Azərbaycanda kafe və restoranlar yenidən bağlanır? AÇIQLAMA

Azərbaycanda kafe və restoranlar yenidən bağlanır? AÇIQLAMAAzərbaycanda yoluxma sayı çoxaldığına görə Operativ Qərargah tərəfindən müəyyən sərtləşmələrə gedildi. Belə ki, şənə-bazar günləri apterk və marketlərdən baqşqa digər ictimai iaşə obyektlərin fəaliyyətinə qadağa qoyulur. Bir neçə gün öncə Operativ Qərargahın keçirdiyi brifinqdə 15 günlük sərtləşməyə gediləcəyilə bağlı fikir səsləndirildi. Dekabrın 15-dən kafe- restoranlar, geyim mağazaları bağlana bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Azər Badamov bildirib ki, ölkədə son günlər koronavirus infeksyasına yoluxmalar kəskin artıb:

"Bəziləri bunun ikinci və ya üçüncü dalğa olduğunu deyirlər. Düşünürəm ki, bütün bu problemləri yaradan özümüzük. Koronavirusla effektiv mübarizə üçün ÜST tərəfindən müəyyən olunmuş qaydalar var. Bunlar tibbi maskanın taxılması, sosial məsafənin gözlənilməsi və şəxsi gigiyenik qaydalara əməl olunmasıdır. İlk baxışdan bu sadə bir işdir. Amma insanların belə bir sadə işə məsuliyyətsiz yanaşması yeni yoluxma dalğalarının meydana gəlməsinə səbəb olur. Ölkəmizdə koronavirusa yoluxmalar nəzarət altında saxlanılırdı. Amma vətən müharibəsində əldə edilən qələbə sevinci, şəhidlərin yas mərasimlərində kütləvilik və bu kütləvi tədbirlərdə insanların qoyulan tələbləri gözləməməsi yoluxma dinamikasını artırıb.

Çünki kütləvi tədbirlər azalıb. Düşünürəm ki, bundan sonra yoluxmalarda kəskin artımlar müşahidə etməyəcəyik. Bununla yanaşı sərt karantin rejimi və "sms icazə" ilə evdən çıxmaq tətbiqinə münasibətdə subyektiv fikrim ondan ibarətidir ki, buna ehtiyac yoxdur. Ən çox yoluxmalara şərait yaradan molların və restoranların qapalı qalmasının tərəfdarıyam.

Amma qapanmaların daha da sərtləşdirilməsinin tərəfdarı deyiləm. Sadəcə insanların tibbi maskanın taxılmasına nəzarət gücləndirilməlidir. Xəstələnənlər müalicə olunmalı, sağlam insanlar isə işləməlidir. Çünki, hər bir qapanma insanların maliyyə durumunun pisləşməsi və dövlət büdcəsinə əlavə yük deməkdir. Ona görə də daha sərt qapanmalara getməyin tərəfdarı deyiləm. Bununla yanaşı koronavirus xəstələri ilə münasibətdə TƏBİB-in yanaşmasında dəyişikliyin olmasını vacib hesab edirəm.

Çünki, bu virusa yoluxmuş insanlara evdən çıxmamaq və özünün təcrid edilməsi tələb olunur. TƏBİB ancaq xəstəxanaya cəlb olunmuş xəstələrin müalicəsi ilə kifayətlənməməlidir. O cümlədən evdə müalicə alan şəxsləri də yerində pulsuz dərmanla təmin etməlidir. Bu olmadığından dərmanların qiymətlərində kəskin artımlar olur, həm də hərə bir cür dərmanlardan istifadə etməklə çoxlu virusa youxan insanlar öz vəziyyətini ağırlaşdırır. TƏBİB, test nəticəsi müsbət çıxmış hər bir xəstənin ev şəraitində müalicəsini nəzarətdə saxlamalı və ümumi protokolda nəzərdə tutulmuş 3-4 dərman preparatı xəstələrə pulsuz verməlidir. Məslən, Türkiyədə bu belədir. İnsan koronavirusa yoluxan kimi səhiyyə işçiləri gəlib evində dərmanı verib çıxıb gedir".

Deputat vurğulaylıb ki, digər bir məsələ testlərin qiymətləri ilə bağlıdır:

"Test yoxlanışında keçmək hamı üçün əl çatan olmalıdır. Ona görə də testin qiymətinin yarıya qədər endirilməsi vacibdir. Bugün çoxlu xəstələr var ki, maddi imkanı aşağı olduğundan testdən keçə bilmirlər və xətələyi təsdiq olunmadığından küçələrdə sərbəst gəzirlər. Bu da yüzlərlə sağlam insanın yoluxdurulması deməkdir. Əgər koronavirus testlərinin qiyməti aşağı olarsa, özünü narahat edən hər bir şəxs gedib testini verər və nəticəsi müsbət çıxmış insanların nəzarət altına alınmasına imkan verər.

Belə olarsa xəstə insanların küçələrə çıxıb, sağlam insanlarla təmas yaratmasını minimuma endirərik. Yoluxma dinamikasının azaldılması üçün vacib digər bir məslə ictimai nəqiliyyatdakı sıxlığın azaldılmasıdır. İnsanların hamısı avtobuslara minib ünvanına getmək istəyir. Metro işləmədiyindən bu da ictimai nəqliyyatda sıxlığın əmələ gəlməsini şərtləndirir.

Düzdür, Bakı Nəqiliyyat Agentliyi avtobuslarda normaların gözlənilməsi üçün bütün imkananlardan istifadə edir. Müvafiq qurumun imkanı olduğu təqdirdə, ictimai nəqliyyatda sıxlığın azaldılması üçün imkan daxilində xətlərə daha çox avtobusların çıxarılmasına ehtiyac var. Biz müvafiq qurumdan imkanı olmayan işi də tələb edə bilmərik".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1900   Tarix: 08 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Meyxanaçı Kərim vəfat etdi

Meyxanaçı Ağakərim vəfat edib. xəbər verir ki, bu barədə -a onun yaxınları məlumat verib. Xatırladaq ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb

19 dekabr
.

Saxta sürücülük vəsiqəsi istifadə edən şəxs CƏZALANDIRILIB

Saxta sürücülük vəsiqəsindən istifadə etməkdə təqsirləndirilən Rusiya vətəndaşı barəsində hökm çıxarılıb. -a istinadla xəbər verir ki, 1990-cı il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı - Emil Şərəfxan oğlu İsmayılov Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə (saxta sənəddən istifadə) ittiham olunub

20 dekabr
.

"2 500-dək tibbi avadanlıq, cihaz və tibbi inventarlar satın alınıb" - Vüqar Qurbanov

"2025-ci ilin ötən dövrü ərzində tibb müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, diaqnostik və müalicə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə müxtəlif profilli tibb müəssisələrinin ehtiyacları nəzərə alınaraq, diaqnostik, reanimasiya, laboratoriya, cərrahi, fizioterapiya v

19 dekabr
.

Narınginin qiymətindən narazı olan aktyora məsləhət: "Neftçilər metrosuna get"

Aktyor Sərxan Kərəmoğlu narınginin bahalığından gileylənib: "Narıngi Lənkəranda 30-40 qəpikdir, şəhərdə 3 manat. Kəndli öz meyvəsini gətirib şəhərdə sata bilmir. Ancaq bir yarmarkada qiymətlər bir az aşağıdır. Bakı boyda şəhərin camaatı yalnız yarmarkadan alış-veriş etməlidir? Mən ayda 3-5 min qazana

19 dekabr
.

Kərim harda dəfn olunacaq? (AÇIQLAMA)

Meyxanaçı Kərim (Ağkərim Novruzov) Maştağa qəbiristanlığında dəfn olunacaq. Bu barədə Qaynarinfo-ya mərhumun qohumu Rüstəm Cənnətov məlumat verib. O bildirib ki, mərhumla vida mərasimi yaşadığı evdə keçiriləcək:. "Bu saatlarda vəfat edib. Qərar verdik ki, dəfn mərasimini sabaha saxlayaq. Odur ki

19 dekabr
.

Avtobuslarda ödənişlə bağlı YENİLİK - Mümkün oldu

Bakı şəhərində ilk dəfə olaraq avtobus marşrutlarında NFC sistemini dəstəkləyən bütün yerli bank kartları, eləcə də "Apple Pay" və "Google Pay" vasitəsilə nağdsız ödəniş mexanizminin tətbiqinə start verilir. Layihənin pilot mərhələsi çərçivəsində, ilk olaraq 500 nömrəli marşrut xəttind

20 dekabr
.

Dərsdən qayıdanda vaqonun üstünə çıxıb şəkil çəkdirmək istəyibmiş... - Video

Xəbər verdiyimiz kimi, Kürdəmirdə məktəblini elektrik cərəyanı vurub. Bədbəxt hadisə Bakı-Qazax dəmir yolu xəttinin Kürdəmir ərazisindən keçən hissəsində baş verib. Qafqazinfo xəbər verir ki, 9-cu sinif şagirdi olan rayon sakinini dəmir yolu üzərindəki yüksək gərginlikli cərəyan vurub və qəfildən yanğı

20 dekabr
.

Arayik Arutyunyan: Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir

"Burada müharibə cinayətləri təqdim olundu. Səmimi desəm, böyük hissəsi ilə burada tanış oldum". AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesində son söz nitqi zamanı təqsirəndirilən şəx

19 dekabr
.

Qriplə başlayıb, leykozla bitdi: Bahalı müalicəyə ehtiyacı olan Əli Əhədovun hekayəsi (FOTO/VİDEO)

8-ci sinif şagirdi, həkimlərin ağır qan xərçəngi diaqnozu qoyduğu Əli Əhədovun anası Təranə Aslanova -ın redaksiyasına müraciət edib. Anasının sözlərinə görə, Əli məktəbə və təhsilə çox bağlıdır. Onun vəziyyətini sinif yoldaşları, dostları və müəllimləri dərindən yaşayır, ailəyə bu çətin dövrdə kömə

20 dekabr