpadarai tapılmır" - Seçicilər

29 saylı Səbail Seçki Dairəsindən Milli Məclisin üzvü seçilən Nigar Arpadarai seçiciləri ilə ünsiyyətdən yayınır. Bu barədə -ya müraciət edən Səbail Rayonunda yaşayan bir qrup sakin bildirib. Aralarında 44 Günlük Vətən Müharibəsinin iştirakçısı olan sakinlər deyir ki,müxtəlif problemlərinin həlli il

7 may