Qızları soyundurub ağaca bağlayan qəddar qadının özünü görün nə hala saldılar

Qızları soyundurub ağaca bağlayan qəddar qadının özünü görün nə hala saldılarTəhkimçiliklə qəddar rəftar rus malikanələrində nadir hadisə deyildi. Amma söz açacağımız presedent sadizmin ən dəhşətli hadisələrindən biri kimi tarixə düşüb. Mülkədar Darya Saltıkova öz himayəsində çalışan 138 kəndlini amansızlıqla qətlə yetirib.

Sonxeber.az milli.az-a istinadən sadist qadının uzun vaxt cəzasız qalan cinayətləri haqda yazını təqdim edir:

Qızlıq soyadı İvanova olan Darya Nikolayevna Saltıkova I Pyotrun yaxın adamının qızı idi. 1730-cu ildə Moskva ətrafı Troisk kəndində doğulub, ailə qurandan sonra bir neçə malikanənin sahibi olur.

Evlilikdən qısa müddət sonra Saltıkova dul qalır və 26 yaşında artıq Moskva, Voloqda və Kostroma quberniyalarında təxminən 600 təhkimçi kəndlinin işlədiyi bir neçə malikanənin sahibi olur. Ərinin ölümünə qədər o, sadist meylləri ilə seçilmirdi. Amma tezliklə, Troisk kəndinin ətraflarına da sahib olandan sonra onun amansız vəhşilikləri haqqında xəbərlər hər yana yayılmağa başladı.

Qulluqçuların müntəzəm döyülməsi ən adi günahlara görə baş verirdi: pis yuyulmuş döşəmə, pis yuyulmuş paltar və s. Əvvəlcə o, kəndliləri çubuq, odun parçası, şallaq və s. ilə döyürdü. Get-gedə cəzalar sərtləşdi və təqsirkarları atabaxanlar, onlar ölənə qədər döyməyə başladı.

Saç buran isti çatılarla Saltıkova qurbanlarını qulaqlarından tutur, onların üstünə qaynar su tökür, saçlarını yandırır və ac saxlayırdı. Şaxtalı havada soyunduraraq ağaclara bağlayırdı. Xüsusilə, qızlar və qadınlar daha sərt cəzaların qurbanı olurdular.

Sadistin əllərindən onun məşuqu da zərər çəkir - bu, zadəgan Nikolay Tyutçev idi - şair Fyodor Tyutçevin babası. O, Saltıkovanı tərk edəndən və yeni sevgilisi ilə evlənməyə qərar verəndən sonra mülkədar atabaxana əmr edir ki, əldəqayırma bomba qoyulan arabanı onun evinin altında yerləşdirsin. Atabaxan belə bir əmri yerinə yetirməyə qorxur və qətl baş tutmur.

Polis bütün bu hadisələrə səthi yanaşırdı. Mülkədar bolluca məbləğ ödəyərək, yox olmuş kəndliləri qaçmış və ya itkin düşmüş kimi qələmə verdirirdi. Dövrün rəsmi sənədlərinə əsasən, 50 insan "xəstəlikdən ölmüş", 72 insan "xəbərsiz itmiş", 16 insan "sevgilisi ilə qaçmış"dı.

Beləcə daha uzun müddət davam edərdi, əgər 2 təhkimçi kəndli malikanədən qaçaraq imperatriçəyə şikayət etməsəydi. Saltıkova qaçaqlardan birinin - Yermolay İvanovun 3 arvadını qətlə yetirmişdi.

Qullar mülkədarlardan tez-tez şikayət edirdilər - XVIII əsrdə zadəganlar həddini o qədər aşmışdılar ki, istənilən xırda günaha görə, kəndliləri hətta Sibirə belə sürgün edə bilirdilər.

Amma II Yekaterina taxta çıxandan sonra bütün bu biabırçılığı öz şəxsi kontrolu altına götürdü - qətl edilmiş, həyatları qaraldılmış insanların sayı onu təəccübləndirirdi. Onun yaratmağa planlaşdırdığı oxumuş cəmiyyətdə, belə vəhşiliklərə yer yox idi.

Əvvəlcə Saltıxovanı ev dustağı edirlər. 1764-cü ildə isə ona cinayət işi açaraq sübutlar yığmağa başlayırlar. Dindirilən şahid sayı 400-dən çox idi. Qatil öz günahını inkar edirdi: "Mən öz malikanəmdə qayda-qanun yaradırdım...". Çox keçmədi ki, onun cinayətləri artıqlaması ilə sübut olundu.

Saltıkovanı zadəgan rütbəsindən məhrum etdilər və bütün əmlakını əlindən aldılar. Onun üzərində vətəndaş məhkəməsi təşkil edildi: boş sahədə biabırçı vəziyyətdə, sinəsində "Ürək dağlayan! Əzab verən qatil!" lövhəciyi asaraq sütuna qandalladılar. Bundan sonra, tarixin ən amansız cinayətkar qadınlarından biri öz həyatının 33 illik davamını həbsdə keçirdi.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4026   Tarix: 27 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Twitter"də yeni funksiya istifadəyə veriləcək

"Twitter" sosial şəbəkəsinin rəhbərliyi istifadəçilərin oxucu siyahısından çıxarılmasına imkan verəcək bir funksiyanı sınaqdan keçirir. Bu barədə sosial şəbəkənin rəsmi hesabında məlumat verilir. Qeyd olunur ki, digər insanları abunəlikdən çıxarma əvvəlcə yalnız "Twitter"in brauze

9 sentyabr 2021
.

İdman dünyası BİR ƏSRDƏ necə dəyişdi? - FOTO

Bir insan üçün 100 il çox böyük müddətdir, tarix baxımından isə bir əsr bir anlıqdır. idman aləminin bir əsrdə necə dəyişdiyini açıq şəkildə nümayiş etdirən maraqlı arxiv fotoşəkillərini təqdim edir:

15 sentyabr 2021
.

Əkiz bəylər əkiz gəlinlərlə evləndi

Türkiyənin Adıyaman bölgəsində qeyri-adi toy yaşanıb. Belə ki, məclisdə bəy və gəlinlər əkizlər olub. İki əkiz qardaş əkiz bacılarla ailə qurub. Şadlıq mərasimi vilayətin bələdiyyə başçısı Seleyman Qılıncın iştirakı ilə keçirilib. O, ilk dəfə belə bir hadisə ilə qarşılaşdığını bildirib. Məclis iştirakçılar

6 sentyabr 2021
.

Seyrək saqqaldan bezən bəylər DÍQQƏT! BU ÜSULLA...

Məhsul haqqında. Saqqalınızı yumşaldır, dərini nizamlayır, nəm itkisini tarazlaşdırmaq üçün dərini dəstəkləyir və vitamin və minerallarla zəngindir. Qaşıntı, quru və iltihablanmış dərini rahatladır və sakitləşdirir. Şirin badam ağacının qurudulmuş toxumlarından əldə edilir. Bütün dəri tiplərində xüsusə

8 sentyabr 2021
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13 sentyabr 2021
.

Kosmosa uçanların - FOTOLARI

Kosmosa hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi göndərilib. Axşam.az-a istinadən xəbər verir ki, sərnişinlər 3 gün dünya ətrafında səyahət edəcəklər. "SpaceX" şirkətinin təşkil etdiyi kosmos səyahəti Kennedi Kosmos Mərkəzində baş tutub. Bu gün isə səyyahların fotolar

18 sentyabr 2021
.

Səmada müşahidə olunan anomal buludlar hər kəsi heyran qoydu - FOTO

İslandiyalı fotoqraf və səyyah Hördur Kristlayfsen səmada şahidi olduğu qeyri-adi fenomenin görüntüləri ilə sosial şəbəkə istifadəçilərini təəccübləndirib. -a istinadən xəbər verir ki, qeyd olunur ki, belə bir təbii fenomen çox nadir hallarda və yalnız Arktika bölgəsində qışda və gün batanda müşahid

16 sentyabr 2021
.

Bu qadın 40 ildir ki, yatmır - Səbəbi açıqlandı

Çində yaşayan Li Zhanying adlı qadın 40 ildir yatmadığını iddia edir. -a istinadən xəbər verir ki, çinli qadının 40 ildir yatmadığını qonşular və həyat yoldaşı da təsdiqləyir. 45 yaşlı çinli qadın 5 yaşından bəri yatmadığını bildirib. Bu səbəbdən bir çox həkimə müraciət etdiyini, ancaq diaqno

8 sentyabr 2021
.

Payızın 4 trend rəngi - FOTO

Yeni mövsüm həmişə yeni trend və yeni qaydalar deməkdir. Mövsümün bir neçə dəb cərəyanları ilə artıq sizi tanış etmişik. Deməli, qalır rənglərin aktuallığını müzakirə etmək. xəbər xarici mətbuata istinadən xəbər verir ki, bu payız monoxrom dəstlər özünə daha çox yer edəcək. Rənglərin düzgün harmoniyasın

8 sentyabr 2021