Google-da axtarış rekordu qıran uzunömürlülük resepti

Google-da axtarış rekordu qıran uzunömürlülük reseptiHələ çox qədim zamanlardan dünyada məşhur olan təbiblər ömrü uzatmaq, qocalmanın qarşısını almaq, yaşlı dövrdə belə özünü gümrah hiss etmək üçün təbii vasitələrdən orqanizmə möcüzəvi təsir göstərən müxtəlif cövhərlər, eliksirlər, içkilər hazırlayıblar. Əsrlərin sınağından çıxan bu vasitələrdən müasir dövrdə də xalq təbabətində geniş istifadə olunur.

Sonxeber.az SaqlamHeyat.az-a istinadən sarımsaq və süddən hazırlanan uzunömürlülük eliksiri haqqında bilgiləri təqdim edir.

Hindistanda bu eliksiri həm də "Ölməzlik eliksiri" adlandırırlar. Hazırlanması çox asan başa gələn bu vasitə hamı üçün münasibdir. Çünki eliksirin hazırlanması üçün cəmi iki məhsuldan - sarımsaq və süddən istifadə olunur ki, bu da hər bir kəs üçün əlçatandır.

Hindlilərin cavanlıq eliksiri necə hazırlanır?

200 qram süd odun üzərində qaynadılır. Süd qaynayana qədər 2-3 diş sarımsaq təmizlənərək xırda-xırda doğranılır. Süd qaynayanda doğranmış sarımsaq südə əlavə olunur və dərhal odun üstündən götürülür. 15-20 dəqiqə keçdikdən sonra cavanlıq eliksiri istifadəyə hazırdır.

Eliksiri hazırladıqda südün təzə və təbii olmasına diqqət yetirilməlidir.

Uzunömürlülük eliksiri həftədə bir dəfə 1 stəkan qəbul edilir və hər dəfə yenisi hazırlanır. Yəni bir dəfəyə 2-3 pay eliksir hazırlamaq düzgün deyil.

Uzunömürlülük eliksirinin orqanizmə təsirini daha da effektli etmək üçün yaz və payız fəsillərində qəbul edilməsi tövsiyə olunur və kursu fəsil boyu davam etdirmək olar.

Bir neçə qəbuldan sonra eliksirin möcüzəvi təsiri artıq özünü göstərməyə başlayır. Bədənin xəstəliklərə qarşı müqaviməti artır, orqanizmdə yeniləşmə prosesləri gedir, nəzərəçarpacaq dərəcədə gümrahlıq hiss olunur, qan təzyiqi normallaşır, ürək-damar sisteminin fəaliyyəti və qan dövranı yaxşılaşır, damarlar möhkəmlənir, damarlarda yaranan tıxacların qarşısı alınır, orqanizmdə olan zərərli maddələr xaric olunur.

Əgər siz də istənilən yaşda özünüzü gümrah və sağlam hiss etmək istəyirsinizsə, hindlilərin möcüzəvi cavanlıq eliksirindən istifadə edin. Bu sizdən nə böyük bir vaxt, nə də ki, böyük bir məbləğ tələb etmir. Əvəzində isə orqanizminizə sağlamlıq vəd edir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 3507   Tarix: 06 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Niyə vaksin vurdurmazdan öncə insanlardan "COVID-19" analizi götürülmür? - AÇIQLAMA

İnsanlar arasında vaksin vurdurduqdan sonra yoluxanların sayı artmaqda davam edir. Bunu vaksinasiya ilə əlaqələndirənlər var. Düşünürlər ki, məhz vaksin vurdurduqları üçün virusa yoluxublar. Bəziləri isə vaksin vurdurduqda artıq koronavirus xəstəsi olduqlarını güman edirlər. Bəs niyə vaksin vurdurmazda

17 sentyabr 2021
.

"Soyuqdəymə ilə özünüzü aldatmayın!" - Məşhur həkimdən XƏBƏRDARLIQ - VİDEO

Hazırda pandemiya dövründə olduğumuzu, müxtəlif virusların yayıldığını nəzərə alaraq, bədənimizi hər zaman "hücumlara" hazır etməliyik. Son müddət Azərbaycanda da koronavirusa yoluxma və "COVİD-19"dan ölüm sayının kəskin artdığını, yeni ştamların yayıldığını görürük və bu səbədə

9 sentyabr 2021
.

Bronxlarda olan problemlər üçün sınanmış məcun

Məhsul Haqda Ətraflı. Yuxarı tənəffüs yollarının xəstəliklərindən daha çox bronxitlər, faringit, bronxial. astma, laringit və kəskin respirator virus infeksiyalarıdır. Bronxların qıcıqlanması,. tez-tez bəlğəmin xaric olunması, təngənəfəslik, boğulma hissi və xüsusilə gecələr. baş verən öskürək tutmalar

17 sentyabr 2021
.

Hər kəs vaksin vurdursa, pandemiya bitəcək? - AÇIQLAMA

Digər ölkələrlə yanaşı, Azərbaycanda da vaksinasiya prosesi davam edir. İnsanların bir çoxu vaksin olunduqdan sonra pandemiyanın bitəcəyinə ümid etsələr də, bir müddət əvvəl ÜST açıqlama vermdi ki, vaksinasiya prosesi bitəndən sonra belə, virusu tam şəkildə məğlub etmək mümkün olmayacaq. Bəs vaksinasiy

14 sentyabr 2021
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

17 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -ya istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

12 sentyabr 2021
.

Qızdırmanı salmağa tələsməyin!

Qızdırma müxtəlif səbəblərə görə qalxa bilər. -a istinadən bildirir ki, qızdırmanın əsas səbəblərindən biri soyuqdəymə və virus xəstəlikləridir. Belə qızıdırmadan qorxmaq lazım deyil. Əksinə qızdırmanın qalxması orqanizmə xəstəliklə mübarizə etməyə yadım edir, sağalmanı tezləşdirir. Belə ki, qızıdırm

17 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

14 sentyabr 2021
.

"Mu" ştammının Deltadan fərqi - Yoluxma əlamətləri hansılardır?

Koronavirus infeksiyası bütün dünyada sürətlə yayıldığı halda yeni variantları da yaranır. Bu dəfə Covid-19-un "Mu variantı" ortaya çıxıb. xəbər verir ki, vaksinlərə qarşı dözümlü bu ştammda əlamətlər nəfəs darlığı, boğulma, boğaz ağrısı, iştahsızlıq, qusma, ürəkbulanmadır. Xəsətlik zaman

9 sentyabr 2021