Açıq havada maskadan istifadə məcburiyyəti BU HALDA LƏĞV EDİLƏ BİLƏR

Açıq havada maskadan istifadə məcburiyyəti BU HALDA LƏĞV EDİLƏ BİLƏRAzərbaycanda yoluxanların gündəlik sayındakı azalma dinamikası davam edir. Belə ki, artıq yoluxma sayı 4000-dən 100-200-ə düşüb. Dünyada və Azərbaycanda koronavirus əleyhinə vaksinasiyaya başlanılıb. Əgər yoluxanların sayında müsbət dinamika davam etsə, yaz-yay aylarında açıq havada maskadan istifadə ilə bağlı məcburiyyət aradan götürülə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib ki, vaksinasiya sadəcə xəstəliyi yüngül keçirməyə imkanı yaradır:

"Peyvəndlənmə xəstəlikdən tam qorumur. Belə ki, vaksin vurduran insan bu xəstəliyi ölümcül deyil, yüngül formada keçirir. Bilirsiniz ki, bu gün əksər ölkələrdə qapalı və açıq məkanlarda maskadan istifadə məcburidir. Çünki maskadan istifadə xəstəliyə yoluxma ehtimalını aşağı salır. Azərbaycan və eləcə də digər ölkələr artıq bir yayı pandemiya ilə başa vurub. Düzdür, yayda maskadan istifadə müəyyən çətinlik yaradır. Vaksinasiyanın dünyada eləcə də Azərbaycanda müsbət təsirləri olsa və Ümumdünya Səhiyyə Təşkilatı maskadan yalnız qapalı məkanlarda istifadəni tövsiyə etsə, açıq havada bununla bağlı məcburiyyət ləğv edilə bilər. Əlbəttə, bu, yaxın aylarda vaksinasiyanın hansı nəticəni verməsindən asılı olacaq. Burada söhbət insanları qorumaqdan gedir. Bu səbəbdən də hesab edirəm ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə bundan sonra da əməl etməliyik. Artıq təcrübəmiz də var. Azərbaycanın bu xəstəliklə mübarizə təcrübəsi dünyada qəbul edilir. Düşünürəm ki, maska ilə bağlı dünyada yumşalmalar olsa və açıq havada könüllülük tövsiyə edilsə, o zaman Azərbaycan da bundan bəhrələnəcək".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 17147   Tarix: 25 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək

Şuşada vokalçıların Bülbül adına IX beynəlxalq müsabiqəsi keçiriləcək. xəbər verir ki, müsabiqə 3-9 iyun tarixində, Şuşa şəhərində baş tutacaq. Müsabiqədə iştirak üçün heç bir ödəniş tələb olunmur. Müsabiqənin mükafatları:. Qran-pri (10 00 dollar ). I mükafat (7 00 dollar). II mükafat (5 00 dollar)

25 aprel
.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

24 aprel
.

"Kasıbınkı yaydır" deyib atalarımız: Amma bu il mövsümi meyvə-tərəvəz baha ola bilər - Açıqlama

Mil-Muğan bölgəsində qarpız əkini yekunlaşmaq üzrədir. Fermerlər bu il məhsuldarlığın zəif olacağından narahatdırlar. Çünki torpaq qoyduqları ştilləri həşəratlar məhv edib və hazırda problemin qarşısını almağa çalışan təsərrüfat sahələrinin digər problemi yerli toxumların olmaması və xaricdən gətirilənlari

25 aprel
.

Xanımlar getdikcə bir-birinə bənzəyir: Estetik əməliyyat etdirənlərin sayı niyə artır? - Açıqlama

Əvvəllər çox nadir insanlar estetik əməliyyat edərdi. İndi isə estetik əməliyyat edən şəəxslərin sayı olduqca artıb. Bir çox insan xarici görünüşünü bəyənməyərək plastik əməliyyata üz tutur. Son zamanalr qadınlarla yanaşı, estetik əməliyyat etdirən kişilərə də tez-tez rast gəlinir. Bəzən hətta plasti

25 aprel
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25 aprel
.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

24 aprel
.

Azərbaycanda əhalinin 75%-i "TikTok"un bağlanmasını İSTƏYİR

Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzini

25 aprel
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

25 aprel
.

Ramzan Kadırovda yeni xəstəlik tapıldı, varisi hazırlanır - İDDİA

Çeçenistan lideri Ramzan Kadırov ağır xəstədir. İndi Kreml ölümü və ya səhhətinə görə əmək qabiliyyətini itirməsi halında onun yerinə kimin keçəcəyini düşünür. -ın xarici mediaya istinadən xəbərinə görə, "Novaya qazeta Europe" məqaləsində deyildiyi kimi, 2019-cu ilin yanvarında həkimlər on

24 aprel