Səssizlik hamını qorxuya saldı: Qapı sındırıldı, yaşlı qadın sağ tapıldı
Avcılar rayonunda 13 iti ilə yaşayan 65 yaşlı Gülcihan Mutlu ilə əlaqə saxlaya bilməyən qonşuları və yaxınları narahat olaraq aidiyyəti qurumlara məlumat veriblər.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Cihangir Mahallesi ərazisində yerləşən yaşayış binasında baş verib. Qonşular Mutlunun qapısını dəfələrlə döysələr də cavab ala bilməyiblər. Telefon zənglərinə də cavab verilmədikdə, onlar 112 xidmətinə müraciət ediblər.
Hadisə yerinə polis, xilasedicilər və tibb işçiləri cəlb olunub. Avcılar Emniyet Müdürlüğü əməkdaşları və digər qurumların nümayəndələri mənzilin qapısını dəfələrlə döysələr də nəticə əldə olunmayıb. Qadının həyatından şübhələnildiyi üçün qapının sındırılmasına qərar verilib.
Qapı sındırıldıqdan sonra səslərə oyanan Gülcihan Mutlu "Nə baş verir?" deyərək vəziyyətə reaksiya göstərib. Onun sağ olduğunu görən qonşuları və yaxınları isə rahat nəfəs alıblar.
Mütəxəssislər belə hallarda vaxtında məlumat verilməsinin vacibliyini vurğulayır və xüsusilə tək yaşayan yaşlı şəxslərlə mütəmadi əlaqə saxlanılmasını tövsiyə edirlər.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 705 Tarix: 02 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Masazırda mənzildə yanğın oldu - VİDEO
Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəl
30 sentyabrBakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi
Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək, zərərçəkən
3 oktyabrÖtən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
Azərbaycanda oktyabrın 2-də cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub
3 oktyabrMoskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
Rusiya paytaxtı Moskvanın mərkəzində restoranın müştərisi qarnından bıçaqlanıb. Bu barədə -ya istinadən xəbər verir. Məlumata görə, hadisə oktyabrın 1-də axşam "Lubyanka" metrostansiyasının yaxınlığındakı Nikolskaya küçəsində yerləşən restoranda baş verib. Mənbələrin bildirdiyinə görə, ik
3 oktyabrAraq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü
Astrada kişi arvadını döyüb. Hadisə rayonun kəndlərindən birində baş verib. 64 yaşlı Akif Rzayev (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Zərərçəkənin şikayəti əsasında o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Akif Rzaye
11 oktyabrTurşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqdan xəsarət aldı
Cəlilabad rayonunda qadın bıçaq xəsarəti alıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Göytəpə şəhər sakini ehtiyatsızlıqdan yaşadığı evin pilləkənlərindən yıxılıb. Bu zaman qadının əlində olan mətbəx bıçağı onu
29 sentyabrAbşeronda yaşayış binasında partlayış - Foto/Video
Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qayna
4 oktyabr