Azərbaycanda koronavirusa görə yaslar yeni qaydalarla keçiriləcək? - AÇIQLAMA

Azərbaycanda koronavirusa görə yaslar yeni qaydalarla keçiriləcək? - AÇIQLAMAXəbər verdiyimiz kimi artıq neçə aydır ki, bütün dünya ölkələri COVİD-19 pandemiyası ilə təhlükədədir. Buna görə toy və yas mərasimlərinin əvvəlki qaydada keçirilməsi dayandırılıb. Cəmi 10 nəfərin məhdudluğu ilə reallaşan yas mərasimləri ilə bağlı qərar isə insanların daha çox narazı qaldığı məqamdır. İnsanlar doğmalarını itirdiklərinə görə bu hal başadüşüləndir.

Maraqlıdır, Azərbaycanda post- pandemiya dövründə, xüsusən də yas mərasimləri üçün yeni qaydalar müəyyənləşdirilə bilərmi?

Mövzu ilə əlaqədar Sonxeber.az-a deputat Razi Nurullayev danışıb:

"Mənim sizə deyəcəklərim öz mülahizəmdir. Birincisi, toy və yas məclislərində say limiti tətbiq edib, pis-yaxşı ona nəzarət etmək olar. Amma, gələnlər maska taxsın, oynayanda, ağlayanda məsafə gözləsin demək gülməlidir.

Hamımız çox gözəl bilirik ki, məsafə saxlamaq mümkün deyil. Həm toya gələnlər, həm də yasa gələnlər arasında "marça-murç" başlayır, sən onlara necə deyəcəksən ki, öpüşməyin, qucaqlaşıb bir-birinizin dərdinə şərik olmayın?

Kişilər bəlkə də azacıq da olsa idarə oluna bilər, amma qadınlara min dəfə deyəsən xeyri yoxdur. Onlar mexaniki olaraq bir-biri ilə mehriban ünsiyyət qururlar və deyib-gülürlər, ya da ağlaşırlar. İndi deyin görək, kim orada onlara nəzarət edib deyəcək ki, məsafə saxlayıb deyib-gülün və məsafə saxlayıb, maska taxıb yaslarda ağlayın. Mümkün deyil".

Mövzuya deputat Azər Badamov da münasibətini bildirib. Deputat post- pandemiya dövründə də yas mərasimlərin keçirilməsinin lazımsız olduğunu bildirib:

"Pandemiya dövründə yas mərasimlərin keçirilməsi qadağan olunub. Dəfn mərasimlərində də çoxlu adamın iştirakı tövsiyyə olunmur. Bu, infeksiyanın yayılması riskinin aşağı salınması ilə bağlıdır. Post-pandemiya dövründə də yas mərasimlərinin keçirilməsini lazımsız olduğunu düşünürəm.

Çünki, yas mərasimlərin dəbdəbəli xarakter alması yas sahibinin yaxınını itirib dərt etdiyi halda mərasimin təşkili də əlavə yük yaradır. Xüsusilə imkanı olub olmamasından asılı olmayaraq qonşudan geridə qalmayaq düşüncəsilə belə tədbirlərin keçirilməsi maddi vəziyyəti aşağı olan insanlar üçün daha böyük problemə çevrilir. Həm də yas mərasimləri təşkil olunanda insanlar əlindəki işlərini ataraq mərasimə getməli olurlar. Yas mərasimi keçirmək adəti ləğv olunarsa pandemiya dövründə olduğu kimi hamı biləcək ki, kimin imkanı varsa dəfn mərasimində iştirak edəcək. Kimin isə dəfnə getməyə imkanı yoxdur zəng edib yas sahibinə başsağlığını bildirəcək və heç kim də inciməyəcək. Ona görə də bir qayda olaraq yas mərasimləri post-pandemiya dövründə də keçirilməzsə yaxşı olar.

Deputat qeyd edib ki, yas mərasimi rəhmətə gedənin dəfni ilə başa çatmalıdır, günlərlə süfrələr açaraq məclislərlə davam etməməlidir. Azər Badamov bildirib ki, dünyasını dəyişən insanın günlərlə davam etdirilən mərasimlərdən onsuzda xəbəri olmur. Qanunvericilikdə post- pandemiya dövründə yas mərasimlərin keçirilməsinə qadağanın tətbiqilə bağlı dəyişikliyin edilməsi vacib deyil:

"Çünki adət-ənənələr keçmişdən, nəsildən-nəsilə ötürülərək gəlib çatır. Çoxlu adət- ənənələr var ki, insanların özləri bunları tədricən aradan qaldırıblar. Məsələn toyların keçirilməsi əvvələr bir neçə gün davam edirdisə, indi bir neçə saat toyxanada toy etməklə kifayətlənilir. Bu da toy sahibinə toy mərasiminin keçirilməsini kifayət qədər rahatlaşdırıb. Eynilə yas mərasimlərin keçirilməsi də post-pandemiya dövründə də tədricən aradan çıxmalıdır. Yəni keçirilən bütün tədbirlər insanlara rahatlıq yaratmalıdır".

Şəlalə Babayeva


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 8664   Tarix: 15 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK

Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəy

27 sentyabr
.

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan qlobal investorlar üçün yeni imkanlar açır

Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı ölkəmizin iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərini, qarşıdakı illər üçün müəyyənləşdirilən prioritetləri və Azərbaycanın beynəlxalq iqtisadi sistemdə mövqeyinin gücləndirilməsi perspektivlərin

28 sentyabr
.

Bu şəxslərin maaşı və pensiyası ARTILIR

Hərbçilərin maaş və pensiyalarının artırılması ilə bağlı yeni islahat paketinin hazırlanması gözlənilir. xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev "Facebook" hesabında paylaşım edib. Onun sözlərinə görə, Azərbaycan Ordusunda əməkhaqqı sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmas

27 sentyabr
.

"Bakcell" İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

"Bakcell" və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Azərbaycanın tarixi-mədəni irsinin rəqəmsal təqdimatına yönəlmiş layihənin icrasına başlayıb. xəbər verir ki, təşəbbüs çərçivəsində Şirvanşahlar Sarayı və Qız Qalasında artırılmış reallıq (AR) və süni intellekt texnologiyaların

28 sentyabr
.

Əvəz Zeynallı vəfat etdi

Əvəz Zeynallı vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə vəkil Rəşad Vaqifoğlu məlumat yayıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkirdi

28 sentyabr
.

Sabah Bakıya yağış, yüksək dağlıq ərazilərə qar yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 29-da bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləy

28 sentyabr
.

Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri AÇIQLANDI - 1818 nəfər qəbul oldu

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kollec) boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, müsabiqədə iştirak etmək üçün 2393 abituriyent ixtisas seçimi edib. Müsabiq

28 sentyabr
.

Sabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus "İmprotex Group"a daxil şirkətlərdən biri - "İmprotex İndustries" MMC-nin rəhbəri dəyişib. Qaynarinfo Yurd.Media-ya istinadən xəbər verir ki, Ruslan Ələkbərov şirkətin qanuni təmsilçisi vəzifəsindən azad olunub

28 sentyabr
.

Azərbaycanda Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - VİDEO

Bu gün Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. bildirir ki, Bakı vaxtı ilə saat 12:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb

27 sentyabr