İlham və Fərizənin günü...

30 iyun Azərbaycanda milli Sevgililər Günü kimi qeyd olunur.

Sonxeber.az-ın məlumatına görə, bu günün tarixi 1990-cı il 20 yanvar faciəsi zamanı həlak olan İlham və onun şəhid olmasına dözməyib özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədardır. Bu iki gəncin həyat yolunu təqdim edirik:

1990-cı ilin "20 Yanvar" faciəsindən 26 il ötür. Bu tarix Azərbaycan xalqının qəhrəmanlıq tarixi olsa da, bir çoxları üçünsə bu, sadəcə, faciədir. Ən azı, həmin gün həlak olanların yaxınları üçün…

Bu qanlı günün bir çox igid qəhrəmanları vətənin azadlığı üçün canından keçdi. Bu sadəcə axan qan olmadı əsarətdə olan xalqa azadlıq kimi şirin neməti bəxş edən toxumu sulayan qan oldu.

20 yanvar günündə əfsanəyə çevrilmiş adlardan biri də İlham və Fərizədir.
Femida.az qəhrəmanlıq və məhəbbət simvolunun həyatını əks etdirən yazını təqdim edir.

Məhəbbət dastanının başlanğıcı…

30 iyun 1989-cu il - onlar evlənirlər

İlham Allahverdiyev 1962-ci ildə Ağdamda anadan olub. Əvvəlcə oradakı 1 saylı, sonradan Bakıdakı 54 saylı orta məktəbdə təhsil alıb. Uşaqlığının bir hissəsini Ağdamda - nənəsinin yanında keçirib. Sonra hərbi xidmətə gedib. Xidmətini başa vurandan sonra Bakıya qayıdan İlham Gəmi Təmiri Zavodunda işləməyə başlayıb. Yeri gəlmişkən, hazırda həmin zavod İlham Allahverdiyevin adını daşıyır. O, elə gənc yaşlarından vətənə və xalqa can yandıran bir gənc olub.

1989-cu il - Sovet İmperiyasında baş verən çalxalanma Azərbaycana da çatır.Həmin vaxtda hakimiyyətdə qalmaq istəyənlər azadlıq aşiqi olan xalqa qarşı silah işlətməyi qərarını verdilər.

Həmin vaxt Bakı küçələri qaynayır, meydanlar insanlarla dolur. İlham işlədiyi zavoddan gəncləri meydanlardakı mitinqlərə aparır. Onları aktiv olmağa çağırır. Özü də bu işin təşkilatçılarından biri olur.
Belə bir qaynar dövrdə hələ də subay olan İlhamın evlənməsi məsələsi Allahverdiyevlər ailəsinin gündəminə gəlir. Yığışıb deyirlər ki, "oğul, bir qız bəyən, gedib alaq sənin üçün".

İlham heç kimi bəyənmir. Onlarla ad çəkirlər, amma İlham heç birinə razı olmur. Sonra deyirlər ki, "özün söylə görək, könlün kimdədir?"
İlham bacısı ilə bir sinifdə oxumuş Fərizənin adını çəkir.
Elçi düşürlər, nişan olur. 1989-cu ilin 30 iyununda da vağzalı sədaları altında Fərizə İlhamgilə köçür. Toy mərasimi də o zaman Bakıda təzə açılmış "Leyla" şadlıq evində baş tutur.

Yanvarın 19-dan 20-ə keçən gecə baş verənlər və son görüş

1990-cı ilin yanvarında İlhamla Fərizə ailələrindən ayrı yaşamaq qərarına gəlirlər. Amma yanvarın 19-da İlham Fərizəni yaşadıqları evdən götürüb, anasıgilin yanına aparır. Fərizənin təhlükəsizliyinə əmin olandan sonra İlham əyninə qara paltar geyinib, qardaşı oğlu Əjdəri də öpüb, evdən çıxır. Axşamtərəfi Ilham qardaşı Elxanla "Şamaxinka" deyilən ərazidə görüşürlər. Amma bir qədər sonra Ilham yoxa çıxır…
Qardaşı Elxan sonradan öyrənib ki, həmin vaxt İlhamgil bir qrup olublar. Əvvəldən döyüşmək üçün hazırlaşıblarmış. Hamısı da qara paltar geyinməliymişlər…
İlhamı həmin gecə, hazırkı "20 Yanvar" dairəsində vurublar.
Doğma qan…

Gecə İlhamı çox axtaran Elxan kor-peşman evə qayıdır. Səhər tezdən anası ilə birlikdə yenə İlhamı axtarmağa çıxırlar.

"Bakı müharibədən çıxmış şəhəri xatırladırdı. Anamla indiki "20 Yanvar" dairəsindən keçərkən yerdə bir qan gölməçəsi gördük. Anam dayanıb qana baxdı. Təəccüblə dedi ki, bu nə doğma qandır… Sonradan, lap sonradan öyrəndik ki, bu qan, doğrudan da çox doğma qan imiş…" deyir qardaşı

İlhamın qardaşı Elxan: "İşıqlar kəsildi birdən, televizora baxırdıq, söndü, İlham dostları ilə çıxdı evdən. İşdən qara fəhlə paltarı ilə gəlmişdi. Dedim, bu nədi geymisən, dedi, heç, elə-belə, tonqalın qırağına çıxacağam. O vaxt da möhkəm mitinqlər gedirdi. Camaat gecələr həyətlərdə yığışıb tonqal qalayırdı. İlhamgil çıxan kimi möhkəm güllə səsləri gəlməyə başladı. Qonşumuzda Zakir adlı orqan işçisi vardı. Güllələr yerə düşəndə baxıb dedi ki, bu "boevoy güllə"yə oxşayır. Trasser deyirlər, nə deyirlər, ondandır. Bunlar camaatı qıracaq".

İlhamın həmin gecə yanında olan dostu Faiq Qasımov: "Biz keçmiş "İskra" zavodunun yanında rus ordusunun qarşısını almaq istəyirdik. Güllə atılanda dağılışdıq. O, indiki "20 Yanvar" metrosuna tərəf getdi".

İlhamın bacısı Gülbəniz: "Gördük, işıqlar söndü. Qardaşımın oğlu da vardı balaca, oynayırdı yerdə. İlham qapıdan çıxanda o, uşağı son dəfə öpüb yerə qoydu. Sonra o, uşaq da öldü və çox qəribə bir hadisə də oldu. Sizə danışacam. Fərizə narahat oldu. Anama dedi ki: "İlhamı qoymayın getsin". İlham dedi, dostlara söz vermişəm, getməliyəm, narahat olmayın, tez qayıdacam".

İlhamın qardaşı Elxan: "O, mənim balaca oğlumu qucağına götürdü. O uşağa atamın adını qoymuşduq - Əjdər. Dedi: "Dədə, gedirəm, ola bilər, bir də görüşmədik". Öpdü, yerə qoydu. Üstündən xeyli keçmişdi. Saat 1-in yarısı oldu. Anamgil narahat idilər. Gördük İlham gəlmir, güllə səsləri çoxalıb. Çıxdıq axtarmağa. Hamı dedi, indi buradaydı, aşağı düşdü. Heç kim gördüm demədi".

İlhamın anası Ofeliya xala: "Elxan əvvəl məni getməyə qoymadı. Xeyli keçəndən sonra əliboş gəldi".
İlhamın qardaşı Elxan: "Evə qayıtdım. Heç kim yatmamışdı. Hava soyuq, içəri isti idi. Sobanın yanında oturdum, məni yuxu apardı, qulağıma İlhamın səsi gəldi. Qəfil oyanıb soruşdum ki, İlham gəlib? Dedilər yox. Hava işıqlaşırdı. Təzədən bu dəfə anamla getdik axtarmağa. 20 Yanvara sarı düşdüm. Xəstəxana tərəfdə yerdə qan gördük. Anam bir qan gölməçəsinin yanında dayanıb dedi ki: "Can-can, bu hansı anası ölmüşün qanıdır? Bu nə şirin qandır?". Getdik Respublika Xəstəxanasına. Yerdə işartı gördük, şərf idi, götürdük, anam dedi, "bu mənim balamın şərfidir". Pasportunu da götürmüşdük. Xəstəxanada bir oğlan yaxınlaşdı bizə, pasportdakı şəklinə baxıb mənə yavaşdan dedi ki: "Yaralıların içində axtarma".

İlhamın anası Ofeliya xala: "Elxanı həkimə oxşayan bir oğlan içəri çağırdı. Amma bir azdan Elxan içəridən qara bulud kimi dolmuş halda çıxaraq dedi: "İlham içəridə yoxdur, ana". İlham durub orada, qışqırıb ki, silahsız adamları niyə vurursunuz? İlhamı rus əsgərləri güllələyiblər".

İlhamın qardaşı Elxan: "Dostu Faiqi morqa göndərdim. Meyitlərin bir-ikisinə baxıb tanımadım. Öz sinif yoldaşımı gördüm. Fuad Babayev idi. Onu İlhamla bir yerdə telefon budkasının yanında vurmuşdular. Başqa bir meyiti görüb öpüb qucaqladım. Amma gördüm İlham deyil, onun bığı yox idi. Faiq dedi, qabaqdadır İlham. Onu gördüm".

Həkim: "İlhamı əməliyyat edəndə işıqlar sönmüşdü. Əməliyyat vaxtı qaraciyərinin parçalandığını gördük. Narkozu qaranlıqda vurduq. Qarın boşluğu qanla dolu idi. Qaraciyəri imkan daxilində hemostatik tədbirlər görməklə, tamponada etməklə reanimasiyaya verdik. Amma 5-6 saatdan sonra xəbər verdilər ki, xəstə keçinib".

İlhamın anası Ofeliya xala göz yaşlarına boğularaq: "7 gün keçdi. Getdim həkimin yanına ki, bəlkə onun son sözü olub. Tibb bacısı dedi ki, elə hey "anamı çağırın" deyib. Məni yandıran odur ki, balamın, bəlkə, mən son sözü vardı".

İlhamın qardaşı Elxan: "Çox pis tikmişdilər. Qaranlıq olub, qan çatışmayıb, öz qanını filtrasiya edib özünə vurublar. Hər yeri dağıdan güllə vurmuşdular ona. Güllə qabaqdan dəymişdi. Bədənindəki tikiş deşiklərdən şlanq sallanırdı. Meyiti yoldaşımın dayısı Ramiz dayı ilə maşına qoyduq, qanaxması vardı. Maşına qoya bilmirdik. O vaxt Alatavada yaşayırdıq. Evə apara bilmədik. Dedim, anamın ürəyi partlar belə qanlı halda meyiti görsə, aparaq məscidə".

İlhamın anası Ofeliya xala: "Elxan mən pis olmayım deyə meyiti yuduzdurub gətirdi".

İlhamın qardaşı Elxan: "Meyiti saxlamaq istədilər. Rusları görüb söydüm. Əsgərin biri mənə güllə tuşladı. Yanındakı əli ilə vurdu, silah yuxarı qalxdı. Güllə alnımı yalayıb başımın üstündən keçdi".

Fərizə bütün bu yaşananlara tab gətirə bilməyib. Birinci dəfə özünü yandırmaq istəyib, amma qarşısını alıblar. Depressiyada olan Fərizəni evdəkilər gözdən qoymurdular. Çünki o, hər an intihara hazır idi.(femida.az)
İlham və Fərizənin günü...İlham və Fərizənin günü...İlham və Fərizənin günü...İlham və Fərizənin günü...


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 4190   Tarix: 30 iyun 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Samuxda FACİƏ - Körpə bacı-qardaş öldü

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətləri ağırlaşa

12 sentyabr 2021
.

Nazir daha bir rəis təyin etdi

Daxili işlər orqanlarında yeni təyinat olub. xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin rəisi polis polkovnik- leytenantı Azər Məmmədov vəzifəsindən azad olunaraq, Nərimano

11 sentyabr 2021
.

Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı

14 sentyabr 2021
.

Bu məşhur kafe və restoranlar cərimələndi - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədil

11 sentyabr 2021
.

Kranın dəmir qarmağı fəhlənin ölümünə səbəb oldu - FOTO

Salyan sakini bədbəxt hadisə nəticəsində ölüb. Məlumata görə, hadisə Şirvan şəhərinin "Qarasu OYL" şirkətinin podratçı təşkilatı olan "İlkin-N" firmasının sexində baş verib. Salyan rayonunun Qarabağlı kənd sakini, 1980-ci il təvəllüdlü Qurbanov Elman İsrail oğluna fəhlə işlədiyi sexd

17 sentyabr 2021
.

Bakıda marşrut avtobusunda ÖLÜM: Hərəkət dayandı

Bakıda avtobusda ölüm hadisəsi baş verib. xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Rayon ərazisində hərəkətdə olan marşrut avtobuslarından birində 57 yaşlı sərnişin Əli Abbas oğlu Quliyev qəfildən ölüb. Hadisə nəticəsində avtobusun hərəkət intervalında gecikmə yaranıb

17 sentyabr 2021
.

Ötən gün 10-dan çox koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı

Sentyabrın 10-da daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməkl

11 sentyabr 2021
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -ın -a istinadən verdiyi məlumata görə, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlə

14 sentyabr 2021
.

Azərbaycanda QHT sədri vəfat edib

"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!

12 sentyabr 2021