Müəllimlərin işə qəbulu imtahanlarına edilən dəyişikliklərlə aydınlıq gətirildi

Müəllimlərin işə qəbulu imtahanlarına edilən dəyişikliklərlə aydınlıq gətirildiCari ildə müəllimlərin işə qəbulu müsabiqəsində məntiq suallarının çıxarılacağı və onların pedaqogika və metodika üzrə suallar ilə əvəzlənəcəyi xəbəri müəyyən əks-səda yaradıb.

Sonxeber.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı "Ali (orta ixtisas) təhsil almış şəxs müəllim işləmək üçün niyə yenidən imtahan verməlidir?", "Müəllimlərin işə qəbulu imtahanlarının məzmunu niyə dəyişildi?", "Metodika üzrə sualları kim hazırlayır?", "Niyə metodika üzrə ədədbiyyat siyahısı verilmir?", "Namizədlər bu imtahana necə hazırlaşsın?" və s. kimi suallar da verilir.

Bu suallara cavab verən C.Valehov deyib ki, müəllimlərin işə qəbulu müsabiqəsi ölkədə işə qəbul üzrə ən kütləvi kampaniya olması səbəbilə həm müəllim olmaq istəyənlərin, həm də geniş ictimaiyyətin diqqət mərkəzindədir. İkinci tərəfdən isə elə kampaniyanın kütləviliyi xeyli sayda arzuedənlərin sırasından daha savadlı və hazırlıqlı şəxslərin seçilməsi üçün əlavə mexanizmlər tələb edir. Dünyada olduğu kimi, Azərbaycanda da müəllim seçimində ali məqsəd şagirdlərin daha keyfiyyətli təhsil almaq hüququnu təmin etməkdir:

"II suala cavab - MİQ imtahanının məzmununda dəyişikliklərin sertifikasiya imtahanına inteqrasiya ilə bağlı olduğu barədə əvvəllər də məlumat verilib. Digər tərəfdən, qəbul edilməlidir ki, imtahanların məzmununda və formatında mütəmadi dəyişikliklər həm də təhsildə gedən islahatlarla ayaqlaşmaq üçündür. Bu elmlər sinif otağında, real şagirdlərlə iş zamanı üzə çıxan problemləri öyrənir, tədqiq edir, ümumiləşdirir və praktik tövsiyələr verir, həm də daim yenilənir. Əgər müəllimlər pedaqogika və metodika elmlərinin əsaslarını düşünərək öyrənsə və tətbiq etsə, bu gün məktəblərdə olan problemlərin böyük hissəsi rahatlıqla aradan qalxar. MİQ və sertifikasiya imtahanlarında metodika üzrə sualların sayının artırılması bu məqsədi güdür.

III suala cavab - Sualların hazırlanması məsələsinə gəldikdə isə bildirməliyik ki, suallar kollektiv əməyin məhsuludur. Onların hazırlanmasında metodist alimlər, praktik müəllimlər iştirak edir. Bazaya daxil edilmiş suallar dəfələrlə müxtəlif ekspertlər tərəfindən təhlil edilir, üzərində düzəlişlər aparılır, analoq suallar hazırlanır. Hər il banka yeni suallar daxil edilir və belə sualların sayı minlərlədir. İmtahan sessiyasına düşəcək sualları isə verilmiş komandaya uyğun olaraq kompüter seçir və burada insan amili əsla yoxdur.

Qeyd edək ki, bu sualların hansı səriştələri ölçəcəyi barədə məlumat - "Müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsi" - cari ilin 28 fevral tarixində Təhsil Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilmişdir: https://edu.gov.az/az/page/9/18042 Bu sənədlə tanış olmaq namizədlər üçün faydalıdır: sənəddə məzmun sahələri (hüquqi savadlılıq, fənn kurikulumunun tətbiqi, pedaqoji və psixoloji nəzəriyyələr), məzmunun tərkib hissələri (faktlar, anlayışlar, prinsiplər: qaydalar, xassələr, qanunlar; prosedurlar: çevirmələr, alqoritmlər, hesablamalar) göstərilmiş, sualların belə demək olarsa, çətinlik səviyyəsi nizamlanmışdır. Cədvələ diqqət etsəniz, görəcəksiniz ki, burada 20 sualdan 4-ü "Xatırlamaq və anlamaq", 12-i "Tətbiq etmək və təhlil etmək", 4-i "Dəyərləndirmək və yaratmaq" kateqoriyasına aiddir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1811   Tarix: 23 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Cəza tədbirlərinə keçməzdən əvvəl televiziya kanallarının rəhbərləri ilə ayrıca və məqsədli müzakirələr aparılmalıdır" - AÇIQLAMA

Bir müddət əvvəl Audiovizual Şuranın sədri İsmət Səttarov bildirib ki, Şura verilişlərin monitorinqində süni intellektdən istifadə etməyə başlayıb. Nəticədə aparıcılar tərəfindən təxminən 3 min dəfə xarici sözlərdən istifadə edildiyi müəyyənləşib. Məsələn, "ok" sözü 104 dəfə səsləndirilib

18 dekabr
.

Stomatoloqlardan pul tələb edən şəxslər tutuldu - Foto

Balakəndə özünü jurnalist kimi təqdim edərək stomatoloqlardan pul tələb edən şəxslər saxlanılıblar. "Qafqazinfo" xəbər verir ki, rayonda özlərini jurnalist kimi tanıdan iki nəfərin vətəndaşlardan hədə-qorxu ilə pul tələb etmələri barədə polisə məlumat daxil olub. Balakən RPŞ-nin keçirdiyi tədbirlərl

18 dekabr
.

Audiovizual Şura boşanmalarla bağlı verilişə görə "MTV" kanalına xəbərdarlıq etdi - Video

Audiovizual Şura ailə institutunu nüfuzdan salan informasiya yayımlanmasına görə "MTV" kanalına xəbərdarlıq edib. "Qafqazinfo" xəbər verir ki, Audiovizual Şuranın onlayn iclası keçirilib. İclasda "MTV" kanalının efirində baş vermiş pozuntu halı müzakirə olunub. Bildirili

17 dekabr
.

Göyçə gölündən ən yeni görüntülər - Möhtəşəm qış mənzərəsi

AzTV Bala Göyçə və Böyük Göyçə göllərindən yeni görüntülər təqdim edib. Qaynarinfo xəbər verir ki, möhtəşəm qış mənzərəsini özündə əks etdirən bu kadrları təqdim edir:

17 dekabr
.

Mirmahmud Fəttayevin nəvəsinin ölümünün təfərrüatı bilindi

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun nəvəsi 18 yaşlı Müşfiq Fəttayevin qəfil ölümünün təfərrüatları məlum olub. Mirmahmud Mirəlioğlunun qardaşı Mirfəyyaz Fəttayev Qaynarinfo-ya aşıqlamasında Müşfiq Fəttayevin avtomobildə dünyasını dəyişdiyini bildirib:

18 dekabr
.

Nadir Hüseynovun öldüyü hadisənin təfərrüatı - Yaralanan qadın dayanacaqda dayanıbmış

Tanınmış bədii qiraətçi, Əməkdar müəllim​ Nadir Hüseynovun ölümü ilə nəticələnən hadisənin təfərrüatı məlum olub. "Qafqazinfo" xəbər verir ki, hadisə dekabrın 17-si saat 11 radələrində paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb. Belə ki, N. Hüseynov sürdüyü avtomobillə hərəkətdə olarkə

18 dekabr
.

AZAL-dan daha bir yenilik - Yan oturacağı "bloklaya" bilərsiniz

Azərbaycanın milli aviadaşıyıcısı AZAL ekonom sinifdə səyahət edən sərnişinlər üçün şəxsi məkanı və komfortu artıran yeni xidməti istifadəyə verib. xəbər verir ki, artıq sərnişinlər yan oturacağı və ya bütün sıranı əvvəlcədən "bloklaya" bilərlər. Yeni xidmət uçuş zamanı daha rahat hərəkət imkan

18 dekabr
.

"Anama söydülər deyə bu onlara Allahın cavabı oldu"

Basketbol klubu "Panatinaikos"un baş məşqçisi Ergin Ataman Avroliqanın 16-cı həftəsində səfərdə "Fənərbağça Beko" üzərində 81-77 hesablı qələbədən sonra açıqlama verib. xəbər verir ki, Atamanın sözlərinə görə:. "Pis çıxış edən 'Panatinaikos' yoxdur. Yolumuza davam edirik

17 dekabr
.

"Həkimin etdiyi əməliyyatda 3-cü ölən mənim övladımdır..." - Video

Kürdəmirdə cərrahi əməliyyatdan beş gün sonra vəfat edən 22 yaşlı Məleykə Nurməmmədovanın yaxınları həkimi ittiham edirlər. "Qafqazinfo" xəbər verir ki, onlar bununla bağlı "Baku TV"yə danışıblar. Mərhumun atası Müsəllim Məmmədov hadisənin qan köçürüldükdən sonra baş verdiyini iddi

17 dekabr