"O, ərinə xəyanət edib…"- qayınata DANIŞDI

"O, ərinə xəyanət edib…"- qayınata DANIŞDIXəbər verdiyimiz kimi, iyunun 14-də Tovuz rayonunun Öysüzlü kəndində iki uşaq anası 27 yaşlı Aytəkin Quliyeva itkin düşüb. Yerli mətbuatda yayılan məlumatlara görə, itkin düşən xanımın atası Məzahir Quliyev qızının öldürülməsi ilə bağlı iddia irəli sürüb:

"Dünən mən və əlavə 8 nəfər qohumum qızımın azyaşlı uşaqlarını çağırıb ayrı-ayrılıqda danışdırdıq və analarını sonuncu dəfə nə vaxt gördüklərini soruşduq. Uşaqlar qızımın öldürüldüyünü dedilər. Uşaqları məndən başqa 8 nəfər danışdırdı. Hamıya eyni sözləri dedilər. Uşaqlar bildirdilər ki, həmin gün analarını babası başından vurub və sonra da başından qan axa-axa maşına qoyub aparıb. Yəni Aytəkini qayınatası baş nayihəsindən küt alətlə vurub, Aytəkin özündən gedib. Sonra da qayınatası Aytəkini sürüyərək maşınına qoyub aparıb. O gündən sonra uşaqlar analarını görməyiblər".

Həmçinin qeyd olunub ki, itkin düşən gəlinin qayınatası meşəbəyi işləyir və çox güman ki, onu öldürərək cəsədini meşədə basdırıb.

Sonxeber.az bildirir ki, gəlinin ölümündə ittiham olunan Məzahir Əhmədov azvision.az–a açıqlamasında haqqında deyilənləri yalanlayaraq bir sıra mətləblərə aydınlıq gətirib.

O, qudasının dediyi fikirlərin tamamilə yalan olduğunu, gəlinin öz istəyi ilə evdən qaçdığını bildirib:

"Bunlar tamamilə yalan və iftiradır. Nə mən, nə də oğlum Aytəkinə əl qaldırıb. Həmin gün səhər saatlarında hamımız bir süfrə arxasında əyləşib yemək yedik. Sonra oğlum inəkləri dağa otarmağa apardı. Mən də nəvələrimi bağçaya apardım, sonra da ot biçməyə getdim. Biz gedəndə gəlin evdə tək qaldı. Onu heç kim öldürməyib. Aytəkin evdən çıxanda bütün paltarlarını yığıb, şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnaməsini də özü ilə götürüb. Evdə beş manat pul olub, onu da aparıb".

M.Əhmədovun sözlərinə görə, kənd sakinləri həmin gün Aytəkini çayxananın qarşısından keçərkən görüblər:

"Həmin şəxslər polisə ifadə veriblər. Bildiriblər ki, Aytəkinin əynində qırmızı kofta və şalvar olub. Həkim gün Aytəkin rayon avtovağzalında da görünüb. Avtovağzaldan bu məlumatı təsdiqlədilər.

Şübhələndiyimiz bir məqam var. Bir dəfə mən gəlinin əlində telefon tutmuşdum. Hansı ki, onun mobil telefonu yox idi. Soruşdum ki, kimin telefonudur. Dedi ki, qonşu qızınındır. Polis həmin qızdan ifadə aldı. O bildirdi ki, telefon onun yox, Aytəkinin olub. Aytəkin onu məcbur edib ki, desin telefon mənimdir. Qonşunun qızı polisə ifadəsinə Aytəkinin gizli telefon işlətdiyini deyib. Bu insan gizli telefonu nə üçün işlətsin ki? Normal ana uşaqlarını atıb qaçmaz. Çox güman ki, Aytəkinin danışdığı oğlan olub, o, ərinə xəyanət edib. Bəlkə də həmin oğlana qoşulub qaçıb. Polis əməkdaşları bu iddianın inandırıcı olduğunu bildirirlər. Yalanın, oğurluğun ömrü qırx gündür. Bunun da üstü mütləq açılacaq".

Məzahir Əhmədovun qonşuları Aytəkin Quliyevanın başqa oğlana qoşulub qaçdığını düşünürlər.

"Aytəkin ərindən gizli telefon işlədirdi. Gəlin gizli telefonu başqa oğlanla danışmaq üçün işlədər. Aytəkinin əri sakit insandır, bütün günü mal-qara ilə məşğul olur. Aytəkin yoxa çıxan gün onların evində söz-söhbət olmayıb. Olsaydı, bizim xəbərimiz olardı. Aytəkini heç kim öldürməyib. Onu əri döysəydi, uşaqlarını da özü ilə aparardı. Əminik ki, o, ərinə xəyanət etdiyi oğlanla qaçıb. Polis onları tapacaq",-deyə qonşular bildirib.

Xatırladaq ki, 1989-cu il təvəllüdlü A.Quliyeva iyunun 14-də Tovuz rayonunun Öysüzlü kəndində yaşadığı evdən müəmmalı şəkildə yoxa çıxıb və bu günə qədər də onun harada olması barədə xəbər yoxdur.

İtkin düşən qadının atası qızının ailəsində həyat yoldaşı və qayınatası ilə tez-tez mübahisələr olduğunu bildirib. Hadisə ilə bağlı Tovuz rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 4310   Tarix: 28 iyun 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Göygöldə avtomobil aşıb: Ölən var

Göygöldə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Bakı Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan KIA markalı minik maşını yolu keçmək istəyən 1965-ci il təvəllüdlü M.Mamedovu vurub

14 dekabr
.

Sumqayıtda zəncirvari qəza - 8 maşın toqquşdu

Sumqayıtda səkkiz maşın toqquşub. Sumqayıt 24-ə istinadən xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb. Əraziyə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, hərəkətdə məhdudiyyət yaradılıb. Yol qəzasının səbəbləri araşdırılır

11 dekabr
.

Ötən gün axtarışda olan 260 nəfər saxlanılıb

Azərbaycanda dekabrın 12-də axtarışda olan 260 nəfər saxlanılıb. "Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, ötən gün, həmçinin borclu şəxs qismində axtarışda olan 238 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

13 dekabr
.

Sirr dolu ölüm: Üç nəfər mindikləri maşından iki nəfər çıxdılar

Türkiyənin Manisa vilayətinin Kırkağaç rayonunda dostları ilə birlikdə spirtli içki qəbul etdikdən sonra avtomobildə yatan 30 yaşlı şəxs ölü halda tapılıb. türk mediasına istinadən xəbər verir ki, Kırkağaçda fermerliklə məşğul olan Cengiz Akman dünən dostları Şabettin A. və Tufan G. ilə Şair Eşref məhəlləsindək

15 dekabr
.

"Azərişıq" işçisini cərəyan vurub öldürdü

Abşeronda kişini cərəyan vuraraq öldürüb. xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsinin ərazisində baş verib. Elektrik dirəyində təmir işləri görən "Azərişıq" ASC-nin əməkdaşı, 31 yaşlı Fatmayı kənd sakini Ülvi Bəhrəm oğlu Məcidlini cərəyan vurub. Nəticədə o, hadisə yerində ölüb. Faktla bağl

13 dekabr
.

İntihar kimi göstərilən hadisə əslində qətl imiş! Miras üçün ana, ata və qardaşını öldürdü

İzmirin Torbalı rayonunda ana, ata və oğulun həyatını itirdiyi, ilkin mərhələdə "intihar" kimi qiymətləndirilən dəhşətli hadisənin arxasından miras üstündə planlanmış qətl çıxdığı müəyyən edilib. türk mediasına istinadən xəbər verir ki, verilən məlumata görə, bir evdən silah səsləri eşidilməs

12 dekabr
.

Kişi həyat yoldaşını və bacanağını öldürüb, hadisə yerindən qaçdı

Adıyamanda dəhşətli qətl hadisəsi baş verib. türk mediasına istinadən xəbər verir ki, Besni rayonunun Aşağısarhan məhəlləsində A.S. adlı şəxs naməlum səbəbdən həyat yoldaşı, 4 uşağının anası Selvi S.-ni və bacanağı Muharrem Arslanı silahla vuraraq qətlə yetirib. Hadisədən sonra A.S. dərhal ərazidən qaçara

12 dekabr
.

Valideynlər öz pitbull itlərinin 2 yaşlı qızlarını öldürməsindən sonra birinci dərəcəli qətldə ittiham olunur

ABŞ-ın Oklahoma ştatında yaşanan ağır səhlənkarlıq faciə ilə nəticələnib. xarici mediaya istinadən xəbər verir ki, ailəyə məxsus pitbull cinsi itin hücumu nəticəsində 2 yaşlı Locklynn Rose McGuire həyatını itirib. Hadisədən sonra uşağın valideynləri - 24 yaşlı Darci Lambert və 34 yaşlı Jorden McGuir

12 dekabr
.

İrandan gətirilən portağal boyanır? - Ələ keçən rəng şübhə yaratdı - VİDEO

İrandan gətirilən portağalın rəngləndiyi iddia olunur. xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda portağalın üzərindəki rəngin süni olduğu göstərilir. Videonu çəkən şəxs bildirir ki, meyvəyə sadəcə əl vurmaq kifayətdir ki, dərhal rəng ələ keçsin. İddialara görə, portağalın üzərinə süni boya çəkili

13 dekabr