"Su problemi ilə bağlı çox ciddi tədbirlər görüləcək"-Deputat

"Su problemi ilə bağlı çox ciddi tədbirlər görüləcək"-DeputatSon günlər havaların şiddətli isti keçməsi və paralel olaraq davam edən kəskin quraqlıq içməli su problemini yenidən aktuallaşdırıb. Kür çayında suyun azalması və Xəzər dənizinin şor suyunun çaya axması nəticəsində çay qırağındakı Neftçala və Slyan rayonlarında içməli su problemi yaranıb.
Bundan başqa içməli su problemi Saatlı, Sabirbabad və digər aran rayonlarında da qeydə alınır. Hökumtə qurumları müvəqqəti tənzimləyici addımlar atıb, Araz və Kürə daha çox su buraxılması ilə məsələnin həlli nəzərdə tutulub. Xatırlatmaq lazımdır ki, bir qədər əvvəl ölkə başçısı da bildirib ki, bir neçə ildir davam edən quraqlıq səbəbindən Azərbaycanda şirin su çatışmazlığı yaşanır. Bu məqsədlə ilin əvvəlindən bu yana Prezident yeni artezian qurularının qazılması, su təminatının yaxşılaşdırılması üçün bir neçə dəfə sərəncam imzalayıb, müvafiq qurumlara vəsait ayırıb.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, Azərbaycan hökumətinin bu sahədə atdığı addımları qənaətbəxş hesab etmək olar:

"Ancaq respublikanın ayrı-ayrı bölgələrində içməli su qıtlığı var və bunu inkar etmək olmaz. Milli Məclisin deputatları tərəfindən də bu problemlər səsləndirilib. İyul ayının 1-də Milli Məclisin Təbii ehtiyatlar, ekologiya və energetika komitəsində "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi ilə görüş keçirildi və görülən işlər, problemlər barədə çoxsaylı suallara aydınlıq gətirildi. Bakı şəhərinin və regionların içməli su ilə təchiz olunması üçün qlobal xarakterli böyük layihələr icra olunub və proses davam etdirilir. Aprel ayında ölkə başçısı tərəfindən "Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması ilə bağlı tədbirlər planı haqqında" sərəncam imzalanıb. Sərəncama əsasən komissiya yaradılmış, xarici mütəxəssislərin dəvət olunmasından tutmuş, gələcəkdə su ehtiyatlarının səmərəli idarə edilməsi, yeni su mənbələrinin aşkara çıxarılması və bir çox tədbirlər nəzərdə tutulub. Qanunvericilik baxımından isə düşünürəm ki, "Yağış sularının idarə olunması haqqında" qanunun qəbul olunmasına ehtiyac var və Milli Məclisin payız sessiyasında məsələ qaldıracağam.Konkret olaraq hazırda yaranmış vəziyyətə gəldikdə isə, bunun bir neçə səbəbi var. Havaların kəskin quraqlıq keçməsi, Kür və Araz çaylarında suyun azalması ,sudan istifadədə həddindən artıq israfçılıq, bəzi yerlərdə infrastruktirun köhnəlib sıradan çıxması,dünyada iqlim dəyişikliyi və sairə. Ümumiyyətlə, müasir dünyada 2 milyarddan çox insan içməli su problemindən əziyyət çəkir.

Səbəb isə içməli su ehtiyatlarının getdikcə tükənməsidir. Azərbaycan da təəssüf ki, az sulu ölkələr sırasındadır. Hesab edirəm ki, mövcud potensialdan səmərəli istifadə etməklə, innovativ metodların tətbiq olunması ilə əhalini fasiləsiz su ilə təmin etmək olar. Dövlət başçısı tərəfindən bu istiqamətdə gələcəyə hesablanmış çox ciddi tədbirlər görülməkdədir".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4952   Tarix: 04 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Rusiyada silahlı insident: Yaralananlar var - ANBAAN VİDEO

Rusiyanın Primorye diyarının Dalneqorsk şəhərində silahlı insident yaşanıb. Primorye diyarının prokurorluğundan verilən məlumata görə, hadisə nəticəsində üç nəfər güllə yarası ilə xəstəxanaya çatdırılıb. Qeyd olunur ki, atəş açan bir neçə nəfər dərhal ərazidən uzaqlaşıblar. Hüquq-mühafizə orqanları onları

26 aprel
.

Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO

Lənkəranda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Masallı rayon Həsənli kənd sakini 1960-cı il təvəllüdlü Məhəmmədhüseyn Hüseyn oğlu Fərəcovun idarə etdiyi "Mercedes" markalı

25 aprel
.

Nəsib Quliyevlə bağlı yeni faktlar - Oğlu ailəsini atıb, qızı isə...

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. xəbər verir ki, -a daxil olan məlumatda iddia edilir ki, həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynad

25 aprel
.

Keçmiş başçının hospitalından şikayət - Pasientlə "Rela Hospital" arasında nə baş verib?

Sumqayıtda fəaliyyət göstərən "Real Hospital"dan maddi ziyan tələb edilir. Qaynarinfo xəbər verir ki, xəstəxanın pasienti olmuş Cəmilə Abbasova bu tələblə məhkəmə iddiası qaldırıb. O, paralel olaraq hospitalın həkimi Səkinə Xudiyevanı da məhkəməyə verib. Lakin birinci instansiya məhkəməsi onu

25 aprel
.

Xalq artisti: "Anam məni dünyaya gətirmək istəmirmiş" - VİDEO

"Arzuolunmaz övlad olmuşam, anam məni dünyaya gətirmək istəmirdi". Bu fikirləri Xalq artisti Məleykə Əsədova ATV-də yayımlanan "Günaylı Gün" verilişində səsləndirib. O bildirib ki, özündən böyük iki bacısı var:. "Anam həkim idi, qızı olacağını bilirdi, lakin oğlan istəyirdilər"

24 aprel
.

"Avropa Parlamentinin qəbul etdiyi qətnamə yalan üzərində qurulmuş ağlaşmadır" - DEPUTAT

"Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq qətnamə qəbul etməsini ölkəmizə qarşı qərəzin növbəti nümayişidir". Bunu -a danışan deputat Azər Badamov bildirib. Deputat qeyd edib ki, Avropa Parlamentinin Azərbaycana qarşı qətnamələri

26 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Qeyd edə

25 aprel
.

Elmira Süleymanova dəfn olundu

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib. xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb

25 aprel
.

"Kasıbınkı yaydır" deyib atalarımız: Amma bu il mövsümi meyvə-tərəvəz baha ola bilər - Açıqlama

Mil-Muğan bölgəsində qarpız əkini yekunlaşmaq üzrədir. Fermerlər bu il məhsuldarlığın zəif olacağından narahatdırlar. Çünki torpaq qoyduqları ştilləri həşəratlar məhv edib və hazırda problemin qarşısını almağa çalışan təsərrüfat sahələrinin digər problemi yerli toxumların olmaması və xaricdən gətirilənlari

25 aprel