Azərbaycanda xüsusi karantin rejimi növbəti dəfə yumşaldıldı

Azərbaycanda xüsusi karantin rejimi növbəti dəfə yumşaldıldıCovid-19 infeksiyasına yoluxmanın dinamikasında müsbət tendensiyanın müşahidə olunması və iqtisadi aktivliyin gücləndirilməsi zərurəti nəzərə alınaraq Nazirlər Kabineti yanında Operativ Qərargah bəzi istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verilməsi haqda qərar qəbul edib.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sonxeber.az-a bildirilib.

Qeyd edilib ki, Nazirlər Kabinetin müvafiq Qərarına əsasən Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində 2020-ci ilin avqusutun 10-u saat 00.00-dan etibarən fəaliyyətinə icazə verilən sahələrin siyahısına aşağıdakılar əlavə edilir:

Açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi;
Qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektələrinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin (iri ticarət mərkəzləri istisna olmaqla) fəaliyyəti;
maşın və avadanlıqların istehsalı;
elektrik avadanlıqlarının istehsalı;
kompüter, elektron və optik məhsulların istehsalı;
avtomobil, qoşqu və yarımqoşquların istehsalı;
sair nəqliyyat vasitələrinin istehsalı;
poliqrafiya məhsullarının istehsalı;
zərgərlik məmulatlarının istehsalı;
musiqi alətləri, idman mallarının istehsalı;
geyim istehsalı;
toxuculuq sənayesi;
ayaqqabıların istehsalı;
dəri və dəri məmulatlarının istehsalı;
tütün məmulatlarının istehsalı;
sair sənaye məhsullarının istehsalı.
Aşağıda qeyd olunan sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilən 50 faizlik və həmin iş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayının əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmaması ilə bağlı məhdudiyyətlər ləğv edilir:

Gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;
Tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;
Mühəndislik və layihələndirmə xidmətləri;
Qablaşdırma məhsullarının istehsalı;
Daş, metal və taxta məhsullarının istehsalı;
Mebel istehsalı və təmiri;
Zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri;
Tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri;
Onlayn satışlar;
Kimyəvi təmizləmə;
Mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;
Avtomobillərin təmiri;
Avtomobil yuyulma məntəqələri;
Heyvan sığınacaqları;
Tərcümə xidmətləri.
Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisinə aşağıdakı şəxslərin giriş-çıxış məsələsi aşağıdakı qaydada həyata keçirilir:

- Yaxın qohumunun dəfnində iştirak etmək istəyən şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə alınan icazə əsasında;

- Təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar həkim tərəfindən verilən arayış əsasında;

- Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslər biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında.

Operativ Qərargah vətəndaşlara müraciət edərək bildirir ki, infeksiyanın yayılmasının qarşısının alınması tədbirləri ilə iqtisadi fəaliyyəti sinxronlaşdırmaq üçün sanitar-epidemioloji tələblərə ciddi əməl edilməlidir. Sanitar-epidemioloji tələblərə əməl edilməsi iqtisadi fəaliyyəti davam etdirməyin və daha da genişləndirməyin yeganə üsuludur.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 10554   Tarix: 10 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tenderə nəzarət edən dövlət qurumunun özü qanunsuz tender keçirir? – Fotofakt

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Baku Electronics" MMC (VÖEN – 150046141) ilə satınalma müqaviləsi imzalayıb. xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqaviləyə görə "Baku Electronics" MMC Antiinhisa

18 mart
.

Kreditini ödəməyənlər həbs oluna bilər?

Kredit götürən şəxslər onu ödəmirsə və ya gecikdirirsə, onlar nə vaxt həbs oluna bilər?. bu barədə hüquqşunas Şamil Paşayevin şərhini təqdim edir:. "Əgər şəxs krediti ödəmirsə, bank həmin şəxsi məhkəməyə verir. Bundan sonra icra məmuru həmin şəxsdən pulu tələb edir. Şəxs yenə də krediti ödəməyə

18 mart
.

Pensiyasını orduya bağışlayan Hikmət babadan növbəti təqdirəlayiq addım - VİDEO

Vətən müharibəsi vaxtı pensiyasından orduya 180 manat ianə etməsi ilə məşhurlaşan Şəkinin Baş Küngüt kənd sakini Hikmət Musayev yenidən gündəmə gəlib. xəbər verir ki, pensiyaçı bu dəfə Şəkinin "Şəki City" klubunun başlatdığı yardım kampaniyasına qoşulub. O, pensiyasından 200 manat vəsaiti klub

18 mart
.

Bakı həbsxanasında məhkum öldü

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Ağayev Müşfiq Zahir oğlu dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir

18 mart
.

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxsə neçə il həbs cəzası verildi? - VİDEO

Kriminal aləmdə "Nicat Lənkəranski" ləqəbi ilə tanınan Nicat Əkbərovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. "Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyilə keçirilən prosesdə prokuror Eldar Həmzə ittiham nitqi ilə çıxış edib

18 mart
.

Bu şəxslərə ev veriləcək

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 2023-cü ildə 1500, möhtəşəm Zəfər əldə etdiyimiz 44 günlük Vətən müharibəsindən sonra 6 min, ümumən ötən dövrdə 14 800 mənzil və fərdi təqdim edilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiy

18 mart
.

Hacı Məmmədovun bandası ilə adı hallanan şəxsin məhkəməsi başlayıb

Hacı Məmmədovun bandasının üzvü olan, sabit silahlı qruplarda (bandalarda) və ya onların törətdikləri basqınlarda iştirak etməkdə təqsirləndirilən Hüseynağa Zərbəliyevin cinayət işi məhkəməsinin hazırlıq iclası keçirilib. report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Əl

18 mart
.

40 minə yaxın abituriyet universitetə qəbul ola bilməyəcək: Hansı qruplar üçün daha ağır olacaq? VACİB PROQNOZ

Bu il ali məktəblərə qəbul zamanı balların daha yüksək olacağı ilə bağlı fikirlər səslənir. Bəs görəsən, vəziyyət necədir? Qruplar üzrə abituriyentlərin ali məktəblərə qəbul olmaq şansı nə qədərdir? . Məsələ ilə bağlı -a təhsil eksperti Elçin Əfəndi danışıb. O, bildirib ki, qəbul zamanı I və II ixtisa

18 mart
.

"ENERGAZER" MMC haqqındakı iddiaları təkzib etdi - Şirkət 682 minlik tenderlə bağlı açıqlama yaydı

12.02.2024-cü il tarixdə saytında tərəfinizdən "Nazirliyin 682.00 manatlıq satınalmasını udan şirkət kimindir?" başlığı altında məqalə dərc edilmişdir. Həmin məqalədə ENERGAZER MMC-nin Energetika Nazirliyi tərəfindən elan edilən satınalma müsabiqəsində qalib gəlməsinin səbəbi həqiqətə uyğu

18 mart