Yeni yoluxma hallarının 27 faiz azalması vəziyyəti nəzarət altında saxlamağa imkan verir: ÜST rəsmisi

Yeni yoluxma hallarının 27 faiz azalması vəziyyəti nəzarət altında saxlamağa imkan verir: ÜST rəsmisiÜmumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı missiyası burada olduğu müddətdə 50-yə yaxın görüş keçirib. Missiyanın üzvləri Azərbaycanda bir sıra səhiyyə müəssisələrində olub və Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA), Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və bu prosesə daxil olan digər strukturlarla müzakirələr aparıblar. Missiya müşahidələrinin nəticələrini Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndələri ilə də bölüşərək müəyyən tövsiyələr verib. Təşkilatın regional bürosu və Azərbaycan nümayəndəliyi Nazirlər Kabineti yanında Operativ Qərargahla birlikdə həmin tövsiyələrin həyata keçirilməsi üzərində işləyəcəklər və ÜST bu sahədə lazimi kömək göstərəcək.
Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə məlumat verən ÜST Avropa regional bürosunun yoluxucu xəstəliklər şöbəsinin mütəxəssisi Şahin Hüseynov deyib: "Azərbaycanda epidemioloji vəziyyət demək olar ki, sabitləşib. Aşkar görünür ki, son bir ay ərzində xəstələrin sayında xeyli azalma baş verıb. Son iki həftə ərzində yeni yoluxma hallarının 27 faiz azalması müşahidə edilir. Virusa yoluxmaların sayında azalma baş verməsi vəziyyəti nəzarət altında saxlamağa imkan verir.
Epidemioloji tədqiqat aparmaq üçün yeni xəstələnmə hallarının sayı vacibdir. Sağalanların sayı kliniki faktordur. Bu, onu göstərir ki, xəstəxanalarda müalicə prosedurları düzgün aparılır və xəstələnənlər sağalırlar. Karantin rejiminin yumşaldılması və başqa ictimai səhiyyə tədbirlərinin həyata keçirilməsinə qərar vermək üçün yoluxanların, xəstələnənlərin, testlərin və testlər arasında pozitiv nəticələrin sayı nəzərə alınır. Həmin amillər çox vacib və mühüm məsələdir.
Hazırda koronavirusun hava və iqlimlə əlaqəli olması barədə sübutlar yoxdur. Məsələn, hazırda Avstraliyada qış mövsümüdür və ümumi respirator xəstəliklərin sayı azalıb. Koronavirusa qarşı ictimai səhiyyə tədbirləri icra olunduğu halda, yəni maskadan istifadə, sosial məsafənin, gigiyena qaydalarının gözlənilməsi başqa respirator xəstəliklərin də sayının azalmasına səbəb olur.
Xüsusi təyinatlı xəstəxana və çarpayıların sayı koronavirusla ümumi mübarizə strategiyasının əsas amillərindən biridir. Azərbaycanda 10 minə yaxın xüsusi, o cümlədən intensiv xidmət, yəni reanimasiya çarpayısı mövcuddur. Yaxın vaxtlarda daha 5 xəstəxana istifadəyə verilməlidir. Bu, hər cür alqışa layiqdir. Xəstəxana və çarpayıların sayının çoxluğu səhiyyə sisteminin üzərinə düşən yükü azaldır. Lakin təlim keçən həkim və tibb işçilərinin sayı daha da artırılmalıdır".
O, COVID-19 infeksiyasına qarşı peyvənd axtarışları barədə deyib: "Ümumiyyətlə, bir peyvəndin hazır olması 8-12 il vaxt tələb edir. Lakin mövcud vəziyyətlə əlaqədar olaraq bir neçə ay ərzində 165 peyvənd təqdim olunub. Onlardan üçü hazırda üçüncü sınaq mərhələsindədir. Məlumata görə, Rusiya istehsalı olan dördüncü peyvənd də var. Təəssüf ki, təqdim olunan peyvəndlərin səmərəliliyi o qədər yüksək deyil. Təbii ki, onların vasitəsilə insanları qorumaq mümkündür. Lakin onlar əvvəllər istifadə olunan peyvəndlər kimi səmərəli deyil. Həmin peyvəndlər sınaqdan çıxarılandan və hazırlandığı ölkələr tərəfindən təsdiq olunandan sonra ÜST onun harada və hansı miqyasda istifadəsinə dair öz tövsiyələrini verəcək. Lakin bir daha qeyd etmək istəyirəm ki, keyfiyyətli və səmərəli nəticəsi olan peyvəndin hazırlanması üçün uzunmüddətli araşdırmalar aparmaq tələb olunur".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3101   Tarix: 02 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Türkiyənin ilk astronavtı Azərbaycana gələcək

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq. report-a istinadən xəbər verir ki, bu barədə Ankarada keçirilən Türk dövlətləri kosmik agentliklərinin üçüncü iclasından sonra Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətini

24 aprel
.

Xanımlar getdikcə bir-birinə bənzəyir: Estetik əməliyyat etdirənlərin sayı niyə artır? - Açıqlama

Əvvəllər çox nadir insanlar estetik əməliyyat edərdi. İndi isə estetik əməliyyat edən şəəxslərin sayı olduqca artıb. Bir çox insan xarici görünüşünü bəyənməyərək plastik əməliyyata üz tutur. Son zamanalr qadınlarla yanaşı, estetik əməliyyat etdirən kişilərə də tez-tez rast gəlinir. Bəzən hətta plasti

25 aprel
.

Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO

Lənkəranda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Masallı rayon Həsənli kənd sakini 1960-cı il təvəllüdlü Məhəmmədhüseyn Hüseyn oğlu Fərəcovun idarə etdiyi "Mercedes" markalı

25 aprel
.

Xalq artisti: "Anam məni dünyaya gətirmək istəmirmiş" - VİDEO

"Arzuolunmaz övlad olmuşam, anam məni dünyaya gətirmək istəmirdi". Bu fikirləri Xalq artisti Məleykə Əsədova ATV-də yayımlanan "Günaylı Gün" verilişində səsləndirib. O bildirib ki, özündən böyük iki bacısı var:. "Anam həkim idi, qızı olacağını bilirdi, lakin oğlan istəyirdilər"

24 aprel
.

Açıq havada satılan yeməklərdə DİQQƏTLİ OLAQ! Sağlamlığımıza hansı təsirləri var? - AÇIQLAMA

Açıq havada çoxlu mikroblar var və onlar tozla birləşərək asanlıqla yayılmağa başlayırlar. Xüsusilə havalar isindikcə epidemiyaya səbəb olan açıq qidalara nəqliyyat vasitələrinin çoxluğu və insanların sığlığı səbəbindən mikrob daha tez keçir. Xüsusilə çöldə satılan simit, peraşkı, dönər və qutab kim

25 aprel
.

Sabiq baş pediatrın intiharı ilə bağlı CİNAYƏT İŞİ AÇILDI - YENİLƏNİB

Respublikanın sabiq baş pediatrı Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də yaşadığı evdə odlu silahdan atəş açaraq intihar etməsi faktı il

24 aprel
.

Elmira Süleymanova dəfn olundu

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib. xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb

25 aprel
.

Ramzan Kadırovda yeni xəstəlik tapıldı, varisi hazırlanır - İDDİA

Çeçenistan lideri Ramzan Kadırov ağır xəstədir. İndi Kreml ölümü və ya səhhətinə görə əmək qabiliyyətini itirməsi halında onun yerinə kimin keçəcəyini düşünür. -ın xarici mediaya istinadən xəbərinə görə, "Novaya qazeta Europe" məqaləsində deyildiyi kimi, 2019-cu ilin yanvarında həkimlər on

24 aprel
.

Nəsib Quliyevlə bağlı yeni faktlar - Oğlu ailəsini atıb, qızı isə...

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. xəbər verir ki, -a daxil olan məlumatda iddia edilir ki, həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynad

25 aprel