10 yaşlı azərbaycanlı təhsildə xüsusi müvəffəqiyyətlərinə görə ABŞ-da Prezident Mükafatı alıb

10 yaşlı azərbaycanlı təhsildə xüsusi müvəffəqiyyətlərinə görə ABŞ-da Prezident Mükafatı alıbABŞ-da 10 yaşlı azərbaycanlı Maqsud Süleymanlı təhsildə xüsusi müvəffəqiyyətlərinə görə bu ölkənin Prezidentinin mükafatını alıb.

Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Maqsudun anası Nigar Pənahova oğlunun hələ Bakıda olarkən məktəbə getməyə başladığını deyib.

Ailəsi ABŞ-a köçəndən sonra Maqsud qısa müddətdə ingilis dilini öyrənib və tezliklə öz məktəbinin ən yaxşı şagirdləri sırasına daxil olub.

Təhsildə xüsusi müvəffəqiyyətlərə görə Prezident Mükafatı əsası 1983-cü ildə qoyulmuş proqram çərçivəsində ABŞ Prezidentinin və təhsil nazirinin adından təqdim edilir. ABŞ-da ibtidai, orta və yuxarı siniflərin təhsildə nailiyyətləri ilə fərqlənmiş şagirdləri bu mükafatı ABŞ Orta Məktəb Direktorlarının Milli Assosiasiyası tərəfindən nəzərdə tutulmuş meyarlar əsasında alırlar.

Maqsudun valideynləri Hikmət Süleymanlı və Nigar Pənahova daimi yaşayış yerinin seçiminə xüsusi diqqətlə yanaşıblar, çünki uşağın hansı dövlət məktəbinə getməsi məhz ailənin yaşayış yerindən asılıdır. Buna görə də, uşaqların yüksək keyfiyyətli təhsil almaları üçün onlar Orta Qərbin ən yaxşı məktəblərinin yerləşdiyi Sent Luis dairəsindəki Kleyton şəhərində məskunlaşdılar. Nigar xanımın sözlərinə görə, məhz burada Maqsud təhsildə böyük uğurlar qazanıb və gələcək nailiyyətləri üçün təməl yaradıb. Yaxın vaxtlarda Suleymanlılar ailəsi Pensilvaniyaya köçüb. Maqsud da Prezident mükafatını Pensilvaniyada, Herbert Quver adına ibtidai məktəbin dördüncü sinfində oxuyarkən alıb.

Ancaq Maqsud təkcə öz biliklərinin səviyyəsi və təhsildə qazandığı nailiyyətlərlə fərqlənmir. Valideynləri kimi, o da vətənpərvərdir. Maqsud və bacısı Tansu müntəzəm olaraq məktəbdə və məktəb hüdudlarından kənarda keçirilən beynəlxalq və mədəniyyətlərarası festivallarda iştirak edir, orada yaşıdlarına öz ölkəsi Azərbaycanın mədəniyyəti, onun tarixi və milli mətbəxi haqqında danışırlar.

Maqsud futbol oynamağı sevir, şahmatla məşğul olur və proqramlaşdırma ilə maraqlanır. O Bakıda yaşayarkən Vüqar Həşimov adına Şahmat Akademiyasında məşğul olurdu, ABŞ-da isə artıq bir neçə mükafat qazanıb. Maqsud gələcəkdə kosmonavt olmağı arzu edir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 2106   Tarix: 01 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Parkda narkotik satan qadın saxlanılıb

Gəzinti sahəsində narkotik satışı ilə məşğul olan biri qadın olmaqla iki şübhəli tutulub. Sonxənbər.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Qadın polis tərəfindən saxlanılıb. Şübhəlilərdən və onların evlərində narkotik itlərlə aparılan axtarış zamanı 103 qram narkoti

30 aprel
.

2 və 6 yaşlı iki övladı olan qadının meyiti quyudan tapıldı - Birlikdə yaşadağı kişi...

Kişi birlikdə yaşadığı qadını öldürərək quyuya atıb, sonra isə başına atəş açaraq intihar edib. xarici mediaya istinadən xəbər verir ki, Türkiyədə Manisanın Alaşehir rayonunda birlikdə yaşadığı qadını ov tüfəngi ilə öldürüb quyuya atan şəxs daha sonra başına atəş açıb. Ağır yaralanan şəxsə tibbi yardı

1 may
.

Səudiyyə Ərəbistanında daha bir ilk yaşandı

Səudiyyə Ərəbistanının ilk böyük operasının premyerası keçirilib. xarici mediaya istinadən xəbər verir ki, Ər-Riyadda Kral Fəhəd Mədəniyyət Mərkəzində nümayiş olunan "Zərqa Əl Yamama" operası İslamdan əvvəlki Ərəbistanda gələcəyi qabaqcadan görmək qabiliyyətinə malik bir qəbilə başçısının hekayəsində

29 aprel
.

Baydenin oğlu telekanalı məhkəməyə verir

Amerika Prezidenti Co Baydenin oğlu Hanter Bayden "Fox News" telekanalını məhkəməyə vermək istəyir. "Qafqazinfo" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bildirilib ki, Hanter Bayden qanunsuz yolla əldə edilmiş fotoşəkillərini yayımladığına görə telekanlı məhkəmə ilə hədələyib

30 aprel
.

Paşinyan Vladimir Putinin andiçmə mərasiminə getməyəcək

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin mayın 7-də Moskva vaxtı ilə saat 12:00-a planlaşdırılan andiçmə mərasiminə getməyəcək. Bu barədə "MediaHub" öz mənbələrinə istinadla xəbər verib. Bildirilib ki, Ermənistan mahiyyətcə müttəfiq kimi Rusiyadan narazı olduğun

29 aprel
.

Dəhşətli qəza: Ana və qızı həyatını itirdi - Video

Minik avtomobili ilə ticarət maşınının toqquşması nəticəsində baş verən qəzada 5 nəfər xəsarət alıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Xəstəxanaya çatdırılan yaralıların anası və qızı dünyasını dəyişib. Qəzada xəsarət alan digər şəxslər xəstəxanaya aparılıb. Yaralıla

30 aprel
.

Maskın sərvəti kəskin artdı

İlon Maskın sərvəti aprelin son həftəsində 37,3 milyard dollar artıb. Bu Maskın sərvətinin 2022-ci ilin martından bəri ən böyük həftəlik artımı olub. Qeyd olunub ki, Mask hazırda dünyanın ən zəngin adamları siyahısında üçüncü yerdədir, onun sərvəti 202 milyard dollar dəyərində qiymətləndirilir. "X"i

1 may
.

Magistral yol çökdü: 19 ölü, 30 yaralı - VİDEO

Çinin Quandun əyalətində magistral yolda fəlakət baş verib. xrici mediaya istinadən xəbər verir ki, magistral yolun çökməsi nəticəsində azı 19 nəfər ölüb, 30 nəfər yaralanıb. Hadisə zamanı sıxışan 18 avtomobildəki insanları xilas etmək üçün bölgəyə çoxlu sayda xilasetmə qrupu sövq edilib. Çin dövlə

1 may
.

Kadırovun 16 yaşlı oğluna daha bir vəzifə verildi

Çeçenistan lideri Ramzan Kadırovun oğlu, 16 yaşlı Adam Qudermesdəki Vladimir Putin adına Rusiya Xüsusi Təyinatlı Qüvvələr Universitetinin (RUS) kuratoru olub. xəbər verir ki, bu barədə Tass məlumat yayıb. 2023-cü ilin noyabrından Adam Kadırov Çeçenistan Respublikası rəhbərinin təhlükəsizlik xidmətini

29 aprel