QƏLƏBƏ MƏRHƏLƏSİ: SOCAR işğal olunmuş ərazilərin azad olunması işində bütün resurslardan istifadə etdi

QƏLƏBƏ MƏRHƏLƏSİ: SOCAR işğal olunmuş ərazilərin azad olunması işində bütün resurslardan istifadə etdiBöyük Vətən müharibəsi dövründə faşizm üzərindəki qələbədə Bakı neftinin əhəmiyyəti haqqında çox deyilib və yazılıb. O vaxt birbaşa döyüşən ordunun ehtiyaclarını ödəmək üçün təyyarə benzini, dizel yanacağı, təyyarə sürtkü yağları və s. neft məhsullarının istehsalı ön plana çıxarılmışdı. Bakı nefti SSRİ-nin tanklarını, təyyarələrini hərəkətə gətirərək cəbhədə yeni-yeni qələbələr üçün zəmin yaratmışdı.

Müasir dövrdə də Azərbaycanda 1994-cü ildən etibarən həyata keçirilən irimiqyaslı neft-qaz layihələri ölkəmizin iqtisadi artımını təmin edərək Qafqazın iqtisadi liderinə çevrilməsinə vəsilə olmaqla hərbi qüdrətini artıran başlıca amilə çevrilib.

QƏLƏBƏ MƏRHƏLƏSİ: SOCAR işğal olunmuş ərazilərin azad olunması işində bütün resurslardan istifadə etdiBu gün neft-qaz müqavilələrindən əldə edilən gəlirlərin toplandığı Dövlət Neft Fondunun (DNF) aktivləri 43,3 milyard ABŞ dollarıdır. Lazım gəlsə, DNF Ordumuzun ehtiyaclarına mühüm maliyyə dəstək verə bilərdi. Lakin buna ehtiyac qalmadı, ötən illər ərzində tədarük edilmiş silah və hərbi texnika ehtiyatı 44 gün davam edən müharibə üçün artıqlaması ilə kifayət etdi. Ordunun neft məhsulları sarıdan korluq çəkməməsi üçün SOCAR-ın Bakı Neftayırma Zavodunun anbarlarında 1 sentyabr tarixinə olan vəziyyətə görə 104 min ton avtomobil benzini, 57,5 min ton təyyarə yanacağı, 142,5 min ton dizel yanacağı, 11,8 min ton soba mazutu, 12,6 min ton sürtkü yağları vardı.

Həm Ali Baş komandan İlham Əliyevə, həm də komandanlığa müraciətlərində neftçilərimiz düşmən üzərində qələbə naminə istər ön, istərsə də arxa cəbhədə bütün imkanlarını işə salmağa hazır olduqlarını bildiriblər. Bunu həmin 44 gün ərzində dəfələrlə əməldə sübut ediblər.

Qələbə qazandımızdan sonra SOCAR-ın, neftçilərimizin missiyası, əlbəttə ki, nəinki başa çatmadı, işğaldan azad olunmuş torpaqlarda həyata keçiriləcək quruculuq işlərində, Qarabağın sənayesini, kənd təsərrüfatını dirçəltməkdə onlara, bəlkə də, ən böyük iş düşür.

QƏLƏBƏ MƏRHƏLƏSİ: SOCAR işğal olunmuş ərazilərin azad olunması işində bütün resurslardan istifadə etdiMəlum olduğu kimi, Qarabağ bölgəsində bilinən enerji daşıyıcıları ehtiyatlarının olmaması, təbii ki, heç də SOCAR-ın bölgədə həyata keçiriləcək layihələrin başlıca sərmayədarı olmayacağı demək deyil. Unutmayaq ki, bu gün SOCAR qeyri-neft sektorumuzun da ən böyük ixracatçısıdır. Şirkətin maliyyə imkanları ilə yanaşı, yeritdiyi çevik sərmayə siyasəti, ölkədə və xaricdə irimiqyaslı layihələr icra etməklə topladığı təcrübə Qarabağda da mövcud sənaye potensialını üzə çıxarmaq üçün mühüm layihələrdə də həm təşəbbüskar, həm də sərmayədar qismində iştirak etmək üçün əlverişli zəmin yaradır. Həmin ərazilərdə mövcud olan zəngin təbii ehtiyatlar, habelə bölgənin əlverişli coğrafi mövqeyi də burada yaradılacaq yeni müəssisələrin nəinki yerli iqtisadiyyata, həm də bütövlüklə ölkəmizin qeyri-neft sektoruna böyük töhfələr verəcəyinə möhkəm inam yaradır.

İqtisadi İslahatların Təhlili və Komunikasiyalar Mərkəzinin (İİTKM) rəhbəri Vüsal Qasımlının fikrincə, Qarabağ bölgəsində mədənçilik, metallurgiya, emal, meşə sənayesi, kreativ sahələri, ərzaq və elektrik enerjisi istehsalı üçün əlverişli şərtlər var. "Dağlıq Qarabağda mövcud olmuş müəssisələrin böyük əksəriyyəti Azərbaycanın müxtəlif rayonlarından gətirilən yanacaq, xammal və s. materiallarla işləyirdi, bəziləri də Bakıdakı iri müəssisələrin filialı olub".

İİTKM-nin hesablamalarına görə işğaldan azad olunmuş 250 min hektar torpaq sahələri, üstəgəl keçmiş təmas xətti boyu 120 min hektar istifadəsiz qalmış torpaqlar əkin üçün istifadə oluna bilər. Ekspertin qənaətincə, bunlar da Qarabağda qida və emal sənayesi üçün sağlam bünövrə deməkdir.

QƏLƏBƏ MƏRHƏLƏSİ: SOCAR işğal olunmuş ərazilərin azad olunması işində bütün resurslardan istifadə etdiVüsal Qasımlı

Hazırda ölkəmizin qeyri-neft sənayesinin ən böyük layihəsi SOCAR-ın "Carbamid Plant" müəssisəsidir ki, ammiak, karbamid, karbamid qranulları istehsal edən üç əsas bölmədən ibarətdir. Belə ki, gündəlik 1,2 min ton ammiak bə 2 min ton karbamid istehsal edən bu müəssisənin bənzəri olan eyni istehsalat gücünə malik daha birinin Sumqayıt şəhərində inşa olunması nəzərdə tutulur. Sözsüz ki, işğaldan azad olunmuş torpaqlarımızda da gələcəkdə oxşar layihələr həyata keçirmək mümkündür. Həm də daşıma imkanları burada daha əlverişli olacaq.

Bildiyimiz kimi, artıq müxtəlif dövlət qurumları və müəssisələri azad olunmuş torpaqlarda gələcək fəaliyyətlərinə dair planlarını qurmaqla məşğuldur. Aparılan təhlillər nəticəsində burada yaradılacaq infrastrukturla da bağlı təfərrüatlar dəqiqləşəcək. Hər halda bu 28 il ərzində xəyalları ilə yaşadığımız bu gözəl diyarımızda həyata keçiriləcək bütün bu layihələrin böyük mənəvi güc, rahatlıq verəcəyi şəksizdir.

Qulu Nuriyev, ekspert


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1250   Tarix: 09 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakıda kirayə evlərin qiyməti bahalaşacaq? - AÇIQLAMA

Artıq bir ildir ki, təhsil distant şəkildə davam etdirilir. Həmin səbəbdən də tələbələrin rayondan axını azalıb və bu, kirayə evlərin icarəsində durğunluq yaradıb. Dünən isə Təhsil Nazirliyi sentyabr ayının 29-da ali təhsil ocaqlarında və kolleclərdə dərslərin əyani şəkildə olacağı ilə bağlı qərarın

8 sentyabr 2021
.

Azərbaycanda sosial ödənişlər nə qədər artıb?

Azərbaycanda son üç ildə sosial ödənişlər 2 400 00 00 manat və ya 60 faiz artaraq 6 400 00 00 manata çatıb, Dövlət Sosial Müdafiə Fonduna büdcədən transfert 40 faizdən 25 faizə enib. -ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilin ilk yarısının yekununa dair keçirilə

31 iyul 2021
.

İran azad olunan Azərbaycan ərazilərinə yaxın məkanda bazar yaradır

İran Azərbaycanın işğaldan azad olunan ərazilərində yaxın məkanda tikinti materialları bazarının yaratmaq niyyətindədir. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İranın Şərqi Azərbaycan vilayətind

13 iyul 2021
.

Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr - Siyahı

2021-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 169 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 100 ölkəyə məhsul ixrac olunmuş, 156 ölkədən idxal olunub. Dövlət Statistika Komitəsindən -a verilən məlumatına görə, gömrük orqanlarınd

20 iyul 2021
.

Xakerlərin istədiyi pul ödəndi, ABŞ-ın ən böyük yanacaq kəməri fəaliyyətini BƏRPA ETDİ

ABŞ-ın ən iri daxili yanacaq boru kəməri sistemi Colonial Pipeline həftənin çərşənbə günü fəaliyyətini qismən, dünən isə tam bərpa edə bilib. Lakin iddialara görə, bu, heç də operator şirkətə havayı başa gəlməyib. -a istinadən xəbər verir ki, bir sıra amerikan KİV-lərinə istinadla xəbər verir ki, ad

14 may 2021
.

Ermənistan 30 ildə vurduğu ziyana görə nə qədər kompensasiya ödəyəcək? - AÇIQLAMA

"30 il müddətində Ermənistanın Azərbaycana vurduğu ziyan tək mənəvi deyil, maddi ziyanlarla da müşahidə olundu. Bu ziyan milyardlarla dollar vəsaitlə ölçülə bilər". Bu sözləri - açıqlama verən iqtisadçı ekspert Elşad Məmmədov deyib. O bildirib ki, Ermənistanın bizə ödəyəcəyi təzminat haqqınd

19 iyun 2021
.

İsraillə Azərbaycan arasında dəyirmi masa keçirildi

İsrailin Təl-Əviv şəhərində Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açılıb, İsrail biznes dairələrinin iştirakı ilə İşgüzar Dəyirmi Masa keçirilib. İqtisadiyyat Nazirliyindən -a bildirilib ki, işgüzar görüşdə çıxış edən Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birg

31 iyul 2021
.

Azərbaycan niyə Dünya Bankının yardımından imtina etdi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi Azərbaycan Dünya Bankı tərəfindən təqdim olunan güzəştli kreditdən imtina edib. Bəs bunun səbəbi nədir?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı ekspert Xəyal Məmmədli bildirib ki, Dünya Bankı "COVİD-19" pandemiyası ilə bağlı tək Azərbaycana deyil, bütün dünya dövlətlərin

23 iyun 2021
.

Güzəştli kreditlərin verilməsi proseduru sadələşdirilib - VİDEO

Sahibkarlar üçün maliyyə dəstəyi mexanizmlərindən istifadə asanlaşdırılıb. Güzəştli kreditlərin verilməsi proseduru sadələşdirilib. Xəzər TV-yə istinadən xəbər verir ki, Sahibkarlığın İnkişafı Fondu tərəfindən daxil olan müraciətlər əsasında təhlillər aparılıb və maliyyə dəstəyi mexanizmlərindən istifad

3 sentyabr 2021