Deputat: "Bu qətnamə Fransa siyasəti və parlamentarizmi üçün utancvericidir"

Deputat: "Bu qətnamə Fransa siyasəti və parlamentarizmi üçün utancvericidir""Fransa Senatı tərəfindən qəbul edilən qətnamə Fransa siyasəti və parlamentarizmi üçün utancverici bir addımdır".

Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Kamal Cəfərov deyib.

Deputat bildirib ki, Fransa Senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamə beynəlxalq hüquqa zidd olduğundan həm beynəlxalq miqyasda, həm də Fransanın özündə heç bir hüquqi qüvvəsi yoxdur: "Qətnamənin qəbulundan sonra Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Fransa hökuməti tərəfindən bu kimi təxribatçı addımların yolverilməz olmasına dair bəyanatın verilməsini tələb edib. Daha sonra dövlət katibi Con Baptist qətnamənin Fransanın neytral tərəf kimi öz nüfuzunu və etibarlılığını itirəcəyini bildirib. Qeyd edib ki, qətnamənin nə Ermənistana, nə Fransaya faydası var".

Deputat vurğulayıb ki, qətnamə Fransada seçki qabağı siyasi qüvvələr arasında böhranın bariz göstəricidir: "Çünki bir tərəfdən Fransa Senatı belə bir siyasi qərar qəbul edir, digər tərəfdən Fransa hökuməti bu qətnaməni zərərli və faydasız hesab edir.

Fransa Senatının qətnaməsi Dağlıq Qarabağla bağlı mövcud olan bütün beynəlxalq qətnamələrə, sənədlərə ziddir. Çünki dünyada heç bir ölkə, o cümlədən Ermənistan Dağlıq Qarabağdakı qeyri-qanuni rejimi tanımır.

Bu qətnamə Avropa İttifaqının və Avropa Şurasının mövqeyinə ziddir. Çünki hər iki təşkilat bütün tərəfləri car ilin 10 noyabr tarixində imzalanmış birgə bəyanata qarşı hər hansı fəaliyyətdən çəkinməyi tövsiyə edir. Fransa Senatının bu mövqeyi onların ATƏT-in Minsk Qrupu çərçivəsindəki neytral mandatına ziddir. Ən əsası isə Fransa xalqının marağına, regional enerji maraqlarına ziddir. Beynəlxalq siyasi ictimaiyyət də bu qərardan narahatdır, çünki bu qətnamə başqa donmuş olan münaqişələr üçün mənfi presendent yaradır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 364   Tarix: 26 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021
.

Əri tərəfindən döyülən hamilə qadın özünü eyvandan atmaq istədi - ANBAAN GÖRÜNTÜLƏR

Əri tərəfindən döyülən hamilə qadın pəncərədən tullanmağa cəhd edib. -a istinadən xəbər verir ki, Braziliyanın Rio-De-Janeyro şəhərində həyat yoldaşına təcavüz edən adamın görüntüləri gündəm olub. Belə ki, əri tərəfindən döyülən 10 həftəlik hamilə qadının evinin pəncərəsindən tullanaraq qaçmağa cəh

17 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021