"Axı erməni kimdir ki..." - Xalq artisti

"Axı erməni kimdir ki..." - Xalq artisti"Bütün Azərbaycan xalqını bu gözəl əks-hücumlar münasibətilə təbrik edirəm. Ordumuza möhkəm iradə arzulayıram".

Bunu Milli.Az-a açıqlamasında Xalq artisti Məmməd Səfa Qasımov Qarabağın işğaldan azad olunması uğrunda gedən döyüşlər barədə danışarkən deyib.

I Qarabağ müharibəsindən bəhs edən "Dolu" filmindəki komandir obrazı ilə könülləri fəth edən Xalq artisti ordumuzun tez bir zamanda Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağı işğaldan azad edəcəyinə çox inandığını bildirib:

"Şəhidlərimizə Allah qəni-qəni rəhmət eləsin, Allah bütün analara böyük səbr, dözüm versin. Müharibə olan yerdə torpaqlarımızın geri qaytarılmasında təbii ki, şəhid də verəcəyik. Bu gün Azərbaycanda o ailə yoxdur ki, ondan bir nəfər heç olmasa hərbidə xidmət etməsin. Əlbəttə ki, bu bizim ordumuzdur. Mən bunu Məmməd Səfa kimi deyirəm, biz arxada olsaq da bu gün Prezidentimizin, Ali Baş Komandanın əmrinə hər an hazırıq və sadəcə bizə bir söz lazımdır ki, siz də bizə lazımsınız.

Mənə elə bir fəxr hissi gəlir, bütün vücudum silkələnir

Bizim torpaqlarımız işğal ediləndə vahid ordumuz yox idi bizim. Xocalıdakı soyqrım, Şuşadakı erməni vəhşilikləri, silahsız insanların üstünə tankla, digər zirehli texnika ilə, silahla gələndə bizim əlimizdə heç ov tüfəngi də yox idi. İndi isə şükür Allaha ki, bizim elə bir texnikaya malik ordumuz var ki, Ali Baş Komandanın rəhbərliyi ilə elə güclü ordumuz var ki, mən əminəm, inanıram ki, bu ordu torpaqlarımızı işğaldan azad edəcək, 30 illik həsrətə son qoyacaq. Mənim içimdə elə bir xoş təəssürat var, inanın. Mənə elə bir fəxr hissi gəlir, indi sizlə danışıram, mənim bütün vücudum silkələnir. Bu, böyük bir fəxrdir, böyük bir fəxarətdir.

Bu gün bütün xalq Prezidentin ətrafında cəmlənib

Bu, hər birimizin çiynində inanın ki, bu vaxta qədər ağır bir yük idi. Axı erməni kimdir ki, o bizim torpaqlara bu gün gəlib sahib çıxmaq istəyir? Məgər biz ölmüşük, bəyəm biz yoxuq? Şükür Allaha, bu gün bütün xalq Prezidentin ətrafında cəmlənib. Biz də bir mədəniyyət xadimləri kimi, hər birimiz bir müsəlləh əsgər kimi vətənin uğrunda ölməyə hazırıq.

Ordu bax belə olar, hücum belə olar

Ermənilərin sözü var, bax, indi desinlər. Ordu bax belə olar, hücum belə olar. Mən əminəm ki, biz tezliklə bütün torpaqlarımızı azad edəcəyik və bu, bütün Azərbaycanda bir bayrama çevriləcək. Bu dəqiqə orada şiddətli döyüşlər gedir. Bir daha orada vuruşan bütün əsgərlərimizə iradə, səbr, dözüm arzu edirəm. Onlara demək istəyirəm ki, biz də varıq, biz də sizin arxanızdayıq, hər an sizin yanınızdayıq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 5615   Tarix: 29 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16 sentyabr 2021
.

Qızı Rəşad İlyasovu sevindirdi

Əməkdar artist Rəşad İlyasovun qızı universitetə daxil olub. xəbər verir ki, bu haqda müğənni özü məlumat yayıb. "Dostlar, təbrik edə bilərsiniz. İkinci dəfə tələbə atası oldum" deyə, ifaçı övladı ilə fotosuna yazıb. Qeyd edək ki, R.İlyasovun bir oğlan övladı da var

4 sentyabr 2021
.

Məşhur müğənni xərçəngdən vəfat etdi

Tanınmış müğənni və aktrisa, "Girls Aloud" qrupunun solisti Sarah Hardinq 39 yaşında vəfat edib. xəbər verir ki, bu barədə ifaçının anası Meri Hardman sosial şəbəkədə yazıb. Sarah bir neçə ildir xərçəngdən müalicə alırdı. Qeyd edək ki, müğənniyə xərçəng diaqnozu ötən ilin yazında qoyulub

6 sentyabr 2021
.

Ağır vəziyyətdə olan Səyyad Əlizadə başqa xəstəxanaya köçürülür?

Koronavirusa yoluxan Səyyad Əlizadənin vəziyyəti ağır olaraq qalır. Bu barədə -a müğənninin qohumu Razim Qarayev məlumat verib. O bildirib ki, sənətçini Mərkəzi Gömrük Hospitalına köçürmək istəyirlər:. "Hazırda S.Əlizadə süni koma vəziyyətində saxlanılır. Vəziyyətində heç bir irəliləyiş yoxdur

16 sentyabr 2021
.

Müğənnilikdən əvvəl qabyuyan, fəhlə, satıcı işləyən MƏŞHURLAR - FOTO

Bu gün tanınmış şou-biznes nümayəndələri vaxtilə başqa peşə ilə məşğul olublar. Onlar arasında qabyuyan, tibb bacısı, idmançı, satıcı, fəhlə, mühafizəçi kimi çalışanlar da var. xəbər verir ki, "Mtv" kanalı bu haqda araşdırma apararaq tanınmışların keçmiş sənətini öyrənib. Vaxt var idi, onla

8 sentyabr 2021
.

"Sirtaki"nin müəllifi olan bəstəkar öldü

Tanınmış yunan bəstəkarı Mikis Teodorakis 96 yaşında vəfat edib. O, rejissor Mixalis Kakoyanisin 1960-cı illərdə ekranlara çıxan "Aleksis Zorbas" filmində nümayiş olunan "Sirtaki" rəqsinə yazılmış musiqinin müəllifi kimi məşhurlaşıb. Bəstəkar həmçinin simfoniya, balet, opera və çoxsayd

3 sentyabr 2021
.

Murad Dadaşov inanılmaz dərəcədə ARIQLADI - FOTO

Xalq artisti. Xəzər TV-nin prezidenti Murad Dadaşovdan xəbər var. -a istinadən xəbər verir ki, sosial şəbəkələrdə Murad Dadaşovun yeni fotosu yayılıb. Fotodan Muradın inanılmaz dərəcədə arıqlaması diqqət çəkib. lakin izləyiciləri onun əvvəlki görünüşün daha çox yaraşdığını qeyd edib. Həmin fotonu təqdi

7 sentyabr 2021
.

Xərçəngdən əziyyət çəkən Nisə Qasımova ilə bağlı YENİ XƏBƏR - FOTO

Xalq artisti Nisə Qasımova yenidən səhnəyə qayıdır. xəbər verir ki, sənətçi bu haqda sosial şəbəkədə məlumat verib. N.Qasımova yeni fotosunu yayımlayaraq bunları yazıb:. "Mənim əzizlərim, dəyərli izləyicilərim, əminəm ki, yaxın zamanlarda efirlərdə görüşəcəyik". Xatırladaq ki, Xalq artist

13 sentyabr 2021
.

Bu Əməkdar artisti TANIDINIZ? - 37 il əvvəl...

Əməkdar artist Sevda Ələkbərzadə sosial şəbəkədə uşaqlıq fotosunu paylaşıb. -ın məlumatına görə, müğənni paylaşımına "Birinci sinifə gedəcəkdim deyə anam uzun saçlarımı bu formada kəsdirdi. 1994-cü il", - şərhini qeyd edib. İfaçının 37 il öncə çəkilmiş şəkli maraqla qarşılanıb

2 sentyabr 2021