Deputat: "SOCAR-ın rentabelli olmayan sahələrində optimallaşdırma aparıla bilər"

Deputat: "SOCAR-ın rentabelli olmayan sahələrində optimallaşdırma aparıla bilər"Dünyada yaşanan iqtisadi böhran bir çox şirkətlərin maliyyə vəziyyətinə mənfi təsir göstərib. Hətta dünyanın nəhəng şirkətləri xərclərini azaldacaqlarını və işçilərini ixtisar edəcəklərini bildiriblər. Belə ki, martın ortalarında ən iri neft şirkətlərindən olan "Exxon Mobil" və "Royal Dutch Shell" xərclərini 50 mlrd. ABŞ dollarına yaxın azaldacaqlarını bəyan etdi. ABŞ-ın "Chevron" neft şirkəti hazırda davam edən restrukturizasiya çərçivəsində işçilərinin 10-15%-ni ixtisar edəcəyini də elan edib.

Nüfuzlu konsaltinq şirkəti olan "Rystad Energy"nin proqnozuna əsasən, neft sektorunda çalışanların 21%-i və ya milyondan çox işçi ixtisar olunacaq. Dünyanın ən iri neft-servis şirkətləri olan "Schlumberger" və "Halliburton" ixtisarlarla bağlı planlarını açıqladı. "Halliburton" bu ilin əvvəlindən dünya üzrə bütün bölmələrində çalışan 5 mindən çox işçisi ilə yolları ayırıb.

Bəs Azərbaycanda vəziyyət necədir? Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ixtisarlar həyata keçirə bilərmi?

"APA-Economics"in məlumatına görə, Milli Məclisin deputatı Azər Badamov bildirib ki, dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi neft hasil edən şirkətlərin maliyyə-iqtisadi vəziyyətinə mənfi təsir göstərib.

"Neft istehsal olunan sahələrdə çoxlu sayda işçi çalışır, əməkhaqqı alır, onların maddi vəziyyəti təmin olunur. Neftin qiymətinin aşağı düşməsi o işçilərin əməkhaqlarının ödənilməsində müəyyən çətinliklər yarada bilər. Amma dövlətimiz həmişə sosial-siyasəti hər şeydən üstün tutur və vətəndaşların rifahının yaxşılaşması istiqamətində işlər görülməsinə çalışır. Həm neftin qiymətinin aşağı düşməsi, həm pandemiyanın dünyanın gündəmini zəbt etməsi bizi bir çox problemlərlə üzləşdirir. O cümlədən iş yerlərinin ixtisar olunması, işçilərin işdə azad olunması və digər məsələlər. Dövlət başçısı qeyd edir ki, pandemiya dövründə hər sahədə iş yerləri saxlanılmalıdır və saxlanılması istiqamətdə həm özəl, həm də dövlət sektoruna öz tövsiyəsini verib.

Düşünürəm ki, SOCAR-da da nə qədər optimallaşdırma olsa da iş yerlərinin azaldılması istiqamətində siyasət hələ ki, gündəmdə deyil", - deyə deputat qeyd edib.

Bununla belə o bildirib ki, neftin qiyməti nə qədər ki aşağıdır bu, müəyyən qədər düşündürməyə əsas verir: "Bu günlərdə SOCAR prezidentinin bir sərəncamı var idi. Orada SOCAR-da çalışan mütəxəssislərə verilən əlavə ödənişlərin, yəni peşəkarlığa görə verilən ödənişlərin 50% azaldılması nəzərdə tutulurdu. Bu da SOCAR-ın gəlirlərinin azalması ilə birbaşa bağlı məsələdir. Şirkətin gəlirləri azaldıqca, əlavə ödənişlər azaldılacaq. SOCAR-ın rentabelli olmayan sahələri var. Bu sahələrdə optimallaşdırma aparılıb, onların fəaliyyəti müvəqqəti dayandırılaraq orada çalışanlar digər sahələrə istiqamətləndirilə bilər".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1326   Tarix: 07 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO

Lənkəranda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Masallı rayon Həsənli kənd sakini 1960-cı il təvəllüdlü Məhəmmədhüseyn Hüseyn oğlu Fərəcovun idarə etdiyi "Mercedes" markalı

25 aprel
.

Sabah 32 dərəcə isti olacaq

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-1

26 aprel
.

İrəvan bundan imtina edir: Paşinyandan ermənilərə "soyqırımı" şilləsi

Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma "soyqırımı"nın ildönümü münasibətilə etdiyi çıxış erməniləri qəzəbləndirib. Buna səbəb Paşinyanın qondarma "soyqırımı" "böyük faciə" adlandırmasıdır. xəbər verir ki, Paşinyan çıxışında cəmi 3 dəfə "soyqırımı" ifadəsin

25 aprel
.

Polisin "saxla" əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO

Bakıda magistral yolda motosiklet sürücüsü Yol Patrul Xidmətinin "saxla" əmrinə tabe olmayıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Görüntülərdə YPX maşını motosiklet sürücüsünü saxlamağa cəhd etsə də sonuncunun hadisə yerindən qaçması öz əksini tapıb. Hadisə "Koroğlu" körpüsünü

26 aprel
.

Bakıda məktəbin yaxınlığında BÖYÜK TƏHLÜKƏ - VİDEO

Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qəzalı vəziyyətdə olan ağac təhlükə saçır. Bu barədə məlumat -in qaynar xəttinə daxil olub. Bildirilib ki, 99 saylı tam orta məktəbin çıxışında yerləşən ağac qoparaq dəmir hasara ilişib. Baş verə biləcək xırda hadisə dəhşətli faciəyə səbəb ola bilər

26 aprel
.

"Avropa Parlamenti gözündəki qara eynəyi çıxarıb Azərbaycana obyektiv baxmağı öyrənməlidir" - DEPUTAT

Xəbər verdiyimiz kimi aprelin 25-də Avropa Parlamenti Azərbaycan əlehinə növbəti qətnamə qəbul edib. Bununla bağlı -a danışan deputat Aydın Mirzəzadə bildirib ki, Avropa Parlamenti öz səlahiyyətlərindən kənara çıxır:. "Bu qurumun vəzifəsi Avropa Birliyinə daxil olan ölkələr üzrə ümumi normativ hüquq

26 aprel
.

"Avropa Parlamenti Azərbaycanla bağlı son qərəzli qətnaməni qəbul etməklə öz ikiüzlülüyünü bir daha nümayiş etdirdi" - DEPUTAT

"Avropa Parlamentində Ermənistan və erməni lobbisinin təsiri altında olan bir sıra dairələr tərəfindən irəlilədilən bu qətnamə bütün faktların saxtalaşdırıldığı Azərbaycana qarşı qarayaxma kampaniyasının tərkib hissəsidir". Bunu -a danışan deputat Müşfiq Cəfərov bildirib. Deputat qeyd edi

26 aprel
.

Rusiyada silahlı insident: Yaralananlar var - ANBAAN VİDEO

Rusiyanın Primorye diyarının Dalneqorsk şəhərində silahlı insident yaşanıb. Primorye diyarının prokurorluğundan verilən məlumata görə, hadisə nəticəsində üç nəfər güllə yarası ilə xəstəxanaya çatdırılıb. Qeyd olunur ki, atəş açan bir neçə nəfər dərhal ərazidən uzaqlaşıblar. Hüquq-mühafizə orqanları onları

26 aprel
.

Bakının bu rayonunda qaz kəsiləcək

Bu gün saat 23:00-dan etibarən Bakının Nəsimi rayonunun Abbasqulu ağa Bakıxanov küçəsi ilə Ağadadaş Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə qaz təchizatı dayandırılacaq. -ın məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz"

26 aprel