Azərbaycanda qadını kəndə apardılar, yolda təcavüz etmək istədilər

Azərbaycanda qadını kəndə apardılar, yolda təcavüz etmək istədilərAzərbaycanda seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən Şamaxı şəhər sakini, 1983-cü il təvəllüdlü Rasim Təhməzov və Qobustan rayon sakini, 1991-ci il təvəllüdlü Əhməd Qəribovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Rasim Təhməzov 25 iyul 2018-ci il tarixdə Əhməd Qəribov, Əjdər Abdullayev, Faiq Şıxəliyev və sonuncunun vasitəsilə həmin gün tanış olduğu Şamaxı rayonu, 2-ci Çaylı kənd sakini Samirə Məmmədova (cinayət işindəki şəxslərin ad və soyadları şərti verilib - red.) ilə birlikdə İsmayıllı rayonu ərazisində yerləşən yeməkxanaya gəliblər.

Onlar orada şam yeməyindən sonra Samirə Məmmədovaya qarşı zor tətbiq etməklə cinsi əlaqədə olmaq məqsədilə Əhməd Qəribov ilə qabaqcadan əlbir olublar.

Hər iki şəxs bu cinayətkar niyyətlərini həyata keçirməkdən ötrü Rasim Təhməzovun idarə etdiyi "VAZ-21011" markalı avtomobillə Samirəni yaşadığı Şamaxı rayonu 2-ci Çaylı kəndinə aparıblar.

Gecə yarı saat 2 radələrində Rasim avtomobili kəndarası yolda, kəndin giriş hissəsindən 700 metr məsafədə saxlayıb və Samirənin onlarla cinsi əlaqəyə girməyəcəyi halda gecə vaxtı avtomobildən düşürəcəyini bildirib. Samirə onların intim əlaqədə olmaq barədə təkliflərini rədd edib.

Bu səbəbdən Samirə avtomobildən düşüb, piyada yaşadığı kəndin içərisinə doğru yollanıb.

Həmin vaxt Rasim qadının arxasınca gedib, zorla onu avtomobilə doğru gətirib. Orada cinsi əlaqədə olmaq istəyiblər.

Bu zaman Faiq Şıxəliyev Rasimin bu hərəkətlərinin qarşısını almaq üçün mübahisə edib, Əjdər Abdullayev və Əhməd Qəribov onların mübahisə etməsinə imkan verməyib.

Bu ərəfədə Samirə mobil telefon vasitəsilə Daxili İşlər Nazirliyinin "102" məlumat mərkəzinə zəng edib, şikayət etdiyini hiss edən Əjdər Abdullayev və Faiq Şıxəliyev oradan qaçıblar.

Bu zaman Rasim və Əhməd Samirənin qollarından tutaraq zor tətbiq etməklə, onu avtomobilin arxa oturacağına uzandırıblar. Əhməd Samirənin əllərindən tutaraq saxlayıb, Rasim isə arxası üstə avtomobilin oturacağına uzanıqlı vəziyyətdə olan Samirəni döyüb, əynində olan şalvarı soyundurub.

Həmin vaxt Rasim Samirə ilə cinsi əlaqədə olmaq istəyən vaxtı sonuncunun daha öncədən Daxili İşlər Nazirliyinin "102" məlumat mərkəzinə etmiş olduğu şikayəti əsasında Şamaxı rayon polis şöbəsinin əməliyyat qrupunun üzvlərinin xidməti avtomobillə hadisə yerinə yaxınlaşmaları ilə əlaqədar niyyətini başa çatdıra bilməyib.

İstintaq orqanı tərəfindən Rasim Təhməzov və Əhməd Qəribovun barəsində Cinayət Məcəlləsinin 29, 149.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən zorlama törədilkidə) maddəsilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Rasim Təhməzov iddia edib ki, onlar Samirə ilə cinsi əlaqədə olmaq istəməyiblər. Qeyd edib ki, sərxoşluğun təsiri altında avtomobildə olan zaman Əhmədlə Samirə mübahisə edib, bu mübahisədən sonra Samirə polisə şikayət edib.

Digər təqsirləndirilən Əhməd Qəribov da ifadəsində Samirə ilə mübahisə etdiyini, onların arasında dava olduğunu etiraf edib. O, Samirə ilə mübahisə edən zaman sərxoş olduğunu söyləyib. Əhməd Qəribov qeyd edib ki, Samirə ilə intim əlaqədə olmağı təklif etməyib, bu səbəbdən ona qarşı zorakılıq göstərməyib.

Cinayət işi üzrə zərərçəkmiş qismində tanınan Samirə Məmmədova isə ifadəsində hər iki təqsirləndirilən şəxsin zorakılığı ilə üzləşdiyini etiraf edib. Kafedə ofisiant işlədiyini deyən zərərçəkmiş həmin vaxtdan Faiqlə tanış olub.

O, qeyd edib ki, hadisə baş verən günü kafedə yeyib-içiblər. Sonra evə qayıdanda Əhməd ona intim əlaqədə olmağı təklif edib. Bu səbəbdən aralarında mübahisə yarandığını deyən zərərçəkmiş polisə şikayət etdiyi bildirib.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 6 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar günühasız olduqlarını və barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Hər iki təqsirləndirilən şəxsin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Elman Əhmədovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb.

Hakim heyəti təqsirləndirilən şəxslərin şikayətini qismən təmin edib. Onların cəzaları 6 ildən 5 ilə endirilib.

Bu qərardan narazı qalan Rasim Təhməzov kasasiya şikayəti verib. O, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edib.

Rasim Təhməzova aid olan cinayət işi baxılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim Hafiz Nəsibovun sədrliyi ilə baş tutan iclasda kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda kasasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 3095   Tarix: 31 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Anastasiyanın ərinin vəkilindən ittihamlara cavab: "Arvadı da bir neçə dəfə ona əl qaldırıb" - FOTO

Ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirdiyini iddia edən Anastasiya Bektimirovanın yaydığı videomüraciət ötən gün gündəm yaradıb. Bektimirova sosial şəbəkə hesabı üzərindən paylaşdığı müraciətdə gözünü itirməsinə səbəb olan əri Yalçın Bektimirova 2 il həbs cəzası verilməsindən, həmçini

24 aprel
.

Xankəndidə silah gizlədən vəzifəli şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub. DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, şəhər polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə 1960-cı il təvəllüdlü Cavid Əliye

23 aprel
.

Bakıda dekanın sifariş etdiyi qətlin təfərrüatı illər sonra ortaya çıxdı - VİDEO

2011-ci ildə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi İlkin Qurbanovun üzərində zorakılıq əlamətləri ilə meyitinin aşkar edilməsi ilə bağlı məlumat yayıb. Həmin vaxt Xətai Rayon Prokurorluğunda cinayət işi başlasa da, hadisəni törətmiş şəxsi və ya şəxsləri müəyyən etmək mümkün olmayıb. 11 ildən sonra

13 aprel
.

Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu

Bu gün saat 15:30 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində 199-cu il təvəllüdlü Sevil Əlillinin kəsilmiş-deşilmiş xəsarətlərlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin regional qrupundan -a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəl

26 mart
.

Azərbaycanlı gənc parkinqə görə adam öldürdü

Rusiyanın Moskva şəhərində qətl hadisəsi olub. yerli KİV-ə istinadla bildirir ki, hadisə aprelin 17-də axşam saatlarında Krasnodarskaya küçəsindəki binalardan birinin girişində baş verib. 25 yaşlı oğlan bıçaqlanaraq öldürülüb. Cinayətdə hadisə yerindən qaçan 22 yaşlı azərbaycanlı şübhəli bilinir. Münaqiş

18 aprel
.

Məktəblilərin öldüyü hadisə ilə bağlı cinayət işi açıldı

İmişlidə 2 məktəblinin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, aprelin 14-ü saat 14 radələrində yetkinlik yaşına çatmayan 2 nəfərin İmişli şəhəri, T.İsmayılov küçəsi ərazisind

15 aprel
.

14 yaşlı qızdan DƏHŞƏTLİ QƏTL: Narkotik aludəçisi olan atasını ÖLDÜRDÜ - VİDEO

Türkiyənin Qaziantep şəhərində 14 yaşlı qız narkotik aludəçisi olan atasını yatarkən naməlum səbəbdən bədəninin müxtəlif nahiyələrindən bıçaqlayaraq öldürüb. -a istinadən bildirir ki, qan donduran cinayət Qaziantepin Şahinbey rayonunda baş verib. Hadisədən sonra qız nəzarətə götürülüb

21 aprel
.

Düşmən casusuna hökm oxundu

Ermənistan xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlıq etməkdə ittiham olunan Emil Məmmədovun məhkəmə araşdırması yekunlaşıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Siyavuş Hacıyevin sədrlik etdiyi hakimlər heyəti belə qənaət

16 mart
.

Prorektoru öldürməkdə təqsirləndirilən şəxs məhkəməni daha iki həftə uzatdırdı

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilə

26 aprel