Azərbaycanda Ordu generalı rütbəsi kimə verilə bilər?
44 günlük müharibə başa çatdı. Bundan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğanın iştirakı ilə Bakıda Azadlıq Meydanında qalib və müzəffər Ordumuzun Zəfər Paradı keçirildi.
Burada II Qarabağ Müharibəsində iştirakı olan generallar yürüş etdilər. Zəfər Paradından sonra belə bir sual yaranıb. Azərbaycanda Ordu generalı olacaqmı?
Sonxeber.az xəbər verir ki, Oxu.Az-ın bu sualına hərbi ekspert, ehtiyatda olan mayor Ədalət Verdiyev cavab verdi. Onun sözlərinə görə, hazırkı postda bu rütbə ancaq Müdafiə naziri, general-polkovnik Zakir Həsənova verilə bilər:
"Bu rütbəni yalnız Müdafiə naziri ala bilər. Onun müavinləri və digər hərbçilər bu rütbəni ala bilməz. Çünki onların ştat üzrə tutduqları vəzifə bu rütbənin onlara verilməsinə imkan vermir.
Şuşa və Cəbrayılın alınmasında müstəsna xidməti olan Xüsusi Təyinatlı Qüvvələrin komandanı Hikmət Mirzəyev bu ada layiqli bir insandır. Lakin onun rütbəsi general-leytenantdır. O bu rütbəsini də bu müharibədən sonra aldı. 18 il idi ki, general-mayor rütbəsində idi.
İndiyə qədər Ordu generalı rütbəsi Azərbaycanda heç kimə verilməyib. Bu rütbənin verilməsi Prezidentin qərarından asılıdır. Hələ ki belə bir şərait yoxdur. Bu rütbəyə malik olmaq üçün şəxsi şücaət göstərməlisən. Bu rütbə elə-belə verilə bilməz".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2177 Tarix: 11 dekabr 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda ciyərləri zədələyən virus yayılır? - Rəsmi açıqlama
Son günlər əhali arasında yeni virusa yoluxma hallarının artması müşahidə olunur. Xəstəlik yüksək hərarət və ağciyərlərə təsiri ilə xarakterizə edilir, əlamətləri isə "COVID-19" virusunu xatırladır. Bu durum əhali arasında müəyyən narahatlıq yaradıb. Məsələ ilə bağlı -a açıqlama verən Səhiyy
17 dekabr3 qohumunun ölümünə səbəb olan sürücüyə - Bu cəza verildi
Kürdəmirdə 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi üzrə açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində rayon sakini 1992-ci il təvəllüdlü Əflatun Əflan oğlu Umudova hökm oxunub. Bildirilib ki, hadisə ötə
16 dekabrSabah yağış yağacaq?
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, dekabrın 16-dan 17-nə keçən gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şər
16 dekabr13 nömrəli avtobus niyə gecikir? - RƏSMİ AÇIQLAMA
Saytımıza 13 nömrəli avtobus marşrutu ilə bağlı çoxsaylı şikayətlər daxil olur. Sərnişinlər avtobusun təxminən yarım saat gecikdiyini bildirirlər. Hətta bu gün saat 10:00-10:30 aralığında gecikmə o qədər uzun çəkib ki, 7B marşrutunun sürücüsü 13 nömrəli avtobusun əvəzinə hərəkət edərək sərnişinləri götürü
17 dekabrBakcell texno-blogerlər üçün "Media Tech" təlimini həyata keçirdi
İnnovasiya lideri Bakcell-in rəqəmsal bacarıqların inkişafına yönəlmiş "MediaTech" layihəsi çərçivəsində təlim proqramı baş tutub. "Smart Nation" ilə birgə həyata keçirilən "MediaTech: Blog the Future" tədbiri ilk dəfə texno-blogerlər üçün nəzərdə tutulmuş innovativ məzmunl
16 dekabrMasazırın bəzi ərazilərində işıq olmayacaq
Bu gün Masazır qəsəbəsiniin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq. "Azərişıq"dan -a verilən məlumata görə, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq "Masazır" yarımstansiyasında 10 kV-luq bölmədə təmi
16 dekabr