Hamının dəli hesab etdiyi dahi dünyanı silkələdi - FOTO

"Ailə həyatının uğurlu alınmasında ən vacib məsələ nədir?" sualına hər kəsin cavabı fərqlidir.

Yəqin ki, çoxları sevgi, etibar və sədaqət deyəcək. Bütün bunlardan savayı bir-birinə dəstək çox mühüm amildir.

Sonxeber.az publika.az-a istinadən arvadından başqa, hamının dəli hesab etdiyi dahi ilə tanış edir.

Bu adamın adı bütün dünyada tanınır. Amma onun ikinci yarısının dəstəyi olmasa idi, çətin ki, adını dahilər cərgəsinə yazdıra bilərdi. Söhbət Henri Forddan gedir. Dünyada ilk avtomobilin yaradıcısı Henri Ford 30 iyul 1863-cü ildə ABŞ-da, Miçiqan ştatında anadan olub. Henri Ford ilk təhsilini adi kənd məktəbində alıb. Henri Fordun atası fermer idi. Lakin kiçik Henrinin fermer işinə həvəsi yox idi. O, daha çox texnika ilə maraqlanırdı. Atası Henrini öz davamçısı kimi görsə də, Henri Ford özünü başqa sahədə təsəvvür edirdi. O, gənclik illərini "Mənim həyatım və nailiyyətlərim" kitabında belə təsvir edib: "Mən fermer işi ilə maraqlanmırdım, atam isə mənim texnikaya olan həvəsimi görsə də, bu fikirləri yaxın buraxmaq istəmirdi. 17 yaşımda məktəbi qurtarıb Draydok adlı qəsəbədə mexaniki emalatxanada usta yanında şagird kimi işə başladım".

Fordun atası oğlanın məqsədini reallaşdıra biləcəyinə dair heç bir ümidi yox idi. Qonşuları isə onu dəli hesab edirdi. Hər zaman yanında olan sadiq həyat yoldaşından başqa, Forda heç kim inanmırdı. Bu qadın həyat yoldaşını o qədər çox sevirdi ki, ərinin gecələr rahat işləyə bilməsi soyuq anbarda bir neçə saat lampanı onun başı üzərində saxlaya bilərdi. Dişləri soyuqdan bir-birinə dəysə də, əlləri titrəsə də, Fordun xanımı ondan ayrılmağı ağlından keçirmirdi. Çünki o, dərin sevgi bəslədiyi ərinə möhkəm inanırdı!

Atasının kəskin etirazlarına baxmayaraq, Henri karyerasına "Edison Elektrik Company" də mühəndis-mexanik kimi başlayıb. O, bu şirkətdə həftədə 11 dollar alırdı, iş günü isə 10 saat davam edirdi. Aydın məsələdir ki, dəbdəbəli həyatdan söhbət gedə bilməzdi. Üstəlik, öz arzusunu həyata keçirmək üçün işdən sonra o, gecə yarısına qədər anbarda çalışırdı.

Və illər keçəndən sonra günlərin birində cütlüyün evindən böyük gurultu eşidilir. Qapı açılanda bütün qonşular "dəlinin" öz arvadı ilə birlikdə arabanı atlar olmadan idarə etdiyini görür. Beləliklə də uzun illərin zəhməti öz nəticəsini göstərir. 1893-cü ildə dünya nəqliyyat tarixində görünməmiş hadisə baş verir. Qeyd edək ki, Fordun yaratdığı ilk avtomobili saatda 32 km sürətlə hərəkət edirdi. 1896-cı ildə isə özünün ikinci avtomobilini yaradıb.

Henri Fordun uğuru bütün dünyaya yayılanda, o, artıq məşhur sənaye sahibi idi. Bütün jurnalistlər bu dahidən müsahibə almağa can atırdı. Ondan müsahibə alan jurnalistlərdən biri zarafatla "Başqa həyatda kim olmaq istərdiniz?" sualını verir. Ford isə cavabında gülümsəyir və "Fərqi yoxdur, təki həyat yoldaşım yanımda olsun!"

"Edison Elektrik Company" dən aralandışdan sonra Henri Ford "Detroyt" svtomobil şirkətini yaradıb. 1902-ci ildə bu şirkətin adı "Company of Hanry Ford" ilə əvəz olunub. 1903-cü ildə isə o, məşhur "Ford motor company" ni yaradır. Az bir müddətdən sonra bu şirkətə dünyanın müxtəlif ölkələrindən sifarişlər gəlməyə başlayır. Artıq Fordun avtomobilləri hər yerdə tanınırdı. XX əsrin əvvəllərində dünyada istehsal olunan hər iki avtomobildən biri "Ford motor company" -nın payına düşürdü. Fordun avtomobil sənayesinin hüdudları ildən-ilə genişlənirdi. 1932-ci ilə qədər Avropada Fordun artıq 7 zavodu, 12 filialı fəaliyyət göstərirdi.

Henri Ford həm də məşhur ictimai-siyasi xadimlərdən hesab olunurdu. O, hesab edirdi ki, böyük müəssisəni idarə edən şəxs öz kabinetində oturmamalıdır, o, xalqın içində olmalı, daim hərəkətdə, irəliləyişdə olmalıdır. Henri Ford 1947-ci il 7 apreldə 84 yaşında beyninə qan sızması nəticəsində vəfat edib.

Razılaşmaq lazımdır ki, bu hekayə sevginin var olduğunu bir daha sübut edir. Onu da etiraf lazımdır ki, əgər səni dəstəkləmirlərsə, onda belə bir uğur qazanmaq mümkün olmur...
Hamının dəli hesab etdiyi dahi dünyanı silkələdi - FOTOHamının dəli hesab etdiyi dahi dünyanı silkələdi - FOTOHamının dəli hesab etdiyi dahi dünyanı silkələdi - FOTOHamının dəli hesab etdiyi dahi dünyanı silkələdi - FOTOHamının dəli hesab etdiyi dahi dünyanı silkələdi - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3316   Tarix: 29 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14 sentyabr 2021
.

Fransada porno saytlar məhkəməyə verildi

Fransada 9 aparıcı porno saytına qarşı məhkəmə iddiası qaldırılıb. "e-Enfance" və "La Voix de l’enfant" təşkilatları sayt rəhbərlərini uşaqları böyüklər üçün olan kontentin mənfi təsirindən qorumaq məqsədilə yetərli tədbirlər görməməkdə ittiham edib. İddia ərizəsində bildirilib ki

7 sentyabr 2021
.

Körpəm məni nə zaman eşitməyə başlayır?

Körpəsinin doğulmasını gözləyən ana və atalar, uşaqlarını qucaqlarına alacaqları günü düşünəndə həyəcanlanırlar. Bununla yanaşı, bətndəki körpələri haqqında məlumatlarla da maraqlanırlar. Onlara ən çox maraqlı gələn sual isə budur: Uşağım məni nə vaxt eşitməyə başlayır?. -a istinadən məlumat verir ki

17 sentyabr 2021
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

14 sentyabr 2021
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər? . xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəzilər

18 sentyabr 2021
.

Elm dünyası ŞOKDA: "Uçan əjdahanı tapdılar" - FOTOLAR

Sən demə bu günə qədər filmlərdə izlədiyimiz uçan əjdahalar həqiqətən də mövcud olub. Hər halda alimlərin tapdığı tapıntılar bunu deməyə əsas verir. xəbər verir ki, elm adamları Çilidə uçan əjdaha kimi bilinən qanadlı dinozavr qalıqlarını tapıblar. Məlumata görə, qalıqların 160 milyon il əvvələ aid olduğ

14 sentyabr 2021
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

16 sentyabr 2021
.

Bu ölkədə borşa abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. Abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrinə abidə qoyulduğun

10 sentyabr 2021
.

Keçi və xoruz toyuğu belə xilas etdi - VİDEO

Hollandiyanın Qelderland əyalətindəki bir fermada keçi və xoruz bir toyuğu ona hücum edən Şahin quşundan xilas edib. -a istinadən xəbər verir ki, sentyabrın əvvəlində 59 yaşlı fermer Caap Bits həyətdə səs eşidib. Şahin quşunun bir toyuğa hücum etdiyi məlum olub. Bu an müşahidə kamerasının videosuna düşüb

16 sentyabr 2021