Vatsap o telefonlarda işləməyəcək
Gündəlik ünsiyyətin əsas platformalarından birinə çevrilən Vatsap köhnə nəsil "Android" telefonlar üçün dəstəyini dayandırmağa hazırlaşır. Yeni qərar milyonlarla istifadəçini əhatə edəcək.
"Qafqazinfo" xəbər verir ki, "Meta"ya məxsus mesajlaşma tətbiqi 8 sentyabr 2026-cı il tarixindən etibarən "Android 6.0"dan aşağı əməliyyat sistemlərində işləməyəcək. Bu o deməkdir ki, daha köhnə cihazlar Vatsap ekosistemindən kənarda qalacaq.
Rəqəmlərə əsasən, "Android 5.0" və daha aşağı versiyalardan istifadə edən cihazların payı ümumi istifadəçi bazasında kiçik faiz təşkil etsə də, qlobal miqyasda bu, milyonlarla istifadəçiyə təsir göstərə bilər. Bu addımın xüsusilə 2015-ci ildən əvvəl istehsal olunan smartfonları əhatə etdiyi bildirilir.
Qərarın əsas səbəbi həm texniki inkişaf, həm də təhlükəsizlik tələbləridir. Köhnə "Android" versiyaları uzun müddətdir təhlükəsizlik yeniləmələri almadığı üçün kibertəhlükələrə daha açıq vəziyyətdədir. Bu isə Vatsap kimi şifrələnmiş rabitə sistemlərinin tam effektiv işləməsinə mane olur.
Köhnə cihazlardan istifadə edənlər üçün Vatsapda xidmətin davamı mümkün olmayacaq. Mesaj tarixçəsini qorumaq və ünsiyyəti itirməmək üçün istifadəçilərə əməliyyat sistemini yeniləmək və ya daha yeni bir cihaza keçmək tövsiyə olunub.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1485 Tarix: 01 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Üzdə şişkinlik, dəridə səpkilər: Səbəb geyiminizdə gizlənə bilər - VİDEO
Geyindiyimiz paltarlar bəzən dərimizdə dərin izlər buraxır. Hətta üzdə və gözlərin ətrafında şişkinliyə gətirib çıxarır. Bəs bu əlamətlər hansı hallarda ciddi siqnal hesab olunur?. Mövzu ilə bağlı Baku TV-yə açıqlama verən allerqoloq Ramil Qocayev bildirib ki, bədənlə təmasda olan geyimlər və digər vasitələ
13 sentyabrPis yuxu insan beynini qocaldır?
"Yuxu beynin təmizlənmə vaxtıdır. Heyvan modellərində göstərildiyi kimi, dərin yuxu zamanı beyin hüceyrələri arasındakı məsafə genişlənir və qlimfatik sistem adlanan axın gün ərzində yığılan metabolik tullantıları, o cümlədən beta-amiloidi yuyub aparır". Bu fikirləri Səhiyyə Nazirliyinin rəsm
13 sentyabrGözlər insult riskini illər əvvəl xəbər verə bilər - Yeni araşdırma
Gözün tor qişasının skan edilməsi qulaqcıqların fibrilyasiyasını (QF) diaqnoz qoyulmazdan bir neçə il əvvəl müəyyən etməyə və beləliklə, insult riski yüksək olan şəxsləri vaxtında aşkarlamağa imkan verə bilər. London Universitet Kollecinin Oftalmologiya İnstitutunun tədqiqatçıları bu qənaətə gəliblər
17 sentyabr1 kiloqramı 40 manata satışa çıxdı - Görənlər inanmır...
Payızın ən faydalı və vitaminlərlə zəngin meyvələrindən biri olan narın qiyməti diqqət çəkir. Meyvəli/Wolt platformasında adi narın 500 qramı 18,90 manata təklif olunur. Bu isə hesablamaya görə 1 kiloqram narın qiymətinin 37,80 manat olduğunu göstərir. Eyni zamanda, satışda dənələnmiş narın 1 kiloqram
13 sentyabrSiqaret yalnız sağlamlığınız üçün zərərli deyil: yeni risk AŞKARLANDI
15 ölkədə aparılan genişmiqyaslı araşdırma bu vərdişin gözlənilməz təsirini üzə çıxarıb. Məlum olub ki, zaman keçdikcə siqaret çəkmək insanın həyatına ciddi şəkildə təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, siqaretin tanış olmaq, söhbəti davam etdirmək və ya həmkarlarla vaxt keçirmə
17 sentyabrBaşları bitişik doğulan siam əkizləri bir-birindən ayrıldı - Foto
ABŞ-də cərrahlar Siam əkizi olan 2 yaşlı bacıları bir-birindən ayırıblar. "Qafqazinfo" "NBCNews"a istinadən xəbər verir ki, bacılar başları bitişik halda doğulublar. Məlumata görə, Hiyab və Vuhbto bacıları Efiopiyada dünyaya gəliblər. Daha sonra onlar əməliyyat olunmaq üçün ABŞ-y
19 sentyabr