Koronavirusdan sonra saç tökülməsinin qarşısını necə almaq olar?

Koronavirusdan sonra saç tökülməsinin qarşısını necə almaq olar?Koronavirusun mənfi təsirlərindən biri də qismən saç tökülməsidir və bu problemə vaxtında diqqət yetirilməzsə, mənfi təsir xroniki xəstəliyə çevrilə bilər.

Sonxeber.az Rusiya mətbuatı-na istinadən xəbər verir ki, bu barədə trixoloq Natalya Yakovleva məlumat verib.

"Saç tökülməsinin qarşısını 100% ala bilməyəcəyik. Çünki bu, məhz koronavirusun bədənə təsirlərinin mənfi təzahürüdür. Saç tökülməsinin ilk əlamətləri varsa, dərhal trixoloqa müraciət edin, xalq təbabəti ilə müalicə olunmayın", - həkim qeyd edib.

Trixoloqun sözlərinə görə, saç tökülməsi koronavirus xəstələrinin yalnız az hissəsində baş verir və xəstəlikdən iki-üç ay sonra başlayır. Həkim yalnız yaşlı insanların deyil, gənclərin də risk altında olduğunu vurğulayıb. Bu problemin keçəlliyə səbəb olması ehtimalı yoxdur, ancaq vaxtında həll etməsəniz, geridönüşü olmayan fəsadlar yarada bilər.

Yakovleva əhalini vitaminlərdən sui-istifadəyə qarşı xəbərdar edib və bunun saç tökülməsinə kömək etmədiyini, əksinə saç köklərinə zərər verə biləcəyini diqqətə çatdırıb. Onun sözlərinə görə, saç hər hansı xəstəliyə və təsirə qarşı çox həssasdır. Odur ki, çox miqdarda vitamin orqanizm tərəfindən qıcıqlandırıcı kimi qəbul edilə bilər./Publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 3128   Tarix: 01 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

14 sentyabr 2021
.

Son sutkada peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus əleyhinə 52 386 vaksin vurulub. Bu barədə -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 108, ikinci mərhələ üzrə 34 278 nəfərdir. Vaksinlərin ümumi sayı 7 609 940, birinci mərhələ üzrə vaksinasiy

12 sentyabr 2021
.

Gənc yaşda saçlar niyə ağarır? - Ağ tükü qoparmaq olmaz

Saçların ağarması təkcə yaşla əlaqəli dəyişikliklər səbəblərdən baş vermir. Bu, sağlamlıq problemləri ilə də bağlı ola bilər. -a istinadən xəbər verir ki, alimlər saçların piqmentasiyaya cavabdeh olan melaninin itirilməsi səbəbindən ağardığını bildiriblər. Bu, qida çatışmazlığı və ya hər hansı bir xəstəlik

17 sentyabr 2021
.

Dünyaya yayılan "Mu" ştamı: Əlamətləri nələrdir?

Koronavirusun "Mu" variantı dünyaya yayılmaqda davam edir. Artıq Türkiyədə 2 nəfərdə bu ştam aşkarlanıb. Bəs "Mu" ştamı nədir? Əlamətləri hansılardır?. həmin araşdırmanı təqdim edir:. Vaksinin təsirini azaldırmı?. "Hürriyet"in xəbərinə görə, "Mu" ştamının ən önəml

8 sentyabr 2021
.

Xərçəngdən qoruyan, damarları möhkəmləndirən QIRMIZI ÇAY

Karkade çayı çox faydalı və müalicəvi içkidir. Çayın qeyri-adi tünd qırmızı rənginə görə onu tez-tez "qırmızı çay" adlandırırlar. Çay qibiskus gülündən hazırlanır. Bu səbəbdən ona "çay" demək düzgün deyil, du daha doğrusu bitki dəmləməsidir. Əməköməci nəslindən olan qibiskusu həmçini

14 sentyabr 2021
.

"Soyuqdəymə ilə özünüzü aldatmayın!" - Məşhur həkimdən XƏBƏRDARLIQ - VİDEO

Hazırda pandemiya dövründə olduğumuzu, müxtəlif virusların yayıldığını nəzərə alaraq, bədənimizi hər zaman "hücumlara" hazır etməliyik. Son müddət Azərbaycanda da koronavirusa yoluxma və "COVİD-19"dan ölüm sayının kəskin artdığını, yeni ştamların yayıldığını görürük və bu səbədə

9 sentyabr 2021
.

"Mu" ştammının Deltadan fərqi - Yoluxma əlamətləri hansılardır?

Koronavirus infeksiyası bütün dünyada sürətlə yayıldığı halda yeni variantları da yaranır. Bu dəfə Covid-19-un "Mu variantı" ortaya çıxıb. xəbər verir ki, vaksinlərə qarşı dözümlü bu ştammda əlamətlər nəfəs darlığı, boğulma, boğaz ağrısı, iştahsızlıq, qusma, ürəkbulanmadır. Xəsətlik zaman

9 sentyabr 2021
.

Evdə dəfnə yarpağı yandırmağın - FAYDALARI

Roma, yunan təbiblərinin və sərkərdələrinin sevimli ağacı dəfnənin barəsində hələ sovet dövrünün qəzetlərində möcüzəvi təsir etməsi barədə yazılırdı. evdə dəfnə yarpaqları yandırmağın psixoloiji və fiziki bədənə faydalarını təqdim edir:. - İltihabəleyhinə. - Mikrob, bakteriya əleyhinə. - Yarasağaldıcı

16 sentyabr 2021
.

On qaşıq bal, üç diş sarımsaq - İnsanları qışdan çıxaran təbii üsullar

Qışın yaxınlaşdığı günlərdə mövsümi dəyişikliklərə hazır olmaq lazımdır. Bunu üçün antibiotik əvəzinə ən təsirli qidalardan istifadə etmək məsləhət görülür. -a istinadən həmin qidaları təqdim edir:. İspanaq antioksidant baxımdan son dərəcə zəngin olduğu üçün orqanizmi hüceyrə səviyyəsində qoruyar. Faydalanma

10 sentyabr 2021