Bakı Polisindən nəzarət tədbirləri ilə bağlı VACİB AÇIQLAMA
"Koronavirusa yoluxma riski olan məkanlarda nəzarət tədbirləri gücləndirilib".
Sonxeber.az xəbər verir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev AzTV-yə açıqlamasında deyib.
O bildirib ki, paytaxtın bütün rayonlarını əhatə edən gücləndirilmiş nəzarət profilaktik tədbirlər davam etdirilir:
"İctimai nəqliyyatda, qapalı məkanlarda, ictimai iaşə obyektlərində, ümumilikdə koronavirusa yoluxma riski olan bütün məkanlarda əməkdaşlarımız tərəfindən mütəmadi tədbirlər görülür".
Komendant saatı ilə bağlı vəziyyətdən danışan E.Hacıyev bildirib ki, bütövlükdə ölkədə hərbi vəziyyət rejimi ilə əlaqədar olaraq gün ərzində müvafiq tədbirlər görülür:
"Zəruri olan bütün tədbirlər əməkdaşlarımız tərəfindən icra edilir. Axşam saat 21:00-dan başlayaraq, növbəti gün səhər saat 06:00-a qədər davam edən komendant rejimi çərçivəsində mövcud qayda və normalara uyğun olaraq (fəaliyyətinə icazə verilən sahələr istisna olmaqla) fiziki və hüquq şəxslərin sərbəst hərəkəti müvafiq icazə əsasında həyata keçirilir.
Əhalidən qaydalara əməl etmələri xahiş edilir. Bütövlükdə istər pandemiya, istərsə də hərbi vəziyyət rejimi ilə bağlı hər kəsin üzərinə ciddi məsuliyyət düşür. Ön cəbhədə düşmənlə mübarizə aparan əsgərlərimizin gözü arxada qalmasın deyə, polisin tələb və tövsiyələrinə qeyri-şərtsiz əməl olunmalıdır".
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 1586 Tarix: 23 oktyabr 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşBəzi tikinti materialları BAHALAŞACAQ
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi çoxtonnajlı avtomobillə yükdaşımaların tənzimləməsi üçün müvafiq qaydaların tətbiqinə başlayıb. Belə ki, ümumi istifadədə olan avtomobil yollarında hərəkət edən nəqliyyat vasitələrinin müxtəlif növləri üzrə onların icazə verilən ümumi kütləsi, qabarit parametrləri
26 aprelDİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə
25 aprelMərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir
"Karvan İstehsalat Kommersiya Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib. Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində məhkəməyə Namiq Abdullayev Nurəddin oğlu müraciət edib. O, şirkət rəhbərliyi barəsində "Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələ
26 aprelSabah 32 dərəcə isti olacaq
Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-1
26 aprelHərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib
Hərbi Prokurorluqda Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə 2023-cü ildə Respublikanın Hərbi Prokurorluq orqanlarında qeydə alınmış qəsdən ada
26 aprelQobu kəndində təpəciklər düzləşdirilib mülki şəxslərə satılır - İDDİA + VİDEO
Qaradağ rayonunun Qobu kəndində təpəciklərin düzləşdirildiyi iddia olunur. Bu barədə -a müraciət daxil olub. Bildirilib ki, təpəcikləri qazıb, düzləşdirir, mülki şəxslərə satır, yerində ev tikirlər. Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətinə sorğu ünvanlamışıq. Həmin görüntüləri təqdim edirik
26 aprel"Bu bəyanat anti-Azərbaycan qüvvələrinin ölkəmizə olan hikkəsidir" - ŞƏRH
Məlumdur ki, Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib. Qətnamədə qeyd olunur ki, Avropa Komissiyasının Azərbaycanla enerji sahəsində strateji tərəfdaşlığın dayandırılması məsələsinə baxması istənilir. O cümlədən qətnamadə Azərbaycana qarşı bir sıra sanksiyaların tətbiq edilməsi təkli
26 aprel