Evinizi su basanda bu səhvi etməyin - HƏYATİ TƏHLÜKƏ YARADIR
Evi su basması hər bir ev sahibi üçün həm maddi, həm də mənəvi baxımdan olduqca stresli vəziyyətdir. Belə halla qarşılaşdıqda panikaya düşmədən, soyuqqanlı şəkildə hərəkət etmək həm təhlükəsizliyi təmin edir, həm də dəyən ziyanın miqdarını azaldır.
İlk növbədə, mütləq şəkildə yadda saxlamaq lazımdır ki, su və elektrik enerjisinin təması həyati təhlükə yaradır. Buna görə də, suya daxil olmazdan əvvəl mənzilin və ya evin əsas elektrik açarını (şitini) söndürmək lazımdır. Əgər elektrik paneli suyun içindədirsə və ya ona çatmaq risklidirsə, heç bir halda müdaxilə etməməli və dərhal mütəxəssis çağırmalısınız.
Eyni zamanda, qaz sızması riskinə qarşı qaz klapanını da bağlamaq tövsiyə olunur.
"Yeni Sabah" xəbər verir ki, təhlükəsizlik tədbirləri görüldükdən sonra suyun mənbəyini müəyyən etmək və qarşısını almaq lazımdır. Əgər su sızması mənzil daxilindəki borulardan qaynaqlanırsa, mərkəzi su kranını bağlayaraq axını dayandırmaq mümkündür. Lakin problem qonşulardan və ya binanın ümumi xəttindən qaynaqlanırsa, dərhal aidiyyəti şəxslərə və ya bina idarəçiliyinə məlumat verilməlidir. Suyun axını dayandırıldıqdan sonra növbəti vacib addım zərərin sənədləşdirilməsidir. Sığorta şirkətinə müraciət etmək və ya gələcəkdə yarana biləcək hüquqi məsələləri həll etmək üçün su basmış ərazilərin, zərər görmüş əşyaların və suyun səviyyəsinin fotoşəkillərini və videolarını çəkmək vacibdir. Bu, dəyən ziyanın kompensasiya edilməsi prosesində ən mühüm sübut hesab olunur.
Təmizlik mərhələsinə keçdikdə isə operativlik əsas şərtdir. Suyun məkanda uzun müddət qalması divarların strukturuna zərər verir və qısa müddətdə kif (göbələk) yaranmasına səbəb olur. İmkan daxilində nasoslar, vedrələr və ya tozsoranlar vasitəsilə su xaric edilməlidir. Sudan zərər görmüş xalçalar, mebellər və digər əşyalar dərhal qurudulmalı, yaş qalmış tekstil məhsulları isə evdən çıxarılmalıdır. Otaqların havasını dəyişmək, pəncərələri açmaq və ya nəmişlikçəkən cihazlardan istifadə etmək qurutma prosesini sürətləndirir. Unutmayın ki, su basmasından sonra divarların və döşəmənin tam quruması bir neçə gün, bəzən isə həftələr çəkə bilər, ona görə də təmir işlərinə başlamazdan əvvəl mütləq tam quruluğa əmin olmaq lazımdır.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1370 Tarix: 04 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Masazırda mənzildə yanğın oldu - VİDEO
Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəl
30 sentyabrBakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi
Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək, zərərçəkən
3 oktyabrÖtən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
Azərbaycanda oktyabrın 2-də cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub
3 oktyabrMoskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
Rusiya paytaxtı Moskvanın mərkəzində restoranın müştərisi qarnından bıçaqlanıb. Bu barədə -ya istinadən xəbər verir. Məlumata görə, hadisə oktyabrın 1-də axşam "Lubyanka" metrostansiyasının yaxınlığındakı Nikolskaya küçəsində yerləşən restoranda baş verib. Mənbələrin bildirdiyinə görə, ik
3 oktyabrAraq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü
Astrada kişi arvadını döyüb. Hadisə rayonun kəndlərindən birində baş verib. 64 yaşlı Akif Rzayev (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Zərərçəkənin şikayəti əsasında o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Akif Rzaye
11 oktyabrTurşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqdan xəsarət aldı
Cəlilabad rayonunda qadın bıçaq xəsarəti alıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Göytəpə şəhər sakini ehtiyatsızlıqdan yaşadığı evin pilləkənlərindən yıxılıb. Bu zaman qadının əlində olan mətbəx bıçağı onu
29 sentyabrAbşeronda yaşayış binasında partlayış - Foto/Video
Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qayna
4 oktyabr