Azərbaycan status-kvonu öz gücünə dəyişib- RƏY
Xəbər verdiyimiz kimi, Rusiya Xarici İşlər naziri Sergey Lavrov 20-21 oktyabr tarixlərində Azərbaycan və Ermənistan XİN rəhbərləri Ceyhun Bayramov və Zöhrab Mnatsakanyanla ayrı-ayrı görüşlər keçirib. Söhbət zamanı Dağlıq Qarabağla bağlı atəşkəs razılaşmalarının icrasına dair aktual məsələlər müzakirə edilib.
Bununla bağlı Sonxeber.az-a politoloq Nəzakət Məmmədov danışıb:
"Bu görüş Moskvanın təşəbbüsü ilə baş tutan görüş idi. Görüşün məqsədi status-skvonu saxlamaq, hərbi əməliyyatlara başlamazdan əvvəlki vəziyyəti bərpa etmək, tərəfləri yenidən danışıqlar masasına dəvət etməkdir. "Azərbaycan və Ermənistan nəyisə özbaşına həll etməyə çalışmasın. Yəni Moskva necə göstəriş verirsə, proses də o cür həll olsun. Azərbaycan özbaşına status-kvonu dəyişməsin" Rusiyanın marağında olan məsələ budur. Amma biz gördük ki, Moskvanın bu səyləri mənasızdır. Humanitar atəşkəslərin imzalanmağına baxmayaraq Ermənistan tərəfi buna əməl etmədi. Bu o deməkdir ki, proseslər Moskvanın nəzarətindən çıxıb. Çətin ki artıq geri qayıda. Çünki Azərbaycan status-kvonu öz gücünə, şəhidlərin qanı bahasına dəyişib.
Azərbaycan tərəfi də buna heç vaxt getməz. Proseslər də onu göstərir ki, Azərbaycan Prezidenti müstəqil siyasət yeritməkdə qərarlıdır.
Minsk qrupunun həmsədrləri münaqişəyə biganə olmadıqlarını göstərmək üçün "sülh tərəfdarıyıq" və s bu adlar altında tərəfləri görüşlərə dəvət edirlər. Təbii ki bunun heç bir nəticəsi olmayacaq.
Status-kvo tamamilə dəyişib. Biz torpaqlarımızın bir hissəsini artıq işğaldan azad etmişik. Nəyə görə əvvəlki prinsiplər üzərində danışıqlar aparmalıyıq kı? Artıq o prinsiplər öz mahiyyətini itirib. Ümumiyyətlə, 27 sentyabr Dağlıq Qarabağ münaqişəsinin həllində yeni səhifə açdı".
Aysel Səmədli
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Sosial Baxılıb: 1665 Tarix: 26 oktyabr 2020
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş
Unvan.az - elanlar sayti
Avropanın ən varlı adamı bir həftədə bu qədər qazandı
Fransanın LVMH (Louis Vuitton Moet Hennessy) şirkətlər qrupunun baş direktoru Bernar Arno bir həftə ərzində sərvətini 8 milyard ABŞ dolları məbləğində artırıb.. . "Report"un məlumatına görə, buna səbəb şirkət səhmlərinin qiymətinin artması olub.. . Hazırda onun sərvəti 122 milyard ABŞ dollar
26 oktyabr 2020Əliyar Əliyevin Qubadlıda çəkilmiş fotosunun yenilənmiş halı - FOTO
Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin Qubadlıda çəkilmiş fotosunun rənglənmiş halı yayımlanıb.. . Sonxeber.az BiG.AZ-a istinadən xəbər verir ki, bəhs edilən foto 1980-ci illərdə Əliyar Əliyevin öz komandası ilə turnirdə iştirakı zamanı çəkilib. "Facebook"da Rasul Hasan adlı dizayne
26 oktyabr 2020Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb.. . Milli Hidrometeorologiya Xidmətindən Sonxeber.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə duman, çiski
26 oktyabr 2020Ermənilər Tərtərə top mərmiləri atdı, evlər dağıldı-FOTO
Ermənistan silahlı qüvvələri yenə humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq oktyabrın 26-da Tərtər şəhərini və rayonun kəndlərini artilleriya atəşinə tutub.. . Sonxeber.az-ın məlumatına görə, bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.. . Səhər saatlarında
26 oktyabr 2020Düşmənin məhv edilən və hərbi qənimət kimi götürülən texnikaları-SİYAHI
Prezident İlham Əliyev xalqa növbəti müraciətində düşmənin məhv edilmiş və hərbi qənimət kimi götürülmüş texnikaları barədə məlumatı açıqlayıb.. . Sonxeber.az xəbər verir ki, Prezident düşmənin 252 tankı məhv edildiyini bildiirb: "53 tank hərbi qənimət kimi götürülüb - toplam 305 tankdan Ermənista
26 oktyabr 2020Qonaqlıq məclisi təşkil edənlər məsuliyyətə cəlb olundular
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində "Covid19" pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.. . DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Sonxeber.az-a verilə
26 oktyabr 2020ŞAD XƏBƏR: Daha bir neçə ərazimiz işğaldan azad olundu-SİYAHI-VİDEO
"Yeni yaşayaş məntəqələri işğaldan azad olunub".. . Sonxeber.az-ın xəbərinə görə. bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.. . Dövlət başçısı xalqa müraciətində Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının dünən işğaldan azad edilmiş kəndlərinin adlarını açıqlayıb.. . Zəngilan rayonu
26 oktyabr 2020