Telefonunuzun ekranında "n" hərfi görünür? - Çoxlarının bilmədiyi funksiya
"Android" smartfonlarının istifadəçiləri bəzən ekranın yuxarı hissəsində, mobil şəbəkə, Wi-Fi və batareya işarələrinin yanında kiçik "n" hərfini görə bilərlər. Bir çoxları bu işarənin nə demək olduğunu bilmir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, "n" hərfi telefonda NFC funksiyasının aktiv olduğunu göstərir.
NFC - "Near Field Communication", yəni yaxın məsafədən simsiz məlumat ötürülməsi texnologiyasıdır. Bu funksiya smartfonun yaxınlıqdakı uyğun cihazlarla məlumat mübadiləsi aparmasına imkan verir.
NFC texnologiyası uzun illərdir mobil cihazlarda istifadə olunur. Əvvəllər əsasən bahalı flaqman smartfonlarda rast gəlinirdisə, hazırda orta qiymət seqmentində, hətta daha münasib modellərdə də mövcuddur.
NFC-nin ən geniş istifadə sahələrindən biri təmassız ödənişlərdir. Bu funksiya vasitəsilə smartfonla mağazalarda Google Pay və Apple Pay kimi xidmətlərdən istifadə etməklə ödəniş etmək mümkündür. Belə ödənişlər barmaq izi və ya üz tanıma kimi biometrik təsdiqləmə üsulları ilə əlavə qorunur.
Lakin NFC yalnız ödəniş üçün nəzərdə tutulmayıb. Texnologiya bəzi Bluetooth qurğularının sürətli qoşulması, uyğun smartfonlar arasında məlumat ötürülməsi, NFC etiketlərinin istifadəsi və telefondakı müəyyən funksiyaların avtomatlaşdırılması üçün də işlədilə bilər.
Məsələn, iş masasının üzərinə NFC etiketi yerləşdirərək telefonu ona yaxınlaşdırdıqda "Narahat etməyin" rejiminin avtomatik aktivləşməsini təmin etmək olar. Eyni üsuldan avtomobildə müəyyən funksiyaların avtomatik işə salınması üçün də istifadə edilir.
NFC-ni daim aktiv saxlamaq ümumilikdə təhlükəli hesab edilmir. Texnologiya çox qısa məsafədə işlədiyindən bağlantının yaradılması üçün cihazların bir-birinə yaxın olması tələb olunur. Bundan başqa, NFC çox az enerji sərf edir.
Bununla belə, təhlükəsizlik qaydalarını unutmaq olmaz. Saxta NFC etiketləri istifadəçini zərərli və ya fişinq saytlarına yönləndirə bilər. Buna görə də mənşəyi bilinməyən NFC etiketləri ilə qarşılıqlı əlaqə zamanı diqqətli olmaq tövsiyə edilir.
Telefondakı "n" işarəsini gizlətmək üçün isə bəzi smartfonlarda "Parametrlər" bölməsindən ekran və status sətri parametrlərinə daxil olaraq müvafiq seçimi söndürmək mümkündür. Menyunun adı telefon modelindən asılı olaraq fərqlənə bilər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 20391 Tarix: 27 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Powerbank"dakı gizli düymə nə üçündür?
Smartfonların enerjisini istənilən yerdə doldurmağa imkan verən portativ enerji cihazları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin powerbank istifadəçilərinin çoxu cihazın üzərindəki kiçik düymənin əslində hansı funksiyaları yerinə yetirdiyini bilmir. xarici mediaya istinadla xəbər veri
15 noyabrSürücülər payızda avtomobilə niyə sabun parçası qoyurlar? - İnanılmaz SƏBƏB
Adi bir sabun parçası payız aylarında sürücülərin köməyinə çata bilər. Yağışların artması, havanın rütubətlənməsi və temperaturun tez-tez dəyişməsi avtomobil sahibləri üçün əlavə çətinliklər yaradır. Belə hallarda sadə məişət vasitələri də faydalı ola bilər. Məhz buna görə bəzi təcrübəli sürücülər avtomobili
15 noyabrQadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB
Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay
15 noyabrKlozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün
Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul
7 noyabrBeyin əməliyyatından sonra insanları pişik kimi görməyə başladı
ABŞ-də yaşayan 28 yaşlı kişi keçirdiyi beyin əməliyyatından sonra nadir görülən nevroloji pozğunluqla üzləşib. Belə ki, o, gün ərzində qarşılaşdığı insanların üzlərində öz ev heyvanı - "Luna" adlı pişiyinin cizgilərini görməyə başlayıb. "Qafqazinfo" xəbər verir ki, Dartmut Kollec
17 noyabrRomanovların əfsanəvi sapfiri rekord qiymətə satıldı
Bir vaxtlar Rusiya İmperiyasının kral zinət əşyaları kolleksiyasına daxil olan nəhəng sapfirin yerləşdiyi nadir bilərzik İsveçrənin Cenevrə şəhərində keçirilən hərracda gözləntiləri iki dəfədən çox üstələyərək 4,9 milyon dollara alıcı tapıb. "Qafqazinfo" xəbər verir ki, "Sotheby's"
14 noyabr"Alatoranlıq" serial olur
"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"
10 noyabr800 illik qala 1 avroya satılır - Fotolar
Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər
9 noyabr