Astronomlar qara materiyaya sahib olmayan qəribə qalaktikaların izahını veriblər

Astronomlar qara materiyaya sahib olmayan qəribə qalaktikaların izahını veriblərKainatın istənilən qalaktikasında kütlənin böyük hissəsi görünmür. Belə ki, o, qara materiyadan ibarətdir. Lakin bir neçə müddət bundan öncə astronomlar qara materiyaya sahib olmayan 2 qəribə qalaktika aşkar etmişdilər. Aparılmış yeni tədqiqat bu sirrə aydınlıq gətirib. Məlum olub ki, həmin qalaktikalarda olmuş qara materiyanı onlara qonşu olan digər böyük qalaktika özünə çəkib. Bu barədə New Atlas saytı xəbər verib. Kainatın çoxlu sayda görünməyən materiyadan ibarət olması nəzəriyyəsi keçən əsrin 30-cu illərində irəli sürülmüşdü.

Həmin vaxtda astrofiziklər görünən kütlənin verdiyi imkanlardan daha sürətli şəkildə hərəkət edən qalaktikaları müşahidə edirdilər. Alimlər güman etmişdilər ki, onların görmədikləri hansısa gizli kütlə mövcuddur və nəticədə onlar həmin kütləni qara materiya adlandırmışdılar. Baxmayaraq ki, qara materiyanın hissəcikləri hələ aşkar edilməyib, növbəti illərdə qara materiyanın mövcud olması barədə sübutlar artmağa başladı.

2018-ci ildə astronomlar maraqlı kəşfi elan etmişdilər. Belə ki, onlar aşkar etmişdilər ki, NGC 1052-DF2 adlı karlik qalaktikası qara materiyaya sahib deyil.

Görünən materiya kifayət edirdi ki, bu ulduz sisteminin nisbətən aşağı sürətini izah etmək mümkün olsun. 2019-cu ildə isə həmin qalaktikaya bənzər digər bir qalaktika da aşkar edilmişdi. Söhbət, NGC 1052-DF4 adlı qalaktikadan gedir. Kaliforniyadan olan alimlər DF2 ilə DF4 qalaktikalarında qara materiyanın olmama səbəblərini aydılaşdırmağa başladılar. Sadalanmış hər iki qalaktika NGC 1052 adlı daha böyük qalaktikanın ətrafında dövr edirlər. Astronomlar güman edirlər ki, məhz sözügedən həmin böyük qalaktika daha kiçik qalaktikalardan qara materiyanı özünə çəkir. Bu nəzəriyyəni yoxlamaq üçün onlar 3 qalaktika arasındakı qarşılıqlı əlaqəni modelləşdirdilər və hesablamalara güman olunan iki növ qara materiyanı əlavə etdilər.
Hal hazırda ən çox istifadə olunan qara materiya modelinə əsasən qara materiya əslində soyuqdur.

Yəni qara materiyanın hissəcikləri çox aşağı sürətlə hərəkət edirlər və bir-biriləri ilə qaşılıqlı əlaqədə olmurlar. Digər qara materiya modelinə əsasən isə qara materiya hansısa "qara" güc sayəsində özü-özü ilə qarşılıqlı əlaqədə olur. Bu iki ideya kosmosun strukturunu böyük miqyasda izah edir, lakin qalaktikaların daxilindəki qara materiya mövzusunda müxtəlif nəticələrə gətirib çıxardır. Hər iki nəzəriyyəni modelləşdirərək alimlər öyrəniblər ki, karlik qalaktikaların daxilində qara materiyanın mövcud olmamasını həqiqətən də onlara qonşu olan digər böyük qalaktikanın gücü ilə əlaqələndirmək olar. Lakin özü-özü ilə qarşlıqlı əlaqədə olan qara materiya nəzəriyyəsi bu prosesi daha sadə şəkildə izah edir. Məsələ burasındadır ki, bu qarşılıqlı əlaqələr daha çox qara materiyanı qalaktikanın mərkəzindən kənar regionlara çıxardır. Nəticədə böyük olan qalaktikalar qara materiyanı özlərinə cəlb edə bilirlər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4079   Tarix: 16 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021