"Pulsuz" çimərliklərdə istirahət neçəyə başa gəlir? - QİYMƏTLƏR

Bir neçə gündür ki, Abşeron yarımadasında çimərlik mövsümü başlayıb. Amma bəzi çimərliklərin "özəlləşdirilməsi", dənizin ekoloji durumu istirahət üçün çimərliklərə gedənlərin seçim imkanını daraldır. Bakı Şəhər İcra Hakimiyyəti Şıx çimərliyi istisna olmaqla digər ərazilərin ödənişsiz olduğunu bildirib. Meriyanın rəsmi açıqlamasına inansaq, dəniz xalqın tam mülkiyyətindədir. Bəs real vəziyyət necədir? Son bir neçə ildə çimərlikdən istifadə edənlər pul ödəyirdisə, indi ərazilərə pulsuz giriş mümkün olacaqmı? Çimərliklərin ekoloji vəziyyəti necədir?

virtualaz.org saytının əməkdaşları bu və digər suallara cavab tapmaq üçün əhalinin daha çox üz tutduğu çimərliklərə baş çəkiblər.

Giriş pulsuzdur, amma pul ödəyin!?

Novxanı çimərliyindən Corat qəsəbəsinədək gedən yolun üstündə onlarla istirahət mərkəzi, otel və restoran tikilib. Çimərlik ərazisi dəmir və beton arakəsmələrlə hasarlanıb. Əraziyə daxil olmaq üçün "Orxan", "Qala", "Xəzri", "Dərya", "Duyğu", "Flaminqo". "Sahil", "313" və digər restoranların həyətindən keçmək lazımdır. Yol kənarında maşın saxlamaq üçün yer olmadığından, əraziyə maşınla gələnlər ya dayanacaq pulu ödəməli, ya da ən azı çay dəstgahı sifariş verməlidirlər.

Restoranların yaxınlığında çimərliyə gələnlər üçün soyunub-geyinmə otaqları, oturacaqlar, duş kabinələri tikilib. Əraziyə giriş pulsuzdur. Amma, məsələn, soyunub-geyinmək üçün 1 manat, duş kabinəsindən istifadə etmək üçün 2 manat ödənilməlidir. Çətir və ya oturacaqlar üçün 5 manat tələb olunur.

Corat qəsəbəsinə doğru çimərlik ərazisi də hasarlanıb. Əraziyə giriş üçün uzun məsafə qət etmək lazımdır. Sahilboyu zibil tullantıları, daş-kəsək var. Burada çimənlərdən daha çox balıq tutanlara rast gəldik.

Novxanıda "My Beach" istirahət mərkəzinin yaxınlığındakı pulsuz çimərliyə daxil olmaq istəyirik. Dərhal bir neçə nəfər qarşımızı kəsir. "Maşınla daxil olmaq 2 manatdır", - nisbətən yaşlı nəzarətçi deyir. Maşını elə girəcəkdə, yolun kənarında saxlayıb əraziyə daxil oluruq. Soyunub-geyinmə otağından istifadə 2 manat, duş kabineti 3 manat, həsirdən düzəldilmiş və içərisinə balaca masa qoyulmuş kabinə üçün 5 manat istənilir. Amma "pulsuz" hesab edilən bu ərazidə zibil atmaq üçün bir qutuya rast gəlmirik. Buna görə də, sahil butulkadan tutmuş qarğıdalı qabığına qədər tullantılar içindədir.

Ümumiyyətlə, Novxanı çimərliyində zibil atmaq üçün qutular yoxdur. Çoxunun qarpız, yemiş, ən yaxşı halda pomidor-xiyarsız dənizə gəlmədiyini nəzərə alsaq, bir neçə günə çimərlik Balaxanı zibilliyinə bənzəyəcək. Yalnız restoranların xidmətindən istifadə edənlər tullantıları obyektin ərazisindəki qutulara ata biləcəklər.

"My Beach" Novxanı ərazisində "elit" çimərlik hesab edilir. Digər restoran və ya istirahət mərkəzlərindən fərqli olaraq, bu məkanın dayanacağında bahalı maşınların sayı daha çoxdur. Girəcəkdə uşaqların əylənməsi üçün yelləncəklər quraşdırılıb. Əraziyə giriş 12 manatdır. Pul ödəniləndən sonra çimərlikdən istifadə etmək olar. Amma yalnız dənizə baş vurmaq giriş puluna daxildir. Digər xidmətlər üçün pul ödənilməlidir. Elə girişdəcə öyrənirik ki, 4 nəfərlik ailənin 3-4 saatlıq istirahəti xidmətin çeşidindən asılı olaraq 100 manatdan yuxarı başa gəlir. Təbii ki, yemək, çay dəstgahını nəzərə almasaq…

Beləliklə, Novxanıda duş kabinəsi, soyunub-geyinmə otağı, çətirli oturacağı olan "pulsuz" çimərliklərdən istifadə bir nəfər üçün 8-10 manata başa gəlir. Pul xərcləmədən dincəlmək istəyənlər isə ya tullantıların içərisindən keçməklə dənizə baş vurmalı, ya da dəniz sevdasından əl çəkməlidirlər.

Hövsan, Türkan çimərliyinə gedirsinizsə…

Hövsan ərazisində pulsuz çimərliklər çoxdur. Soyunub-geyinmə otağına görə pul tələb olunmur, duş kabinəsi olmasa da, soyuq suda ayaqların yuyulmasına pul istənilmir. Amma… Hövsan çimərliyinin "əmma"sı natamizliklə bağlıdır. Ərazidə çimmək üçün palçıqlı yoldan və bataqlıqdan keçmək lazımdır. Çimməyə gələnlərin özləri ilə gətirdikləri yemək-içməyi tullamaq üçün zibil qutusu axtarmaq lazım deyil. Bunun üçün qamışlıqların arası var. Yeyilib içilən ən yaxşı halda elə qamışlığa atılır.

Hövsandan fərqli olaraq, Türkanda pullu çimərliklər daha çoxdur. Məsələn, getdiyimiz ərazilərdən birində giriş üçün 10 manat istənilir. Pulu niyə və hansı əsaslarla ödədiyimizi öyrənmək üçün suallarımıza cavab verən tapılmır. "Ərazi təmizlənib, kabinələr yaradılıb. Bəs təmizlik üçün əməkhaqqını necə ödəyək?" sualına cavab verməyimizi gözləmədən çimərlikdəki şəraitlə tanış olmaq üçün içəri girməyimizə icazə verilir.

Adambaşı 10 manat ödəniləndən sonra çətirli oturacaqlardan, günəşdə qaralmaq üçün "lejanka"lardan pulsuz istifadə etmək olar. İnsafən qeyd edək ki, ərazi geniş və təmizdir. Hər istirahət kabinəsinin girəcəyində zibil qutuları qoyulub. Uşaqlar üçün yelləncəklər də quraşdırılıb.

Amma nəzərə alaq ki, istirahət edənlərin çoxu ailəvi gəlir. Deməli, təmiz çimərlikdən istifadə etmək 4 nəfərlik ailəyə 40 manata başa gələcək.

Bilgəh, Nardaran, Buzovna çimərliklərində də vəziyyət fərqli deyil. Kafelər, çayxanalar bir-iki çətir qoymaqla oturacaqları pulla verir, duş və soyunub-geyinmə kabinələri üçün pul istənilir. Tam pulsuz olan ərazilərdəki natəmizlik isə çoxlarını pulsuz istirahət istəyindən vaz keçirir. Biz sözlə, pulsuz çimərlik və istirahət sevdası Bakı çimərliklərində bir-birinə yaddır.

Təbii ki, biz yalnız "pulsuz" çimərliklərdən, sahil ərazilərindəki antisanitariyadan danışırıq. Çimərliklərdə ödənilən pulun müqabilində çek verilməməsini, mövsümdə yığılan milyonlarla manatın kimlərin cibinə getdiyini yada salmırıq. Yəqin ki, bu vəziyyət çoxlarının, məsələn, Vergilər Nazirliyinin də diqqətini cəlb edir.

Onu da xatirladaq ki, çimərliklərin çoxunda Fövqəladə Hallar Nazirliyinin xilasedici qülləsi var. Amma xolasedicilər yalnız boğulanların köməyinə çatır. İşdir, şüşə və yemək qalıqları ayaqlarınızı zədələsə, təcili yardım çağırmaqdan başqa əlac yoxdur.

…Sonda Bakı Şəhər İcra Hakimiyyətinin açıqlamasını bir daha qeyd etmək istəyirik. Meriya çimərliklərin pulsuz olduğunu anlatmaq üçün əhali arasında maarifləndirmə tədbirlərinə başlamağı düşünür. Mövsüm başlayıb və meriya hələ indi düşünməyə başlayıb. Yəqin ki, mövsüm bitənədək qərar verilər…
"Pulsuz" çimərliklərdə istirahət neçəyə başa gəlir? - QİYMƏTLƏR"Pulsuz" çimərliklərdə istirahət neçəyə başa gəlir? - QİYMƏTLƏR"Pulsuz" çimərliklərdə istirahət neçəyə başa gəlir? - QİYMƏTLƏR"Pulsuz" çimərliklərdə istirahət neçəyə başa gəlir? - QİYMƏTLƏR"Pulsuz" çimərliklərdə istirahət neçəyə başa gəlir? - QİYMƏTLƏR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4624   Tarix: 25 iyun 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Anar Ələkbərov Ramiz Rövşəni evində ziyarət etdi - Foto

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov xalq şairi Ramiz Rövşəni evində ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə o, instaqram səhifəsində paylaşıb. "Dəyərli xalq şairimiz Ramiz Rövşəni ad günü münasibətilə şəxsən təbrik etmək, mədəniyyətimizin bir hissəsinə çevrilmi

15 dekabr
.

Qış Azərbaycana bu tarixdə daxil olacaq

Qış fəsli Azərbaycana dekabrın 21-i saat 19:03:01-də daxil olacaq, bununla da Şimal yarımkürəsində qış, Cənub yarımkürəsində isə yay fəsli başlayacaq. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsi məlumat yayıb. Bildirilib ki, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti il

15 dekabr
.

Masazırın bəzi ərazilərində işıq olmayacaq

Bu gün Masazır qəsəbəsiniin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq. "Azərişıq"dan -a verilən məlumata görə, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq "Masazır" yarımstansiyasında 10 kV-luq bölmədə təmi

16 dekabr
.

Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı şərtlər dəyişdi

Əmək müqaviləsinə xitam verilməsi üçün əlavə şərtlər müəyyənləşir. xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna əsasən, tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq qanunvericilikl

16 dekabr
.

Nazirin həmin videosu ilə bağlı - Rəsmi açıqlama

Maliyyə naziri Sahil Babayevin dekabrın 12-si Fəxri xiyabanı ziyarəti zamanı yayılan görüntüləri müzakirələrə səbəb olub. Videoda nazirin avtomobilinə doğru hərəkət edərkən vətəndaşlardan birinin ona yaxınlaşdığı və Sahil Babayevin probleminin həll olunmasını istəyən şəxsi yanındakı əməkdaşlara yönləndirməs

15 dekabr
.

Sabah yağış yağacaq?

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, dekabrın 16-dan 17-nə keçən gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şər

16 dekabr
.

Bu dəfə tikinti şirkətlərindən şikayət etdi

"Bazarda meyvə-tərəvəz satanlar endirim etmirlər, məhsul xarab olur, zibilə atırlar. Niyə? Öz çıxarışlı (kupçalı) evini satmaq istəyəndə sata bilmirsən, amma yeni tikililərdə müqavilə ilə satılan, hər gün qiyməti artan 100 kv/m-lik evi 130 kv adı ilə gedib alırsınız. 1-2 ildən sonra da çıxarış aland

16 dekabr
.

Gizir Xanıya şəhidlik statusu verildi

Ağdamda minaya düşərək həlak olan Gizir Xanıya şəhidlik statusu verilib. Teleqraf-ın xəbərinə görə, 23 sentyabr tarixində rayonun Mirəşelli kənd ərazisində minaya düşərək həlak olan Gizir Xanı kimi tanınan Səyyaf Əhmədova mülki şəhid statusu verilib. Bu barədə məlumatı S.Əhmədovun yaxınları təsdiqləyib

15 dekabr
.

Velosipeddən yıxılan 9 yaşlı oğlan öldü

Ağdamda velosipeddən yıxılan 9 yaşlı uşaq ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Alıbəyli kəndində baş verib. 2016-cı il təvəllüdlü Hüseyn Rüfət oğlu Baxşəliyev velosipedlə hərəkətdə olarkən idarəetməni itirərək yıxılıb. Nəticədə H.Baxşəliyevin başı daşa dəyib və o, hadisə yerind

15 dekabr