Tanınmış idmançının qardaşının amansızlıqla öldürülməsi barədə YENİ XƏBƏR

Tanınmış idmançının qardaşının amansızlıqla öldürülməsi barədə YENİ XƏBƏRBu il yanvarın 7-də İmişli rayonu ərazisində rayon sakini Zaur Əzizovun qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə İmişli rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla İmişli rayon sakini Emin Quliyevin şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı çoxsaylı bıçaq zərbələri vurduqdan sonra avtomobil ilə Zaur Əzizovun üzərindən keçərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Bu barədə Publika.az-a İmişli rayon prokurorluğundan məlumat verilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, öldürülən Zaur Əzizov sərbəst güləşçi Emin Əzizovun qardaşıdır.

E.Əzizov Bakıda yaşasa da, qardaşının itkin düşməsi xəbərini aldıqdan sonra İmişliyə gedib. Onun da iştirak etdiyi bir neçə günlük axtarışlardan sonra Z.Əzizovun əvvəlcə avtomobilini, sonra isə özünü tapmaq mümkün olub.

Qeyd edək ki, E.Əzizov 66 kq çəkidə ikiqat Azərbaycan çempionu (2011, 2012), Qran-prinin 3 qat qalibi (2008, 2010, 2012), Avropa Çempionatının bürünc medalçısı (2008) olub, eləcə də Azərbaycanı 2008 Yay Olimpiya Oyunlarında təmsil edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 1996   Tarix: 04 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...

Gecə saatlarında Sumqayıtda ər və arvadın qətlə yetirilməsinin bəzi detalları üzə çıxıb. qafqazinfo-ya istinadən xəbər verir ki, ilkin araşdırmalar zamanı qətldə şübhəli bilinən Fikrət Məmmədovun narkotik vasitə istifadəçisi olması müəyyənləşib. İddiaya görə, o, tez-tez valideynlərindən pul tələb edirmi

19 aprel
.

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - AÇIQLAMA

Aprelin 18-də Tovuz rayon sakini, 2002-ci il təvəllüdlü Röyal Tağıyevin Şəmkir rayon sakini, 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın üzərinə benzin tökərək yandırması iddiası ilə bağlı bəzi detallar məlum olub. Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, şübhəli şəxs qismində saxlanılan Röyal Tağıye

24 aprel
.

Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO

Bakıda kişi "Instagram"da tanış olub birlikdə yaşadığı qadını qətlə yetirib. Belə ki, turizm şirkətlərindən birində çalışan Ayan (Adlar şərtidir) "Instagram"da tanış olduğu Tahir adlı şəxslə görüşməli idi. Tahir ona özünü İT mütəxəssisi kimi təqdim etmişdi. Ayan işdən sonra Tahirl

26 aprel
.

Mövlam Şixəliyev maddi ziyanla bağlı məhkəməyə müraciət etdi

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin keçmiş rəisi, hazırda həbsdə olan Mövlam Şıxəliyev maddi ziyanla bağlı məhkəməyə ərizə verib. "Unikal"ın məlumatına görə, məhkəmə prosesi Nərimanov Rayon Məhkəməsində hakim Ramin Quliyevin sədrliyi ilə araşdırılacaq. Qey

2 may
.

Əri tərəfindən başı kəsilən Sevinc üç yaşlı qızının gözü qarşısında qətlə yetirilib - YENİLƏNİB + VİDEO

Xırdalanda baş verən dəhşətli qətl hadisəsinin təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, həyat yoldaşını qətlə yetirən şəxs Oğuz rayonunun Yemişənli kəndindəndir. Laçın Əhmədağayev uzun illər Rusiyanın Norilsk şəhərində yaşayıb. Məlumata görə, L.Əhmədağayev öz qardaşı ilə mübahisə edib. Qətl

29 aprel
.

Mövlam Şixəliyev haqda son qərar verildi

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev barəsindəki 12 il həbs cəzası qərarından verilmiş kassasiya şikayətinə baxılıb. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmədə keçirilən iclasda məhkum Şixəliyevin vəkili Ceyhun Yusifov çıxış edib. Vəki

8 may
.

Rusiyada azərbaycanlı qadın öldürüldü - Əri saxlanıldı

Rusiyanın Sankt-Peterburq şəhərində 27 yaşlı azərbaycanlı qadın qətlə yetirilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı "Mash на Мойке" teleqram kanalı yayıb. Qadının özündən 15 yaş böyük Araz adlı həyat yoldaşı tərəfindən qətlə yetirildiyi iddia edilir. Hadisənin qısqanclı

13 aprel
.

80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü

Türkiyədə nəvə nənəsini vəhşicəsinə öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə Konya şəhərinin Selcuklu qəsəbəsində baş verib. 31 yaşlı Talha Çorum yaşadıqları evdə 80 yaşlı nənəsi Sahura Dudu Bahçecinin başını divara çırpıb. Həmçinin xalası Hasibe Erdemiri yumruqlayaraq, xəsarət yetirib. Xəstəxanay

20 aprel
.

Sumqayıtda ərini öldürməkdə təqsirləndirilən qadınla bağlı YENİ XƏBƏR

Sumqayıtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Əfsanə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sumqayıt şəhər Məhkəməsində keçirilən prosesdə bildirilib ki, Əfsanə Məmmədova barəsində keçirilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizanın rəyin

18 aprel