Qarabağ üçün yeni TƏHLÜKƏ - Rusiya nə etmək istəyir?

Qarabağ üçün yeni TƏHLÜKƏ - Rusiya nə etmək istəyir?Ötən gün Ermənistan parlamenti böyük səs çoxluğu ilə Rusiya ilə Ermənistan arasında kollektiv təhlükəsizliyin Qafqazda regional birgə Hava Hücumundan Müdafiə (HHM) sisteminin yaradılması ilə bağlı sazişi ratifikasiya edib. Bununla da Ermənistan və Rusiya Hava Hücumundan Müdafiə sistemlərini birləşdirmiş oldu. Ermənistan parlamentində 131 deputatdan 102-i qanun layihəsinin lehinə, 8-i əleyhinə səs verib.

Qanun layihəsinin parlamentə təqdim edən Ermənistan müdafiə nazirinin müavini Ara Nazaryan bəyan edib ki, sazişin məqsədi Qafqaz regionunda HHM sisteminin təkmilləşdirilməsidir.

Müqavilə Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Ermənistanın müdafiə naziri Seyran Ohanyan arasında imzalanıb. Sənədin imzalanması nazirlərin ikitərəfli görüşündən sonra baş tutub. Görüşdə Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının arsenalının gücləndirilməsi və Ermənistana hərbi-texniki yardım məsələsi də müzakirə olunub. Sözügedən layihə Ermənistanda kütləvi etirazlara səbəb olub. Ermənilər küçələrə çıxaraq Rusiya əleyhinə etirazlarını bildiriblər.

Rusiya və Ermənistanın Hava Hücumundan Müdafiə sistemlərini birləşdirməsi region üçün nə vəd edir?
Politoloq Qabil Hüseynli vurğulayıb ki, Rusiyanın Ermənistanı təpədən dırnağa qədər silahlandırması bütün dünya üçün təhdiddir:

"Rusiya Kollektiv Təhlükəsiz Müqaviləsi Təşkilatının ümumi hava hücumundan müdafiə sistemini qurur. Rəsmi Moskva bu sistemin qurulmasına qeyd edildiyi kimi Ermənistandan başlayır. Yəni, Ermənistanda qurulacaq sistem sonradan Qazaxıstanda, Tacikistanda və digər üzv dövlətlərdə qurulacaq. Amma, hazırda əsas diqqət Ermənistana yönəlib. Ona görə də Ermənistana həddindən artıq yeni silahlar göndərilir. Bu? guya NATO-dan müdafiə üçün nəzərdə tutulub. Azərbaycan ərazilərini işğal edən və hazırda müharibə vəziyyətində olan Ermənistanın təpədən dırnağa qədər silahlandırılması NATO üzvü kimi Türkiyə, ümumən dünya üçün böyük təhlükədir. Eyni zamanda bu addım Yaxın Şərqi təhdid altında saxlamaq üçün nəzərdə tutulan sistemdir. Bütün bu işlər çox sürətlə aparılır və regionda vəziyyəti gərginləşdirir, ən əsası da Dağlıq Qarabağ münaqişəsinin həllini mürəkkəbləşdirir. Yəni, bu məsələnin beynəlxalq hüquq çərçivəsində deyil, Ermənistan və Rusiyanın istədiyi kimi nizamlanmasını gündəliyə gətirməyə imkan verir".

Hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, bu sənəd Ermənistanda Rusiyanın varlığını təsdiq etməklə yanaşı, həm də Dağlıq Qarabağ məsələsində ermənilərə dəstək məqsədilə atılmış növbəti addımdır: "Bu sənədin başqa adı yoxdur. Atılan addım faktiki olaraq aprel hadisələrindən sonrakı narahatçılıqdan qaynaqlanır. Azərbaycanın pilotsuz uçan aparatları çox rahat şəkildə ermənilərin nəzarəti altında olan ərazilərimizdə uçuşlar həyata keçirirdilər. Doğrudur, bu sənəddə sırf Ermənistanın hava məkanından söhbət gedir. Amma, aprelin əvvəlində ermənilərin düçar olduğu uğursuzluğun fonunda rahat şəkildə Ermənistan silahlı qüvvələrinə yardım adı altında Rusiya Dağlıq Qarabağda da bu missiyanı yerinə yetirə bilərlər".

Ü.Cəfərov qeyd edib ki, Ermənistanın maraqlarını müdafiə edən sənədə Azərbaycan öz etirazını bildirməlidir: "Azərbaycan bu məsələyə diplomatik şəkildə münasibətini bildirməlidir ki, sülh danışıqları fayda verməzsə və Azərbaycan hərbi yolla torpaqlarını azad etməyə başlayarsa, heç bir halda Rusiyanın buna qarışma ixtiyarı yoxdur. Baxmayaraq ki, onların ikitərəfli müqaviləsi var. Bu hüquqi əsas vermir ki, Azərbaycanın işğal olunmuş ərazilərində hava hücumundan müdafiə sistemləri istifadə olunsun. Azərbaycan işini indidən ehtiyatlı tutmalıdır".

Ermənistan cəmiyyətində bu sənədə etirazların olmasına gəlincə, Ü.Cəfərov bildirib: "Sirr deyil ki, Rusiyanın regionda xüsusi maraqları var və hazırda Cənubi Qafqazda yeganə vassalı Ermənistandır. Ona görə də vassalının əldən çıxmaması üçün bütün varianta əl atır. Ermənilər bilir ki, 2049-cu ilə qədər Gümrüdəki 102-ci hərbi baza Rusiyanın istifadəsindədir. Hər şeyi rusların əlində olan Ermənistanın hava məkanını rusların ixtiyarına verməsi bu ölkənin öz ərazilərində rahat hərəkətinə manə yaratmaq deməkdir. Baxmayaraq ki, Seyran Ohanyan bəyan edib ki, hava hücumundan müdafiə sistemləri Ermənistandan koordinasiya olunacaq. Rusların olduğu yerdə ermənilər kimdir ki, səslərini çıxarsınlar. Bu baxımdan ermənilərin ağıllı kəsimi bu sənədə etiraz edir". (azvision.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 3431   Tarix: 01 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

İranın yüzdən çox PUA-sı ABŞ tərəfindən vuruldu - Tehran hücumun yekunlaşdığını bildirdi

İranın yüzdən çox pilotsuz uçuş aparatı (PUA) ABŞ tərəfindən İsrailin hava məkanından kənarda zərərsizləşdirilib. xəbər verir ki, İranın BMT-dəki nümayəndəliyi isə İsrailə qarşı hücumun yekunlaşdığını bildirərək, ABŞ-ı münaqişədən kənarda qalması ilə bağlı xəbərdarlıq edib. Nümayəndəliyin "X"

14 aprel
.

İsraildən qisas əməliyyatı: "Hizbullah"ın obyektinə zərbə endirildi

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livandakı "Hizbullah"ın hərbi obyektinə hücum edib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Onun sözlərinə görə, zərbə ötən gecə İsrailin şimal bölgələrinin atəşə tutulmasına cavab olaraq həyata keçirilib. Hərbçilər zərbənin hədəfinin "Hizbullah"ı

14 aprel
.

İran İsrailə PUA-ların üçüncü dalğası ilə hücum edib

İran İsrailə qarşı pilotsuz təyyarələrin üçüncü dalğasını buraxıb. "Report"un məlumatına görə, bu barədə İsrail televiziyasının "Kanal 12" telekanalı xəbər yayıb. Bundan əlavə, telekanalın məlumatına görə, İranın İsrailə doğru uçan bəzi pilotsuz təyyarələri Suriya səmasında ələ keçirilib

14 aprel
.

İsrail cavab zərbəsi endirəcək: İrandan ABŞ-yə XƏBƏRDARLIQ

İsrail "yaxın 48 saat ərzində" İrana cavab verəcək. Bu barədə İsrail mediasında qeyri-rəsmi məlumatlar yayılıb. Öz növbəsində, Tehran İsveçrə vasitəsilə ABŞ-yə xəbərdarlıq edib ki, Vaşinqton İsrailin cavab zərbəsini dəstəkləsə, onun bazaları hərbi hədəfə çevriləcək. Bunu İran Silahlı Qüvvələrini

14 aprel
.

Bakı qırğınlarına görə Qorbaçovu öldürmək istəyən çilingər – baş tutmayan sui-qəsd cəhdi...

Əslində, onun nə Azərbaycanla, nə də bir nəfər olsun belə azərbaycanlı ilə heç bir əlaqəsi olmayıb. Sadəcə o, bir sovet vətəndaşı olaraq Mixail Qorbaçovun günahsız insanları qırğına verməsini qəbul edə bilməyib. Məhz elə bu səbəbdən də Aleksandr Şmonov Qorbaçovu fiziki cəhətdən məhv etməyi qərarlaşdırıb

20 yanvar
.

İsrailin hərbi qüvvələri Qəzzada ən uzun tunelin bir hissəsini dağıdıb

İsrail Müdafiə Qüvvələrinin mühəndis korpusu Qəzza zolağının şimalında yerləşən ən uzun tunelin bir hissəsini dağıdıb. "Report"un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti xəbər yayıb. "Bu həftə qüvvələr "Yahalom" bölməsi ilə əməkdaşlıq edərək Qəzza zolağının şimalınd

17 mart
.

Müharibə başlayandan bəri Qəzzada ölən fələstinlilərin SAYI AÇIQLANDI

İsraillə Fələstin arasında münasibətlərin kəskinləşməsindən bəri indiyədək 32 782 fələstinli həlak olub. Bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb. "Ötən ilin oktyabr ayından bu yana İsrailin Qəzza zolağına təcavüzü qurbanlarının sayı 32 782 nəfərə çatıb, ən azı 75 298 nəfə

31 mart
.

Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalını yaydı. nazirliyə istinadən icmalı təqdim edir:

21 yanvar
.

İranın İsrailin Qırmızı dənizdəki ən böyük bazasına hücumu gözlənilir - KİV

İran İsrailin Qırmızı dənizdəki ən böyük bazasına hücum edə bilər. Bu barədə Səudiyyə Ərəbistanının yerli telekanalı məlumat yayıb. Həmin baza Eritreya yaxınlığındakı Dahlak arxipelaqında yerləşir və Qırmızı dənizin bu hissəsindən keçən gəmiləri izləmək üçün istifadə olunur. İranın digər mümkün zərb

14 aprel