"Əhalinin yandırdığı qazın çoxu Azərbaycandakı xarici şirkətlərdən pulla alınır"

"Əhalinin yandırdığı qazın çoxu Azərbaycandakı xarici şirkətlərdən pulla alınır"Bizim hasil etdiyimiz qaz özümüzün ehtiyaclarını heç də hər zaman ödəməyib. Müstəqillik illərindən sonra 2000-ci ilin oktyabrından Azərbaycan Rusiyadan qaz idxalına başlayıb. Bu isə 2007-ci ildə "Şahdəniz" yatağından qaz çıxana qədər davam edib. Ölkə buna qədər ildə 4-4,5 mlrd. kubmetr qaz idxal edirdi. Hətta 2010-cu ildən sonra Azərbaycan bir neçə dəfə qaz idxalçısı olub və bu rəqəmin 2 mlrd. kubmetrdən artıq olduğu vaxtlar da olub.

"Qafqazinfo" xəbər verir ki, bunu Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji sahəsi üzrə ekspert İlham Şaban "Real TV"də yayımlanan "Bizim barel" verilişində deyib. O bildirib ki, Azərbaycan qaz ölkəsi olaraq neft kimi qocaman deyil, hələ ki, gənclik illərini yaşayır və qaz hasilatı artımına doğru gedir: "Əmtəəlik qaz hasilatı həcmlərini 2010-cu il ilə müqayisə etsək, görərik ki, 10 ildə 10 mlrd. kubmetrdən çox artıma nail olunub. Vətəndaşların bir çoxu hələ də bilmir ki, evlərində yandırdıqları qazın yarıdan çoxu xarici şirkətdən alınan qazdır".

Ekspert bildirib ki, ölkəmizdə hasil edən qazın 82%-i hazırda "BP-Azerbaijan" şirkətinin payına düşür: "Azərbaycanda istehlak edilən qazın 45%-i SOCAR-ın balansında olan qaz, 55%-i isə xarici şirkətlərdən yerli bazar üçün alınan qazdır. Yəni "Şahdəniz"dən hasil edilən qazın "mərhələ 1" layihəsi çərçivəsində təqribən üçdə biri Azərbaycanın daxili bazarına yönəldilir. Bu isə konsorsiumdan valyuta ilə alınan qazdır. Bundan əlavə, digər əməliyyat şirkətlərindən də qaz alınır. Buraya həmçinin "Azəri-Çıraq-Günəşli" çərçivəsində Azərbaycan tərəfindən verilən qaz da daxildir. Düzdür, həmin qaz çatdırılma məntəqəsində pulsuzdur. Əsas həcmlər Neft daşlarında Azərbaycan tərəfinə verilir, digər hissəsi isə Səngəçal terminalında verilir. Alçaq təzyiqli qazın kompressor stansiyasında sıxılması, ilkin emalı, nəqli və paylanması xərcləri isə SOCAR-ın üzərinə düşür".

"2019-cu ildə istehlak edilən qazın böyük hissəsi – 45,1%-i energetiklərin payına düşür ki, 2020-ci ildə bu rəqəm 39,9%-ə düşüb. Əhali tərəfindən istehlak edilən qaz ötən il 28,3% xüsusi çəkiyə malik olmuşdusa, bu ilin ilk yarısında artaraq 33,5%-ə çatıb. Sənaye üzrə ötən il 23% olan qaz istehlakı, cari ilin 6 ayında artaraq 33,5%-ə çatıb. Kommersiya və dövlət qurumları isə qaz sərfiyyatında xüsusi çəkilərini 3,6%-dən, 4,3%-ə qədər artırıblar", - deyə təhlilçi qeyd edib.

Həmçinin qazın maya dəyərinin artması məsələsinə toxunan İ. Şaban SOCAR üzrə qazın 1000 kubmetri üzrə maya dəyərinin son 5 ildə 39,74 manatdan 61,89 manata qədər artdığını bildirib: "Artım isə 55,7% təşkil edib. Artıma təsir edən səbəb isə təchizat qiymətlərinin artımı, əməkhaqlarının mütəmadi artımı və balansda olan yataqların yaşlaşmasıdır ki, bu da amortizasiya xərclərini ildən-ilə artırır. "Ümid" kimi belə yataq da xərclərin artımı deməkdir. Orada 7 il 4 ay müddətində 3 mlrd. kubmetr qaz hasil edilib. Lakin hasil edilən qaz daxili bazara yönəldiyindən kapital xərclərini belə ödəməyə yetməyib. Buna görə də, Dövlət Neft Şirkəti əməliyyat şirkətlərindən alınan qazın xərclərini nəzərə almaqla SOCAR qazının 1000 kubmetrinin xərclərini 2016-cı ildə ictimaiyyət üçün açıqlamağa başlayıb. Bu xərclərə alınan qazın dəyəri, qazın emalı, saxlanması və nəqlinə çəkilən xərclər daxildir. SOCAR qazının yekun qiymətinin maya dəyərinin ən bahalı vaxtı 2017-ci il olub. 1000 kubmetr qazın paylanması SOCAR-a 163,7 manata başa gəlib. Ötən il bu göstərici azalaraq 140,48 manata düşüb. Dövlət Neft Şirkəti 3 ildə qazın maya dəyərini 23,22 manat və ya 14,2% azaltmağa nail olub. Bu isə əsasən itkilərin azaldılması və bahalı kateqoriyalı qaz həcmlərinin xüsusi çəkisinin azaldılması nəticəsində əldə edilib".

Perspektivdə Azərbaycan qaz bazarında vəziyyət hansı istiqamətdə dəyişə bilər?

Ekspertin sözlərinə görə, SOCAR-ın özünün balansında olan yataqlardan daxili bazara qaz verilməsi artsa da, bu, yalnız qocalan yataqlardan azalacaq həcmləri kompensasiya etməyə yetərli olacaq. Azərbaycanın daxili bazarına isə "Abşeron", "Qarabağ" yataqlarından, "Ümid" və "Babək" yataqlarının qaz həcmlərinin daxil olması gözlənilir. Bunların hamısı valyuta ilə alınacaq qaz olacaq. Düzdür, Azərbaycanın aldığı qaz dünya bazar qiymətlərində olmasa da, lakin regional bazar qiymətlərinə yaxın dəyərdədir. Dövlət öz şirkəti ilə alınan qazın satış qiymətləri arasında fərqi ödəyir. Bu, dövlət tərəfindən böyük dəstəkdir və enerji daşıyıcılarının yerli istehlakçılar üçün əlçatan olması yönümündə dövlətin atdığı sosial siyasətin ana xəttidir. Ona görə də, biz istehlakçılar çalışmalıyıq ki, hər bir enerji növündən rasional istifadə edək və izafi məsrəflərə yol verməyək".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1903   Tarix: 14 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bitkoinin qiyməti 42 min dollara yaxınlaşdı

Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 41 840 ABŞ dollarına çatıb. xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 7,94 %, son 7 gün ərzində isə 23,40 % bahalaşıb. Nəticədə onun kapitallaşması 783,73 milyard dollara çatıb. Kapitallaşmaya görə 2-ci pillədə qərarlaşan "Ethereum"u

1 avqust 2021
.

Ceyhan limanından nə qədər BTC nefti nəql olunub?

Bu ilin yanvar-iyul ayları ərzində Bakı-Tiflis-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "BOTAS International Limited" (BIL) şirkəti Ceyhan terminalından 113,8 milyon barrel xam neft nəql edib. xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb. Bu həcmdə xa

31 iyul 2021
.

Uşaqlarda qripin ilkin əlamətlərində nə etməli?

Uşaqlarda qripin ilkin әlamәtlәri qeyd olunduğu zaman bol maye qәbulu tәmin edilmәli, hәmçinin qidalanmasında sulu yemәklәrә üstünlük verilmәli, südәmәr körpәdirsә tez-tez әmizdirilmәlidir. Burun tәnәffüsünü açıq tutmaq üçün burun tәmizliyi vacibdir. Belә ki, hәyatının ilk aylarında olan körpәlәrdә fizioloj

2 iyun 2021
.

Azərbaycanlılar 1 ayda bu ölkədə 131 MƏNZİL ALIB

2021-ci ilin yanvar-aprel aylarında azərbaycanlılar Türkiyədə 382 mənzil alıblar. 2020-cu ilin eyni dövründə azərbaycanlılar Türkiyədə 319 mənzil almışdılar. istinadən xəbər verir ki, azərbaycanlılar Türkiyədə 2021-ci ilin yanvar ayında 68 mənzil, fevral ayında 77 mənzil, Mart ayında 106 mənzil, Apre

13 may 2021
.

İdxal və ixrac olunan məhsullar AÇIQLANDI

Bu ilin yanvar-may aylarında idxal və ixrac olunan məhsullar açıqlanıb. Dövlət Statistika Komitəsindən -a verilən məlumata görə, yanvar-may ayları ilə müqayisədə bu ilin beş ayında mühüm məhsul növlərindən buğda idxalı 14,7 faiz, xam şəkər və şəkər 0,8 faiz, kartof 14,7 faiz, çay 6,7 faiz, təzə tərəvə

24 iyul 2021
.

Musiqi təhsilinin inkişafında xidmətlərə görə orden və medallar verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə Azərbaycanda musiqi təhsilinin inkişafında xidmətlərin

17 sentyabr 2021
.

Dünya bazarında neft qiymətləri necə dəyişib?

Dünya bazarında neft qiymətləri yüksəlib. Bu barədə RT məlumat yayıb. Belə ki, WTI markalı neftin avqust fyuçersləri 0,15 faiz bahalaşıb və bir barelinin qiyməti 66,52 ABŞ dolları təşkil edib. "Brent" markalı neftin sentyabr fyuçersləri 0,16 faiz bahalaşıb və dəyəri 68,73 ABŞ dolları olub

20 iyul 2021
.

Azərbaycanda ərzağın qiyməti niyə bahalaşır? - AÇIQLAMA

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

17 may 2021
.

Bitkoin yenə bahalaşdı

Dünyanın ən bahalı kriptovalyutası olan bitkoinin qiyməti bahalaşıb. xəbər verir ki, bu barədə "CoinMarketCap" məlumat yayıb. Məlumata görə, bitkoinin dəyəri 1.79 faiz artaraq 44.55 min dollar olub

8 avqust 2021