Xərçəng yaradan siqaretlər açıq satışda - AZƏRBAYCANDA

Xərçəng yaradan siqaretlər açıq satışda - AZƏRBAYCANDAAzərbaycanda standartlara cavab verməyən filtersiz siqaret istehsalına başlanılıb.

"Azad İstehlakçılar" İctimai Birliyindən (AİİB) verilən məlumata görə, Şəki şəhəri D.Bünyadzadə küçəsi (Şəki şəhəri, elektrik şəbəkə və tütün fermentasiyası fabrikinin əks tərəfində) ünvanında, "Azəri" korporasiyası (VÖEN № 3000012891) və Şəki şəhəri, Baş Küngüt kəndi ünvanında "Mehdi" firması MMC tərəfindən filtersiz siqaret istehsalına başlanılıb və artıq satışa çıxarılıb.

Tütündən istifadə məişət narkomaniyasıdır! Bütün ölkələr tütündən istifadənin azaldılması üçün mümkün olan səyləri göstərir. Hələ 2001-ci ildə Şəki şəhərində və Bakıda yerləşən filtersiz siqaret istehsal edən müəssisələrin istehsal etdiyi siqaretlərin AİİB-in təşəbbüsü ilə Londonda yerləşən beynəlxalq laboratoriyada ekspertizaları keçiriliv. Azərbaycanın çoxsaylı görkəmli alimləri, ziyalıları AİİB-in əldə etdiyi nəticələrin insanları kütləvi şəkildə ağ ciyər xərçənginə sürükləyən fəsadlarını təsdiq edərək hökumət qarşısında filtersiz siqaret istehsal edən 6-a qədər müəssisənin fəaliyyətiin dayandırılmasına dəstək verib və 2001-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə bu müəssisələrin fəaliyyəti dayandırılıb. Qeyd olunanlara baxmayaraq yenidən təhlükəli tütün məmulatının istehsalına başlanılıb.

AİİB ictimai təşkilat olaraq dəfələrlə bəyan edib ki, hökumət tərəfindən sahibkarlıq subyektləri üçün yaradılan rahat şəraitdən sahibkarlar sui-istifadə edir və ölkənin əmtəə bazarı yerli və xarici məhsularla çirklənir, insanların sağlamlığı təhlükə altına atılır.

"Azəri" korporasiyası və "Mehdi" firması MMC heç bir hüququ sənədi olmadan, siqaret istehsalı üçün mövcud olan AZS335-2009 standartının 5.1.1.9; 5.1.1.10; 5.1.1.11; 5.1.1.12; 5.1.1.13 bəndlərinin tələblərinə məhəl qoymadan tərkibi (təhlükəli maddələrin miqdarı yol verilən həddən çox olan) naməlum olan filtersiz "Karvan" və "Şəki" siqaretlərini satışa çıxarmaqla, əhalinin tütün narkomaniyasına tutulmasına rəvac verib. Eyni zamanda bu tip siqaretlərin narkotik çəkilməsində ən vacib vasitə olduğu da məlumdur.

AİİB-i daim bütün növ siqaretlərin təhlükəli olmasını, marketlərin girişindən siqaret stendlərinin götürülməsini, siqaretlərin qiymətinin yüksək olmasına və daha yüksəldilməsinə (əlyetərliyin azaldılması üçün) tərəfdar olduğunu bildirərək 1 qutu təhlükəli "Karvan" və "Şəki" siqaretlərinin bazara 40 - 50 qəpik qiymətlə çıxarılmasını pisləyir və əhalinin siqaret çəkməkdən və daha təhlükəli "Karvan" və "Şəki" siqaretlərini çəkməkdən imtina etməyə çağırır!

Əhalinin sağlamlığı üçün ciddi təhlükə mənbəyi olan "Karvan" və "Şəki" siqaretlərinin istehsalının dayandırılması, satışının qadağan edilməsi üçün AİİB bu gün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, İqtisadiyyat və Sənaye Nazirliyinə, Səhiyyə Nazirliyinə, Standartlaşdırma, Metrologiya və patent üzrə Dövlət Xidmətinə, Şəki İH-ə rəsmi müraciətlər göndərib.

Əgər müraciət edilmiş dövlət orqanları əhalinin sağlamlığına ciddi zərbə vuran, məişət narkomaniyasına rəvac verən bu təhlükəli amilə biganə qalarsa AİİB öz beynəlxalq əlaqələrindən istifadə edib, təhlükəli tütün məmulatı istehsal edən müəssisənin fəaliyyətinin tam məhdudlaşdırılmasına nail olacaqdır. Əlbəttə bu işdə istehlakçı boykotunun əvəzedilməz vasitə olacağına da əminik!


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3153   Tarix: 12 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

AZAL Bakıdan Dubaya uçuşları bərpa edir

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərinə uçuşlara yenidən başlayır. bu barədə AZAL-a istinadən xəbər verir. Bildirilib ki, Dubay istiqaməti üzrə reyslərə 15 maydan etibarən start verilir. Uçuşlar hər gün həyata keçiriləcək. Biletləri AZAL-ı

2 may
.

Slovakiyanın Azərbaycandakı səfiri: Qarabağın bərpa miqyası heyranlıq doğurur

Azərbaycanın Qarabağ bölgəsinin bərpa templəri dəyərli biliklər verir. "Report" xəbər verir ki, bu barədə Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov "X" sosial şəbəkəsindəki səhifəsində yazıb. "Həmkarlarımla (xarici diplomatik korpusun nümayəndələri mayın 1-2-də bölgəy

2 may
.

Azərbaycanda pul verib əsgər getməmək mümkün OLACAQ?

Azərbaycanda 18 yaşına çatmış vətəndaşlar "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna uyğun olaraq müddətli həqiqi hərbi xidmətə cəlb edilirlər. Müəyyən hallarda (məsələn, təhsil, sağlamlıq durumu və s.) qanunla nəzərdə tutulmuş əsaslarla hərbi xidmətə çağırışa möhlət verilə bilər. Bir sır

3 may
.

Ölkədə pensiya yaşı 60-a SALINIR?

Azərbaycanda aktual məsələlərdən biri olan pensiya sistemi ilə bağlı müzakirələr davam edir. Belə ki, sosial şəbəkələrdə vətəndaşlar müzakirə zamanı pensiya sistemində problemlərin olduğunu mövcudluğu və bu istiqamətdə müxtəlif dəyişikliklərə ehtiyac olduğunu qeyd edirlər. Əsasən pensiya yaşı, pensiy

2 may
.

Bakıda yaddaşını itirmiş qadın axtarılır

Bakıda 61 yaşlı qadının itkin düşüb. xəbər verir ki, bununla bağlı -a müraciət daxil olub. İtkin düşən şəxs 1965-ci il təvəllüdlü Rasimə Ələddin qızı Kamalovadır. Bildirilib ki, o, dünən evdən çıxıb və bir daha geri qayıtmayıb. Yaxınlarının sözlərinə görə, qadının boyu 160 sm, gözlərinin rəngi qəhvəyidir

2 may
.

Evində bu səhvi edənlər 600 manat cərimə ÖDƏYƏCƏK

Həyət evlərinin qarşısındakı boş sahələri şəxsi mülkiyyəti hesab edən sakinlər gözlənilməz cərimələrlə üzləşə bilərlər. Qapı ağzında gül əkmək və ya avtomobil saxlamaq üçün xüsusi yer ayırmaq hər zaman qanuni hesab olunmur. Hüquqşünas Əkrəm Həsənov -a bu məsələnin birbaşa mülkiyyət hüququ ilə bağlı olduğun

3 may
.

Sürücülük vəsiqəmizi hansı ölkələr tanıyır?

Azərbaycan və Belarus sürücülük vəsiqələrini qarşılıqlı olaraq tanıyacaq. Bu məsələ Milli Məclisdə müzakirəyə çıxarılan və artıq Prezident İlham Əliyev tərəfindən təsdiqlənən qanun layihəsində əksini tapıb. Sazişin məqsədi iki ölkə arasında nəqliyyat sahəsində hüquqi mexanizmlərin sadələşdirilməsi, vətəndaşları

2 may
.

Yuri Qusev: "Qarabağdakı sürətli bərpa işləri Ukrayna üçün nümunə ola bilər"

Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev "X" sosial şəbəkəsində Qarabağa səfəri ilə bağlı paylaşım edib. xəbər verir ki, səfir paylaşımında regionda aparılan bərpa işlərinin yüksək tempinin Ukrayna üçün olduqca faydalı bir təcrübə olacağını qeyd edib. "Azərbaycan Prezidenti Administrasiyasını

2 may
.

Azərbaycanda bu ənənə LƏĞV EDİLİR?

Azərbaycanda toy karvanları illərdir davam edən ənənə kimi sevincin nümayişi hesab olunsa da, son dövrlərdə bu adətin yaratdığı yol hərəkəti çətinlikləri və təhlükəsizlik riskləri ciddi narahatlıq doğurmağa başlayıb. Xüsusilə, intensiv nəqliyyat axınının olduğu ərazilərdə uzun avtomobil karvanlarını

3 may