Lavrov: "Qarabağla bağlı ortaq bəyanatı şübhə altına alma cəhdləri qəbuledilməzdir"
"Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Dağlıq Qarabağla bağlı ortaq bəyanatı böhrandan çıxmağın yeganə yoludur, bunu şübhə altına alma cəhdləri qəbuledilməzdir".
TASS-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov Rusiyanın idarələrarası nümayəndə heyətinin Ermənistana səfərinin yekunları ilə bağlı bildirib.
"Bu bəyanatın bir neçə həftə əvvəl çox kəskinləşən vəziyyətin həll olunmasının alternativsiz yolu olduğu hər kəs tərəfindən qəbul edilib. Bəyanatı təkcə ölkə daxilində deyil, xaricdə də şübhə altına almaq cəhdlərinin qəbuledilməz olduğu yekdilliklə vurğulanıb. Bu bəyanatın işləməsi üçün hər şeyi etməyə qərarlıyıq", - deyə o bildirib.
Rusiya Xarici İşlər naziri İrəvanda Rusiya nümayəndə heyətinin danışıqlar zamanı əsas diqqətin Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması haqqında Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin bəyanatının dəqiq və tam həyata keçirilməsi vəzifələrinə ayrıldığını bildirib.
Lavrov əlavə edib ki, İrəvanda Rusiya nümayəndə heyəti ilə görüşlərində Ermənistanın baş naziri və prezidenti Qarabağla bağlı razılaşmanın həyata keçirilməsinə tam sadiqliklərini təsdiqləyiblər.(oxu.az)
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 2140 Tarix: 21 noyabr 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezident bu səfərə getməyəcək - Ulu Öndərin anım gününə görə
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova zəng edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Prezidentin Mətbuat Xidməti yayıb. Dövlət başçısı Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü münasibətil
11 dekabrİlham Əliyev Avstraliyanın baş nazirinə başsağlığı verdi
Prezident İlham Əliyev Avstraliya İttifaqının Baş naziri Entoni Albanizə başsağlığı məktubu ünvanlayıb. -a istinadən məktubun mətnini təqdim edir:. "Sidneydə Hanuka bayramı ilə əlaqədar keçirilən mərasim zamanı törədilmiş terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması barəd
15 dekabrVardanyanın məhkəmə istintaqı yekunlaşdı
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə proses
16 dekabrGültəkin Hacıbəyli Türkiyədən 5 illik deport olunur
Bir neçə gün öncə Türkiyədə saxlanılan sabiq deputat Gültəkin Hacıbəyli deportasiya olunacaq. "Qafqazinfo" xəbər verir ki, o, bu haqda sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edib ki, onun 5 il müddətinə deportasiya edilməsi ilə bağlı qərar artıq qəbul edilib. G.Hacıbəyli isə bu qərarl
15 dekabrPrezident xanımı və qızı ilə Fəxri xiyabanda - Fotolar
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 22 il ötür. "Qafqazinfo" xəbər verir ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Fəxri xiyaban
12 dekabr