ATV əməkdaşlarının döyülməsi ilə bağlı cinayət işi açıldı
Baş Prokurorluq ATV telekanalının əməkdaşlarının təzyiqə məruz qalması faktı ilə bağlı məlumat yayıb.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, iyunun 4-də jurnalistlərin Şamaxı rayonu ərazisində peşə fəaliyyətlərinin icrası zamanı döyülməsi, təhqir olunması və çəkiliş avadanlıqlarının sındırılması barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş materiallar rayon prokurorluğunda araşdırılıb.
Araşdırmalarla müəyyən edilib ki, Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin (ATV) cari ilin aprel ayından fəaliyyət göstərən "Yoxlama" layihəsinin həyata keçirilməsi ilə bağlı müqavilə əsasında layihə rəhbəri qismində cəlb edilmiş Azər İsmayılov və layihənin əməkdaşları - Elgün Bayramlı, Loğman İsmayılov, Poland Axundzadə, Arif Quliyev və İlqar Quliyev qeyd edilən tarixdə saat 20 radələrində Şamaxı rayonu ərazisində yerləşən "Şamaxı" restoranında çəkiliş apardıqları zaman restoranın müdiri Hüseyn Allahverdiyev və onun qardaşı oğlu Elşad Osmanov jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olmaqla onlara müxtəlif bədən xəsarətləri yetirib, zor tətbiq edərək ictimai qaydanı kobud surətdə pozan və vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə xuliqanlıq ediblər. Bundan başqa, hadisə zamanı şirkətə məxsus videokamera və mikrofon zədələnib.
Həmin faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 163.1 (Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma) və 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibb ekspertizaları təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1414 Tarix: 07 iyun 2016
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Masallıda baba və nəvə yanaraq öldü - Fotolar
Masallıda fərdi yaşayış evində yanğın baş verib. "Unikal"a istinadən xəbər verir ki, hadisə rayonun Qızılağac kəndində qeydə alınıb. Belə ki, 200 kvadratmetrlik evdə qəfil yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub. Yanğın yerinin kəşfiyyatı zaman
1 aprelGəncədə bir yaşlı uşaq xəstəxanada öldü
Gəncədə körpə xəstəxanada ölüb. xəbər verir ki, hadisə Gəncədə yerləşən xəstəxanaların birinə baş verib. Belə ki, şəhər sakini 2025-ci il təvəllüdlü A.S ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ona yardım edilsə də, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır
5 aprelQusarda 27 yaşlı gənci sel apardı - MEYİTİ TAPILDI
Qusarda sel aparan şəxsin meyiti tapılıb. xəbər verir ki, Qusarın Gündüzqala kəndi ərazisindən keçən Quruçaya sel gəlməsi nəticəsində kənd sakini, 27 yaşlı Faiq Fərid oğlu Rəsulovu sel aparıb. Aparılan axtarışlar nəticəsində F.Rəsulovun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırm
5 aprelSəssizlik hamını qorxuya saldı: Qapı sındırıldı, yaşlı qadın sağ tapıldı
Avcılar rayonunda 13 iti ilə yaşayan 65 yaşlı Gülcihan Mutlu ilə əlaqə saxlaya bilməyən qonşuları və yaxınları narahat olaraq aidiyyəti qurumlara məlumat veriblər. türk mediasına istinadən xəbər verir ki, hadisə Cihangir Mahallesi ərazisində yerləşən yaşayış binasında baş verib. Qonşular Mutlunun qapısın
2 aprelDünyanın ən təhlükəli qadını İMİŞ
Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Jong dünyanın "ən təhlükəli" qadınıdır. xəbər verir ki, bunu Şimali Koreya üzrə ekspert Sunq-yun Li Cənubi Koreyanın "The Korea Herald" qəzetinə verdiyi açıqlamada deyib. Onun sözlərinə görə, hazırda KXDR Əmək Partiyası Mərkəzi Komitəsini
1 aprelNizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxs həbs edildi
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxs həbs edilib. APA-ya istinadla xəbər verir ki, bu barədə Nəsimi Rayon Məhkəməsində qərar qəbul edilib. Qərara əsasən, istintaq orqanının təqdimatı təmin edilib, Belarus vətəndaşı, ADA-da tələbə olan 20 yaşlı Ardeshir Seyfpour Saad Abadi barəsind
4 aprelÖvladlığa götürdükləri uşağa işgəncə iddiası: cütlük saxlanıldı
Florida ştatında bir yanğınsöndürmə leytenantı və onun həyat yoldaşı övladlığa götürdükləri 12 yaşlı qıza uzun müddət ərzində işgəncə verməkdə ittiham olunaraq saxlanılıb. türk mediasına istinadən xəbərverir ki, ilkin məlumatlara görə, uşaq mütəmadi olaraq otağa kilidlənib, onun tualetə getməsinə icaz
3 aprelEvinizi su basanda bu səhvi etməyin - HƏYATİ TƏHLÜKƏ YARADIR
Evi su basması hər bir ev sahibi üçün həm maddi, həm də mənəvi baxımdan olduqca stresli vəziyyətdir. Belə halla qarşılaşdıqda panikaya düşmədən, soyuqqanlı şəkildə hərəkət etmək həm təhlükəsizliyi təmin edir, həm də dəyən ziyanın miqdarını azaldır. İlk növbədə, mütləq şəkildə yadda saxlamaq lazımdı
4 aprel