Evi həmişə təmiz saxlamaq üçün nənələrdən qalan 7 təsirli məsləhət
Ev təmizliyi mövzusunda nənələrin təcrübəsi həqiqətən əvəzolunmazdır. Məhz buna görə onların məsləhətləri nəsildən-nəslə ötürülür.
Lent.az bu təsirli 7 məsləhəti təqdim edir:
Meyvə və tərəvəzləri yalnız su ilə yumayın
Təmizlik şirkətinin meneceri Elizabet Şilds bildirib ki, nənəsi ona məhsulları qaba qoymağı, üzərinə qida sodası səpməyi və 5-10 dəqiqə suda saxlamağı öyrədib.
"Görəcəksiniz ki, kir və çirklər suyun üzərinə çıxır. Sonra isə meyvə və tərəvəzləri soyuq su ilə yaxşıca yumaq kifayətdir", - o məsləhət verib.
Paltaryuyarkən sodadan istifadə edin
Soda yalnız məhsulların yuyulması üçün deyil, paltaryuma üçün də faydalıdır. Təmizlik üzrə ekspert Marianna Hofer bildirib ki, onun nənəsi heç vaxt yalnız yuyucu tozdan istifadə etməzdi.
"Bir az soda və ağardıcı əlavə etmək ağ paltarların və yataq dəstlərinin daha parlaq görünməsinə kömək edir. Mən hələ də bu üsuldan istifadə edirəm və hər dəfə nəticə verir", - o bildirib.
Köhnə paltarları atmayın, təmizlik üçün istifadə edin
Nənələr köhnə paltarları tullamaq əvəzinə, onları təmizlik üçün bez kimi istifadə etməyi tövsiyə edirdi.
"Onlar masa səthlərini silmək, toz almaq və hətta qab-qacaq qurulamaq üçün idealdır", - ekspert qeyd edib.
Bu bezlər çox köhnəldikdə isə onları rahatlıqla atmaq olar.
Döşəməni isti su ilə yuyun
Hoferin sözlərinə görə, onun nənəsi həmişə döşəməni isti su ilə yumağın daha effektiv olduğunu düşünürdü.
"İsti su çirki daha yaxşı təmizləyir və döşəmə daha təmiz görünür. O, həmişə kiçik hissələrlə işləyirdi ki, suyu tez-tez dəyişə bilsin", - o əlavə edib.
Qabları dərhal yumaq məcburi deyil
Əgər qab yumağı sevmirsinizsə, onları dərhal yumaq məcburi deyil.
"Sadəcə qabları suda saxlayın və ya qazanları su ilə doldurun. Sonra yumaq daha asan olacaq", - Şilds əlavə edib.
Paltarları günəşli havada yuyun
Yataq dəstləri və dəsmalları günəşli havada yumaq və qurutmaq tövsiyə olunur.
"Onları günəşdə qurudun ki, təbii və təravətli qoxu əldə edəsiniz. Bu qoxunu heç bir vasitə ilə əldə etmək mümkün deyil", - ekspert qeyd edib.
Şkafda xoş qoxu yaradın
Hofer bildirib ki, onun nənəsi qatlanmış paltarların arasına ətirli salfetlər qoyardı.
"Əgər paltar xoş qoxursa, deməli ona düzgün qulluq edilib. Mən də indi eyni üsuldan istifadə edirəm və bu, şkafdakı ağır qoxunu aradan qaldırır", - o vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 17441 Tarix: 01 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kərə yağını uzun müddət təzə saxlamağın yolları
Kərə yağının uzun müddət təzə, dadlı və ətirli qalması üçün onun düzgün saxlanılması vacibdir. Soyuducuda və dondurucuda bəzi sadə qaydalara əməl etməklə məhsulun keyfiyyətini daha uzun müddət qorumaq mümkündür. xarici mediaya istinadən xəbər verir ki, kərə yağı ilk baxışdan xüsusi saxlama şəraiti tələ
11 oktyabrPulsuz internet rahatlıqdır, yoxsa məlumatlar üçün risk? - Video
Bakının müxtəlif yerlərində - restoranlarda, hotellərdə və digər obyektlərdə pulsuz və ya şifrəsiz "Wi-Fi" şəbəkələrinə rast gəlmək mümkündür. Lakin bir neçə saniyə ərzində qoşulduğumuz belə şəbəkələrdən ehtiyatsız istifadə şəxsi və maliyyə məlumatlarımız üçün təhlükə yarada bilər. xəbər veri
4 oktyabrA frame ev tikintisi üçün torpaq sahəsi necə seçilməlidir?
A frame ev tikmək üçün torpaq axtararkən sahənin relyefi, torpağın quruluşu və tikilinin yerləşəcəyi hissə nəzərə alınmalıdır. Düz və ya az maili ərazi tikinti işlərini asanlaşdırır, çox maili və nəm torpaq isə əlavə qazıntı, drenaj və fundament işləri tələb edə bilər. Sahəyə girişin olması, su və elektri
5 oktyabrTurşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR
Turşunun diri və sərt qalmasını təmin edən təbii vasitələrdən ən məşhuru üzüm və palıd yarpaqlarıdır. Bu yarpaqlardakı taninlər tərəvəzlərin toxumasını qorumağa kömək edir. Bankaya əlavə edilən noxud fermentasiya prosesini sürətləndirir, limon suyu və ya limon duzu isə turşunun turşuluq balansını qoruyara
11 oktyabrPulsuz "Wi-Fi" sizə baha başa gələ bilər - Səbəb
Bakıda restoran, hotel və digər ictimai məkanlarda parolsuz "Wi-Fi" şəbəkələrindən istifadə geniş yayılıb. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, belə şəbəkələrə ehtiyatsız qoşulmaq şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi ilə nəticələnə bilər. xəbər verir ki, Baku TV-nin sorğusund
3 oktyabrAilənin 20-ci övladı idi, yeriyə bilmirdi - Dünyanın ən sürətli qadının HƏYATI
Dünyanın ən sürətli qadınlarından biri kimi tarixə düşən Vilma Rudolfun həyatı adi idman uğuru hekayəsindən çox fərqlənir. O, 20 yaşında üç Olimpiya qızılı qazanaraq adını idman tarixinə yazdırıb. Halbuki uşaqlığında keçirdiyi poliomielit səbəbindən uzun müddət ayağında xüsusi aparatla yaşamaq məcburiyyətind
4 oktyabrTelefonda zəng müddətini necə uzatmaq olar?
Smartfonda bir çox parametri dəyişmək mümkündür: əsas ekranın görünüşündən tutmuş zəng melodiyasına qədər. Amma gələn zəngin səsli poçta yönləndirilməzdən əvvəl neçə saniyə davam edəcəyini seçmək üçün ayrıca ayar adətən olmur. xəbər verir ki, zəngin müddətini dəyişmək mümkündür, lakin bunu telefonu
4 oktyabrUşaqları kitab oxumağa necə cəlb etmək olar? - Psixoloqdan mühüm tövsiyələr
"Kitablara maraq yalnız oxumaq bacarığının mənimsənilməsi ilə yaranmır. Əsas məsələ uşağın kitabları yeni məlumatlar əldə etmək və düşünmək üçün vasitə kimi qəbul etməsidir". xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında psixoloq Darya Misiyukova bildirib. Mütəxəssisin sözlərinə görə
11 oktyabrYemək bişirəndə bu səhv qaz xərcinizi artırır - Qənaətin sadə yolu
Yemək bişirərkən qaz gözünü qabın ölçüsünə uyğun seçməmək əlavə qaz sərfiyyatına səbəb olur. Kiçik görünən bu səhv zamanla xərcləri artıra bilər. Qaza qənaət etməyin ən sadə yollarından biri qazanın və ya tavanın ölçüsünə uyğun qaz gözündən istifadə etməkdir. Kiçik qazanı böyük qaz gözünün üzərinə qoyma
11 oktyabr