Səhrada tapılan daş 5,3 milyon dollara satıldı
Niger səhrasında adi daş parçası olduğu düşünülən 24,67 kiloqramlıq qayanın əslində Marsdan gəldiyi məlum olub. NWA 16788 adı verilən nadir göktaşı Nyu-Yorkda keçirilən hərracda 5,3 milyon dollara satılıb.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, meteor daşı 16 iyul 2023-cü ildə Nigerin Aqadez bölgəsində yerləşən Kefkaf səhrasında tapılıb. Aparılan analizlər onun Mars mənşəli olduğunu göstərib. NWA 16788 indiyədək Yer kürəsində aşkarlanan ən böyük Mars göktaşı hesab olunur.
Qırmızımtıl ərimə qabığı olan daşın mineral və qaz tərkibi də araşdırılıb. Nəticələr onun Marsdan gəldiyini təsdiqləyib. Tərkibindəki qazların NASA-nın 1970-ci illərdə Mars atmosferini araşdıran "Viking" kosmik aparatlarının əldə etdiyi məlumatlarla uyğun olduğu bildirilib.
Mütəxəssislərin fikrincə, NWA 16788 Marsda baş verən güclü toqquşma nəticəsində planetin səthindən qoparaq kosmosa çıxıb. Daha sonra təxminən 140 milyon mil məsafə qət edərək Yerə düşüb. "Olivin mikrogabroik şerqottit" sinfinə aid olan bu göktaşının Yer kürəsindəki bütün Mars mənşəli göktaşı kütləsinin təxminən 7 faizini təşkil etdiyi bildirilir.
Meteor daşı əvvəlcə İtaliya Kosmik Agentliyində nümayiş etdirilib. Daha sonra Nyu-Yorkda keçirilən "Sotheby's" hərracına çıxarılıb. Daşın ilkin satış qiyməti 4,3 milyon dollar olub. Komissiya və vergilərlə birlikdə yekun məbləğ 5,3 milyon dollara çatıb. Beləliklə, NWA 16788 hərracda satılan ən bahalı göktaşı olub.
Satışdan sonra Niger hakimiyyəti də araşdırmaya başlayıb. Araşdırmanın əsas məqsədi göktaşının ölkədən necə çıxarıldığını müəyyənləşdirməkdir. Daşı alan şəxsin kimliyi isə açıqlanmayıb.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1755 Tarix: 27 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Powerbank"dakı gizli düymə nə üçündür?
Smartfonların enerjisini istənilən yerdə doldurmağa imkan verən portativ enerji cihazları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin powerbank istifadəçilərinin çoxu cihazın üzərindəki kiçik düymənin əslində hansı funksiyaları yerinə yetirdiyini bilmir. xarici mediaya istinadla xəbər veri
15 noyabrSürücülər payızda avtomobilə niyə sabun parçası qoyurlar? - İnanılmaz SƏBƏB
Adi bir sabun parçası payız aylarında sürücülərin köməyinə çata bilər. Yağışların artması, havanın rütubətlənməsi və temperaturun tez-tez dəyişməsi avtomobil sahibləri üçün əlavə çətinliklər yaradır. Belə hallarda sadə məişət vasitələri də faydalı ola bilər. Məhz buna görə bəzi təcrübəli sürücülər avtomobili
15 noyabrQadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB
Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay
15 noyabrKlozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün
Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul
7 noyabrBeyin əməliyyatından sonra insanları pişik kimi görməyə başladı
ABŞ-də yaşayan 28 yaşlı kişi keçirdiyi beyin əməliyyatından sonra nadir görülən nevroloji pozğunluqla üzləşib. Belə ki, o, gün ərzində qarşılaşdığı insanların üzlərində öz ev heyvanı - "Luna" adlı pişiyinin cizgilərini görməyə başlayıb. "Qafqazinfo" xəbər verir ki, Dartmut Kollec
17 noyabrRomanovların əfsanəvi sapfiri rekord qiymətə satıldı
Bir vaxtlar Rusiya İmperiyasının kral zinət əşyaları kolleksiyasına daxil olan nəhəng sapfirin yerləşdiyi nadir bilərzik İsveçrənin Cenevrə şəhərində keçirilən hərracda gözləntiləri iki dəfədən çox üstələyərək 4,9 milyon dollara alıcı tapıb. "Qafqazinfo" xəbər verir ki, "Sotheby's"
14 noyabr"Alatoranlıq" serial olur
"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"
10 noyabr800 illik qala 1 avroya satılır - Fotolar
Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər
9 noyabr