Maksim Şevçenko: "İlham Əliyev Makrondan faktlar tələb edəndə o, boş-boş danışmağa başlayıb"

Maksim Şevçenko: "İlham Əliyev Makrondan faktlar tələb edəndə o, boş-boş danışmağa başlayıb""Suriyalı muzdlular Azərbaycanın nəyinə gərək ola bilər axı? Xarici Kəşfiyyat Xidmətinin başçısı Narışkinə sualım var: siz anlamırsınız, yoxsa sizə səhv məlumat verirlər? Yoxsa KTMT üzrə müttəfiq olan ermənilərlə həmrəylik göstərirsiniz? Yoxsa, bəlkə Fransanı elə sevib ki, Makronla həmrəylik nümayiş etdirir? İlham Əliyev Makrondan faktlar tələb edəndə o, boş-boş danışmağa başlayıb. Çünki belə faktlar ola bilməz".

"Report" xəbər verir ki, bunu rusiyalı ictimai-siyasi xadim, jurnalist Maksim Şevçenko söyləyib.

"Azərbaycanlıları zəif, döyüşməyə meyl etməyənlər kimi təqdim etməyə çalışırlar. Ermənilər isə guya döyüşçüdürlər. Görünür, çoxdandır azərbaycanlıları görməyibsiniz. Mən bu illər ərzində Azərbaycanda olmuşam. Azərbaycanda vətənpərvər, savadlı nəsil yetişir. Özü də söhbət sadəcə oğuz türklərindən getmir, bura həm də talış, ləzgi, avar, udin, rus, yəhudi, tatlar da daxildir. Azərbaycanda ümumiyyətlə xeyli xalq yaşayır. Ermənistan isə, misal üçün, monomilli ölkədir. Siz çətin ki, orada jurnalistlərdən başqa əcnəbiləri görərsiniz", - o bildirib.

M.Şevçenkonun sözlərinə görə, bəzi qüvvələr erməniləri az qala xristianlığın forpostu elan edib:

"Azərbaycan dünyəvi dövlətdir. Ermənilik sivilizasiyası ümumiyyətlə nədən ibarətdir? Qarik Martirosyan? "Naşa Raşa"nın qəhrəmanları? Budurmu müasir erməni mədəniyyəti? Bu sivilizasiyanımı onlar müdafiə edirlər? Fikrimcə, ağıllı, savadlı, sivil ermənilər müharibəyə son qoymaq mövqeyindən çıxış etməlidirlər".

O, həmçinin Xankəndinin Gəncə və Mingəçevirdən fərqli olaraq hərbi əməliyyatlar bölgəsində olduğunu da vurğulayıb:

"Stepanakert (Xankəndi – red.) hərbi əməliyyatlar zonasındadır. Oranı bilərəkdən vurmurlar. Cəbhə xəttindən Stepanakertə məsafə haubits və ya "Uraqan" və "Qrad"ın atəş distansiyası qədərdir. Stepanakertin çevrəsində xeyli hərbi bölmə var. Oradan atəş açırlar və cavab atəşi də alırlar. Gəncəyə isə, dinc əhaliyə qarşı məqsədyönlü şəkildə zərbə endirilib. Başa düşürsünüz fərqi?

Stepanakert hərbi əməliyyatlar bölgəsindədir. Özü də Azərbaycan rəhbərliyi oradakı dinc əhaliyə müraciət edərək hərbi obyektlərdən uzaq durmağa çağırmışdı. Ermənistan rəhbərliyi isə konkret olaraq Gəncə və Mingəçeviri hədəfə alıb".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 6826   Tarix: 11 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İsrailin hərbi qüvvələri Qəzzada ən uzun tunelin bir hissəsini dağıdıb

İsrail Müdafiə Qüvvələrinin mühəndis korpusu Qəzza zolağının şimalında yerləşən ən uzun tunelin bir hissəsini dağıdıb. "Report"un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti xəbər yayıb. "Bu həftə qüvvələr "Yahalom" bölməsi ilə əməkdaşlıq edərək Qəzza zolağının şimalınd

17 mart
.

Rusiyanın yaşayış məntəqəsi ukraynayönümlü hərbçilərin nəzarətinə keçib

Rusiyanın Belqorod vilayətinin Qorkovski qəsəbəsi Ukrayna tərəfdə savaşan "Rusiyanın azadlığı" legionunun nəzarətinə keçib. "Report" xəbər verir ki, bu barədə legion teleqramda bildirib. "Belqorod vilayətinin Qorkovski qəsəbəsi "Rusiyanın azadlığı" qüvvələrinin nəzarət

17 mart
.

ABŞ HHQ-nin qırıcıları İraq və İordaniya səmasındadır

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İranın pilotsuz təyyarələrini ələ keçirmək üçün İraq və İordaniya səmasındadır. "Report" bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalına istinadən xəbər verir

14 aprel
.

Peskov: "Rusiyaya diversantların hücumları dəf edilib, Ukrayna 550 döyüşçüsünü itirib"

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod və Kursk vilayətlərinə hücumları dəf edilib, Ukrayna tərəfi 550 döyüşçünü itirib. APA-ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib. "Putin son günlər Belqorod və Kursk vilayətlərində ərazilərimizə hücu

17 mart
.

İsrail ordusunun itkiləri 604 nəfərə çatıb

Qəzza sektorunda vəziyyətin gərginləşdiyi oktyabrın 7-dən bəri HƏMAS hərəkatı ilə döyüşlərdə İsrail ordusunun ümumi itkiləri 604 nəfərə çatıb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin rəsmi məlumatında deyilir. Son məlumatlara görə, ötən şənbə Qəzz

7 aprel
.

Zəngilan istiqamətində təxribat törədənlər Ermənistanın "Yerkrapa" terror təşkilatının üzvləri olublar

Ötən gün Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu istiqamətindəki mövqelərinə qarşı təxribat törədənlər Ermənistanın "Yerkrapa" terror təşkilatının üzvləri olublar. Məlumatı Ermənistan mətbuatı yayıb. Xatırladaq ki, hələ bir müddət əvvəl Azərbaycan-Ermənistan şərti sərhədində Ermənista

13 fevral
.

SON DƏQİQƏ! İran rəsmən ELAN ETDİ: İsrailə qarşı hərbi əməliyyatlar...

"İranın İsrailə qarşı əməliyyatı başa çatıb". "Report" yerli mətbuata istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri deyib. "Bizim nöqteyi-nəzərimizdən əməliyyat başa çatıb, lakin ölkənin Silahlı Qüvvələri lazım gələrsə

14 aprel
.

KİV: Slavyansk neftayırma zavoduna hücumu Ukrayna Təhlükəsizlik Xidməti təşkil edib

Rusiyanın Krasnodar diyarında yerləşən Slavyansk neftayırma zavoduna hücumu Ukrayna Təhlükəsizlik Xidməti (UTX) təşkil edib. "Report" xəbər verir ki, bunu "Hromadske"yə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib. Həmsöhbətin sözlərinə görə, "artıq uğurlu hücum haqqında danışma

17 mart
.

Rusiya Kuraxoveni atəşə tutub, 16 nəfər yaralanıb

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Kuraxove şəhərini atəşə tutması nəticəsində 16 nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının (VHA) sədri Vadım Filaşkin teleqramda bildirib. "Bu gün nahar saatlarında Kuraxove atəşə tutulu

3 mart