Azərbaycanlı həkim dənizdə boğulan qızı xilas etdi – Sahildə reanimasiya
Loqo
RU EN TR
✕
GÜNDƏMDÜNYAİQTİSADİYYATİNCƏSƏNƏTİDMANVİDEO XƏBƏRDİGƏR
Azərbaycanlı həkim dənizdə boğulub, nəfəsi kəsilən qızı xilas etdi – Sahildə reanimasiya
CƏMİYYƏT 12 avq 2020, 23:53 213
Rusiyanın Nefteyuqansk şəhər xəstəxanasında uzun illərdir çalışan həkim anestezioloq Kamil Nəzərov Krımda göstərdiyi möcüzə ilə yerli medianın diqqətini çəkib.
Avqustun 6-da Krımda çimərliklərin birində dənizdə boğulan gənc qız son anda xilas edilib, sahilə çıxarılır. Lakin suda 3 dəqiqə qaldığından qızın nəfəsi kəsilmişdi. Təcili yardım isə gec gəlirdi.
Bu zaman həmin çimərlikdə olan həkim sahildə çığır –bağırı eşidərək, insanların toplaşdığı yerə gəlir.
Nəfəsi kəsilmiş qıza elə sahildəcə tibbi reanimasion tədbirləri professionallıqla həyata keçirməyə başlayır. Qızın gözlərini açacağına ümid az idi.
"Mən ona yaxınlaşıb baxanda tənəffüs və nəbzi yox idi. Təcili yardım gələnə kimi o artıq öləcəkdi.
İnsanlar artıq gec olduğunu deyirdilər. Amma mən 15 dəqiqə ağciyər –ürək reanimasion yardımı göstərdim.
15 dəqiqədən sonra ilk tənəffüs baş verdi. Bu möcüzə idi.
O vaxta kimi təcili yardım gəldi və mən xəstəni onlara təhvil verdim".
Kamil Nəzərovun yüksək professionallığı və həkim humanistliyi barədə yerli mətbuat və sosial şəbəkələr yazıb və yüzlərlə yerli sakin ona təşəkkürünü bildirib.
Qeyd edək ki, Kamil Nəzərov 1998-ci ildən Rusiya Federasiyasının Tümen vilayətinin Neftyuqansk şəhərindəki V. İ. Yaçkiv adına Vilayət Klinik xəstəxanasının anesteziologiya və reanimasiya şöbəsində həkim-anestezialoq, reanimatoloq işləyir. Ali dərəcəli həkimdir. Rusiya mama-anestezioloqlar cəmiyyətinin üzvüdür.
O, son 2 ayda koronaviruslu xəstələrin müalicəsi ilə də məşğul olub.//medicina.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4561 Tarix: 13 avqust 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bəzi şəxslər 100 manatlıq bu rüsumu ödəməyəcək
Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmaların əhatə dairəsi genişləndirilir. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlə
19 dekabrQoşqar Təhməzlinin təsis etdiyi şirkətə 865 min manatlıq sifariş
İnnovasiya və Təchizat Mərkəzi "Medeks" şirkəti ilə satınalma müqaviləsi imzalayıb. Qaynarinfo-nun məlumatına görə, müqavilədə tibbi sərf mallarının satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 865 346,51 manatdır. İqtisadiyyat Nazirliyi yanından Dövlət Vergi Xidmətinin reyest
20 dekabrNazir anons etdi: Azərbaycanda ətin qiyməti YENİDƏN DƏYİŞİR
Azərbaycanda son illər heyvandarlıq sahəsində narahatedici tendensiya müşahidə olunur. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun sözlərinə görə, ölkədə heyvanların baş sayında azalma qeydə alınıb. Belə ki, 2024-cü ildə 2,5 milyon baş iribuynuzlu, 6,9 milyon baş xırdabuynuzlu heyvan mövcud olub. Bu d
21 dekabrYumurtanın qiyməti ilə bağlı vəziyyət dəyişəcək - BU TARİXDƏN
Broyler toyuqlarının yumurtasının qiymətində artım müşahidə olunur. Satıcıların bildirdiyinə görə, son bir neçə gündə qiymətlər 5-7 qəpik yüksəlib və hazırda broyler yumurtası 20 qəpiyə satılır. Bundan başqa, kənd yumurtasının qiyməti də 50 qəpiyə qədər bahalaşıb. Bahalaşmanın səbəbi nədir? Ucuzlaşm
21 dekabrSabah hava necə olacaq?
Azərbaycanda dekabrın 21-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəz
20 dekabrBelə çağırışlar edənlər - 500 manat ödəməli olacaq
İnternet informasiya ehtiyatında fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə görə 500 manat cərimə tətbiq olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barəd
19 dekabr