Qazimiz: "Biz yaralılarımızı çiynimizə alıb irəli gedirdik"

Qazimiz: "Biz yaralılarımızı çiynimizə alıb irəli gedirdik"Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın apardığı 44 günlük müharibə haqqında hələ çox danışılacaq. Bu döyüşlər tariximizə qızıl hərflərlə yazıldı və illər ötəcək, nəsillər dəyişəcək, ancaq bu döyüşlər daim fəxr və qürur hissi ilə xatıranacaq, gələcək nəsillər bu döyüşlər haqqında fəxarətlə danışacaq, çünki bu döyüşlər əsrlər boyu ermənilərin xalqımıza qarşı yürütdüyü işğalçılıq siyasətinə son qoydu, bütün dünyaya Azərbaycan xalqının gücünü, birliyini, əzmini, yenilməzliyini göstərdi.

Sonxeber.az-ın Trend-ə istinadən məlumatına görə, bu döyüşlərin qəhrəman iştirakçılarından biri də Sumqayıtdan könüllü olaraq döyüşlərə qatılmış əsgər Sahil Həsənovdur. Vətən uğrunda döyüşlər zamanı bir qolunu itirən S.Həsənov çox qürurludur, qalib ordumuzun əsgər və zabitlərinin vətənpərvərliyindən, qəhrəmanlığından, ordumuzun və xalqımızın birliyindən fəxrlə danışır:

"Onu deyim ki, vətənpərvərlik hissi doğulandan bizim beynimizə həkk olunur. Vətən, xalq sevgisi bizim qanımızdadır. Biz heç zaman torpaqlarımızın işğal altında qalması ilə razılaşa bilməzdik, qarış-qarış da olsa torpaqlarımızı işğaldan azad etməli idik və məhz bu amal uğrunda xalqımız bir yumruq kimi birləşdi.

Döyüşlər zamanı ruh yüksəkliyi o qədər yüksək idi ki, heç nədən çəkinmirdik, əsgərlər və zabitlərimiz yaralansa da irəli gedirdi, bir amal var idi, ancaq irəli. Heç bir çətinlik bizi dayandıra bilmirdi. Cənab Ali Baş Komandan İlham Əliyev, generallarımız, zabitlərimiz bizə elə gözəl ruh yüksəkliyi verirdi ki, bizi heç nə dayandıra bilməzdi. Generallarımız, zabitlərimiz əsgərləri ilə çiyin-çiyinə döyüşürdülər. Zabit və əsgərin fərqi yox idi, elə bir şərait yaranmışdı ki, hamı qardaş idi, sanki bir atanın, bir ananın övladları idik, əsgərləzimizin gözündə heç bir qorxu yox idi, bir amalımız var idi – torpaqlarımızı işğaldan azad edək, bizdən sonra dövlətimiz daha da gücləsin, xalqımız daha yaxşı yaşasın, tarixlər yazılsın və bir də heç zaman torpaqlarımız işğal edilməsin. Azərbaycan ordusu elə döyüşdü ki, bunun haqqında danışmaqla, yazmaqla bitməz".

S.Həsənov deyib ki, düşmən ordumuz qarşısında çarəsiz durumda qalmışdı, silahlarını atıb qaçırdılar: "Biz şəhidlərimizi, yaralılarımızı çiynimizə alıb döyüşə-döyüşə düşmənin üzərinə gedirdik, düşmən isə qoruxdan silahlarını atıb, yaralılarını, meyitlərini qoyub qaçırdı. Onlar bax belə qorxaq idilər. Düşmənin 30 ildə qurduğu istehkamları qısa zamanda darmadağın etdik, elə məqamlar oldu ki, düşmənlə əlbəyaxa gəldik, düşməni bıçaqla məhv etdik, ona heç bir aman vermədik. 1-ci Qarabağ müharibəsində iştirak etmiş düşmən əsgər və zabitləri də döyüşməyə gəlmişdi, lakin hamısını məhv etdik, xalqımızın qısasını layiqincə aldıq.

Ancaq onu da deyim ki, biz düşmənin mülki əhalisinə heç bir halda toxunmadıq. Biz yalnız düşmənin əsgər və zabitləri ilə döyüşürdük. Düşmən yalan danışmasın ki, biz mülki əhaliyə toxunmuşuq, biz onlar kimi deyilik, kişi kimi döyüşürdük. Biz artıq qalib xalqıq, bütün dünya bizi tanıdı".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1031   Tarix: 29 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkiyənin ilk astronavtı Azərbaycana gələcək

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq. report-a istinadən xəbər verir ki, bu barədə Ankarada keçirilən Türk dövlətləri kosmik agentliklərinin üçüncü iclasından sonra Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətini

24 aprel
.

Xanımlar getdikcə bir-birinə bənzəyir: Estetik əməliyyat etdirənlərin sayı niyə artır? - Açıqlama

Əvvəllər çox nadir insanlar estetik əməliyyat edərdi. İndi isə estetik əməliyyat edən şəəxslərin sayı olduqca artıb. Bir çox insan xarici görünüşünü bəyənməyərək plastik əməliyyata üz tutur. Son zamanalr qadınlarla yanaşı, estetik əməliyyat etdirən kişilərə də tez-tez rast gəlinir. Bəzən hətta plasti

25 aprel
.

Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO

Lənkəranda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Masallı rayon Həsənli kənd sakini 1960-cı il təvəllüdlü Məhəmmədhüseyn Hüseyn oğlu Fərəcovun idarə etdiyi "Mercedes" markalı

25 aprel
.

Xalq artisti: "Anam məni dünyaya gətirmək istəmirmiş" - VİDEO

"Arzuolunmaz övlad olmuşam, anam məni dünyaya gətirmək istəmirdi". Bu fikirləri Xalq artisti Məleykə Əsədova ATV-də yayımlanan "Günaylı Gün" verilişində səsləndirib. O bildirib ki, özündən böyük iki bacısı var:. "Anam həkim idi, qızı olacağını bilirdi, lakin oğlan istəyirdilər"

24 aprel
.

Açıq havada satılan yeməklərdə DİQQƏTLİ OLAQ! Sağlamlığımıza hansı təsirləri var? - AÇIQLAMA

Açıq havada çoxlu mikroblar var və onlar tozla birləşərək asanlıqla yayılmağa başlayırlar. Xüsusilə havalar isindikcə epidemiyaya səbəb olan açıq qidalara nəqliyyat vasitələrinin çoxluğu və insanların sığlığı səbəbindən mikrob daha tez keçir. Xüsusilə çöldə satılan simit, peraşkı, dönər və qutab kim

25 aprel
.

Sabiq baş pediatrın intiharı ilə bağlı CİNAYƏT İŞİ AÇILDI - YENİLƏNİB

Respublikanın sabiq baş pediatrı Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də yaşadığı evdə odlu silahdan atəş açaraq intihar etməsi faktı il

24 aprel
.

Elmira Süleymanova dəfn olundu

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib. xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb

25 aprel
.

Ramzan Kadırovda yeni xəstəlik tapıldı, varisi hazırlanır - İDDİA

Çeçenistan lideri Ramzan Kadırov ağır xəstədir. İndi Kreml ölümü və ya səhhətinə görə əmək qabiliyyətini itirməsi halında onun yerinə kimin keçəcəyini düşünür. -ın xarici mediaya istinadən xəbərinə görə, "Novaya qazeta Europe" məqaləsində deyildiyi kimi, 2019-cu ilin yanvarında həkimlər on

24 aprel
.

Nəsib Quliyevlə bağlı yeni faktlar - Oğlu ailəsini atıb, qızı isə...

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. xəbər verir ki, -a daxil olan məlumatda iddia edilir ki, həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynad

25 aprel